Xərçəngə qarşı "ağıllı" və "canlı" silahlar: Son 30 ilin ən böyük uğuru

Xərçəngə qarşı "ağıllı" və "canlı" silahlar: Son 30 ilin ən böyük uğuruDünya üzrə ərçəng halları həyəcanverici şəkildə artır, lakin ümidverici inkişaflar da diqqət çəkir. Yeni nəsil ağıllı və canlı müalicələr sayəsində bəzi qan xərçəngi növləri artıq ölümcül olmaqdan çıxıb idarə olunan xəstəliklərə çevrilir. Bəs bu qabaqcıl müalicələr necə işləyir?

Qaynarinfo xəbər verir ki, "The Lancet"də dərc olunan genişmiqyaslı analiz 1990–2024 dövrünü əhatə edən araşdırmaların aşağı və orta gəlirli ölkələrdə yeni xərçəng diaqnozlarının və ölüm hallarının daha yüksək olduğunu göstərib.

Mütəxəssislər xəbərdarlıq edir ki, təcili tədbirlər görülməsə, 2050-ci ilə qədər dünya üzrə 30,5 milyon nəfərin xərçənglə üzləşəcəyi, 18,6 milyon insanın isə xəstəlik səbəbilə həyatını itirəcəyi gözlənilir. Avropada isə yaşlanan əhali və həyat tərzinə bağlı risk faktorları xərçəng hallarının artacağına işarə edir.

Vaşinqton Universitetinin Sağlamlıq Ölçmələri və Qiymətləndirmə İnstitutunun (IHME) baş müəllifi Dr. Liza Fors bildirib: "Xərçəng dünya xəstəlik yükünə mühüm töhfə verməyə davam edir. Tədqiqatımız qarşıdakı onilliklərdə xüsusilə resursları məhdud ölkələrdə qeyri-proporsional artım yaşanacağını göstərir".

Leykoz və limfa kimi qan xərçənglərinin artmasına baxmayaraq, həm Azərbaycanda, həm də dünyada ölüm nisbətlərinin azalması və xəstələrin daha uzun yaşaması diqqət çəkir.

Hematologiya üzrə mütəxəssis Prof. Dr. Ali İrfan Emre Tekgündüz "Hurriyet"ə bildirib ki, artımın bir hissəsi real xəstəlik artımından, digər hissəsi isə diaqnostika üsullarının inkişafından qaynaqlanır. "Gen mutasiyası analizləri və molekulyar testlərdəki irəliləyişlər sayəsində keçmişdə ‘qan azlığı’ kimi ümumi ifadələrlə təsnif edilən bir çox hal bu gün dəqiq şəkildə diaqnozlana bilir", deyən Tekgündüz ABŞ-ın SEER məlumatlarının hematoloji xərçənglərin insidensində son illərdə əhəmiyyətli artım göstərdiyini deyib.

Prof. Dr. Tekgündüz genetik meyilliliklə yanaşı, ətraf mühit təsirləri, ömür uzunluğunun artması və immuniteti zəiflədən müalicələrin qan xərçəngi riskini yüksəltdiyini ifadə edib. Romatoloji və immunoloji xəstəliklər, eləcə də orqan köçürülməsindən sonra istifadə edilən immunitetbasdırıcı dərmanlar uzunmüddətli perspektivdə risk yaradır. Cəmiyyətin yaşlanması da hematoloji bədxassəli xəstəliklərin sayını artıran əsas amillərdəndir.

Mütəxəssis son illərdə axın sitometriyası, molekulyar testlər və yeni nəsil sekvensləşdirmənin (NGS) geniş istifadəyə girməsi ilə əlamət göstərməyən xəstələrdə belə erkən diaqnozun mümkün olduğunu deyib. Bu, həm halların sayını artırır, həm də erkən diaqnoz səbəbilə müalicə uğurunu yüksəldir.

Prof. Dr. Tekgündüz ölüm nisbətlərinin azalmasının arxasında hədəfə yönəlik dərmanlar, hüceyrə əsaslı müalicələr və sümük iliyi nəqlindəki texnoloji irəliləyişlərin dayandığını bildirib.

Dünya üzrə hematoloji xərçənglərə bağlı itirilən sağlam ömür illərinin təxminən 40 faiz azalması, həm sağ qalma müddətinin artdığını, həm də həyat keyfiyyətinin yüksəldiyini göstərir.

Qan xərçənglərinin sitogenetik və molekulyar cəhətdən olduqca müxtəlif olduğunu deyən Tekgündüz vurğulayıb:

"Hər xəstənin xərçəng hüceyrəsi ona məxsus molekulyar bir barmaq izi daşıyır. Buna görə də hər xəstənin müalicəyə verəcəyi cavab fərqlidir. Diaqnoz zamanı aparılan ətraflı analizlər sayəsində ‘hər kəsə eyni müalicə’ dövrü artıq sona çatıb".

Bu yanaşma tibb mühitində "fərdiləşdirilmiş müalicə" adlandırılır. Xüsusilə KML, KLL, APL və Philadelphia pozitiv ALL kimi alt qruplarda sağ qalma tarixi müqayisə olunmayacaq dərəcədə yüksəlib. Bir çox qan xərçəngi artıq ölümcül deyil, xroniki və idarəolunan vəziyyətə keçib.

Prof. Dr. Tekgündüz son illərdə tez-tez eşidilən "ağıllı dərman" və "canlı dərman" anlayışlarını belə izah edib:

- Ağıllı dərmanlar: xərçəng hüceyrələrindəki spesifik genetik dəyişiklikləri hədəfləyir, sağlam hüceyrələrə minimal ziyan verir. Mütəxəssis bu dərmanları xərçəngə yönəlmiş "nəzaətli raketlər"ə bənzədir.
- Canlı dərmanlar (CAR-T müalicəsi): xəstənin T-limfositlərinin genetik olaraq dəyişdirilərək xərçəngi tanıyacaq şəkildə proqramlanmasına əsaslanır. Hüceyrələr laboratoriyada çoxaldılıb xəstəyə geri verilir və beləliklə orqanizm xərçənglə aktiv şəkildə döyüşür.

Bu üsullar xüsusilə B hüceyrəli kəskin limfoblastik lösemi, B hüceyrəli limfomalar və multipl miyelomda böyük uğurlar gətirib. KML xəstələrində tirozin kinaz inhibitorları ilə 10 illik sağ qalma 90 faizə çatıb.

Son illərdə təsdiqlənən 167 dərmanın əhəmiyyətli qismi hematoloji xərçənglərdə tətbiq edilir. Bunların çoxu hədəfə yönəlik terapiyalar və immunoterapiyalardır. Bu dərmanlar hətta müqavimətli hallarda belə xərçəng hüceyrələrinin çoxalmasını dayandırır, apoptozu aktivləşdirir və immun sisteminin təsirini artırır.

Mütəxəssis vurğulayıb ki, leykoz və limfa artıq tək bir xəstəlik deyil, genetik olaraq çoxsaylı alt tiplərdən ibarət geniş bir spektrdir.

Bu ağıllı dərmanlara çıxış çətindir – nə edilə bilər?

Prof. Dr. Tekgündüz deyib:

- Yüksək maliyyət səbəbilə ağıllı dərmanlara çıxış bütün dünyada məhduddur.
- Problemin həlli üçün biosimilyar və jenerik dərmanların yerli istehsalı təşviq edilməli, klinik araşdırmalara qatılım artırılmalı, yeni dərmanların geri ödəmə prosesləri sürətləndirilməlidir.
- Geri ödəmədə əsas kriteriya xəstəyə qazandırılan bir illik keyfiyyətli ömür müddətinin maliyyətidir və bu dəyər çox zaman 30–40 min dollar civarındadır. Qısa müddətdə, lakin uzunmüddətli təsir göstərən müalicələrin daha sərfəli olduğu hesab edilir.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 960   Tarix: 25 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Alimlər orqanizmdə həll olan "yeməli batareya" hazırladı

ABŞ-da alimlər udula bilən tibbi cihazları enerji ilə təmin edə bilən, istifadə müddəti başa çatdıqdan sonra isə orqanizmdə parçalanan yeni tip batareya hazırlayıblar. Qaynarinfo xəbər verir ki, "Nature" jurnalının məlumatına görə, tədqiqatçılar düyü kağızını xatırladan materialla örtülmü

23.09.2026 215
.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. BİG.AZ -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionist Yelizaveta Polomoşnova -ya bu təhlükənin nə dərəcədə cidd

20.09.2026 305
.

Qadınlarda "supergörmə" geni ola bilər, amma adətən "yatmış vəziyyətdə" qalır

Qadınların 12 faizə qədəri potensial olaraq əlavə rəng reseptoru verən genlərin daşıyıcısı ola bilər. Bu isə onlara digər insanların görə bilmədiyi rəngləri ayırd etmək imkanı verə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics" məlumat yayıb. İnsanların adi görmə qabiliyyət

22.09.2026 232
.

Təzyiqi aşağı salan 5 əsas qida - Açıqlandı

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. "Qafqazinfo" xəbər verilir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağı salan 5 əsas qidanın adı açıqlanıb:. "Üzüm, qaragilə, qırmızı soğan, böyürtkə

15.09.2026 395
.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, diş ətinin qıcıqlanmasına və zamanla diş köklərinin açılmasına səbəb ola bilər. Bu is

06.09.2026 308
.

Hansı bel ağrısı xərçəngə işarə edə bilər?

Bel ağrısı çox vaxt yaşla bağlı adi problem kimi qəbul edilir. Lakin 50 yaşdan sonra yaranan yeni, uzunmüddətli və qeyri-adi ağrılar daha diqqətli yanaşma tələb edir. xəbər verir ki, bel ağrısı insanların həyatları boyunca ən azı bir dəfə qarşılaşdığı ən geniş yayılmış problemlərdən biridir. Adətən bel

20.09.2026 241
.

D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu

D vitamini orqanizmdə sümük sağlamlığından immun sisteminin fəaliyyətinə qədər bir sıra mühüm proseslərdə iştirak edir. Lakin bu maddənin qəbulu ilə bağlı cəmiyyətdə hələ də müxtəlif fikirlər mövcuddur. Qaynarinfo xəbər verir ki, endokrinoloq Karin Amrayn D vitamini çatışmazlığı baxımından daha yüksə

23.09.2026 272
.

Ürək üçün faydalı olan 6 dəniz məhsulu

Ürək sağlamlığından narahat olan şəxslər qida rasionuna bəzi dəniz məhsullarını əlavə edə bilərlər. Dəniz məhsulları omeqa-3 yağ turşuları ilə zəngindir. Lakin bəzi növlər ürək sağlamlığı baxımından digərlərindən daha faydalı hesab olunur. Qaynarinfo xəbər verir ki, "Verywell Health" kardioloql

14.09.2026 492
.

Yumşaq oyuncaqlar uşaqlar üçün gizli təhlükə yarada bilər - Həkimdən xəbərdarlıq

"Yumşaq oyuncaqlar uşaqların sağlamlığı üçün müəyyən təhlükələr yarada bilər". Ölkə.az xəbər verir ki, bu barədə rusiyalı immunoloq-həkim Vladimir Bolibok deyib. Onun sözlərinə görə, bu riskləri dörd əsas qrupa bölmək olar: kimyəvi, mikrobioloji, allergik və fiziki təhlükələr. Ekspert iza

03.09.2026 331
.