Hamiləlikdə risk qruplarının əsas problemləri açıqlanıb

Hamiləlikdə risk qruplarının əsas problemləri açıqlanıbHamiləlikdə risk qruplarının təyini çox vacib amillərdən biridir. Bu risk qruplar həkim mama-ginekoloq tərəfindən təyin olunur və bütün dünyada qəbul olunan perinatal konsepsiya çərçivəsində aparılır.

BiG.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova bildirib. Onun sözlərinə görə, risk qruplarının təyini hamilə qadınlarda fəsadlaşmaların öncədən proqnozlaşmasına və bu ağırlaşmaların minimuma endirilməsinə kömək edir. Nəticədə vaxtından əvvəl doğuşların sayını, anadangəlmə qüsurların faizini və ölüdoğulanların sayını azaldır:

"Bu risk qruplarının ən əsas problemlərdən biri kimi qadının yaşı aiddir. Bildiyiniz kimi, 18 yaşdan aşağı və 38 yaşdan yuxarı olan hamilə xanımlara ciddi nəzarət olmalıdır. Çünki onlarda tez-tez müəyyən ağırlaşmalar - hipertenziya (preeklampsiya, eklampsiya, gestasion diabet, dölün inkişaf ləngiməsi, psixoloji problemlər) qeyd oluna bilər.

Qadında neçənci hamiləliyin olması da vacib hesab olunur. Çoxsaylı doğuşlarda (5, 6 və daha çox) ağırlaşmalara daha tez rast gəlinir. Bu zaman dölün sağrı gəlişi, mamalıq qanaxmaları (ciftin vaxtından əvvəl qopması, hipotonik və atonik qanaxmalar), vaxtından əvvəl doğuşlar və s. patologiyalar ola bilər.

Növbəti risk qrupuna çoxdöllü hamiləlik aiddir. Döl sayının çox olması düşüklərin və vaxtından əvvəl doğuşların riskini artırır (40 faizədək), hamilə qadında isə daha çox təzyiq problemləri, ödemlər və böyrək infeksiyalarına rast gəlinir. Nəticədə bu da yenidoğulmuşların azçəkili və bətndaxili patologiyalar ilə doğulmasına səbəb ola bilir".

Həkim deyib ki, hamiləlik qadın orqanizmində bir çox dəyişikliklərə səbəb olur:

"Burada yaş faktoru, doğuşun təbii və ya operativ yolla (qeysəriyyə əməliyyatı) aparılması, xüsusi ağırlaşmalar, ekstragenital və digər səbəblərin rolu var. Hər bir doğuş qadın üçün imtahandır. Təkrar hamilə qalmaq və dünyaya sağlam uşaq gətirmək üçün ən azı 12-18 ay keçməlidir ki, ağırlaşmaların da sayı az olsun. Bu müddətdə qadın orqanizmi bərpa olunub, digər hamiləliyə hazır ola bilər.

Qadın reproduksiyasında, sözsüz ki, müəyyən sərhədlər var. 18 yaşdan aşağı və 35-38 yaşdan yuxarı olan hamilələr risk qrupuna aiddir. Amma həyat öz qanunlarını bizə diktə edir. Heç kəs indi 40-45 və hətta 50 yaşında hamiləyə təəccüb etmir. İnkişaf etmiş ölkələrdə bu normal qəbul edilir - qadın öz karyerasını qurur və maddi-mənəvi bazasını ciddi hazırlayandan sonra bu addımı atır. Amma təəssüf ki, bir çox hallarda bu gec olur və hamiləlik ya heç baş vermir, ya da müəyyən ağırlaşmalara səbəb olur. Ən çox rast gəlinən isə xromosom patologiyalarıdır. Biz hər bir qadına dəstək olmalı və təbabətdə ən son texnologiyaların köməyi ilə (genetik analizlər, USM, müxtəlif skrininqlər, amniosentez, kordosentez və s.) ağırlaşma və xəstə uşaqların doğulması riskini bu qrup hamilələrdə minimuma salmalıyıq. Ümumiyyətlə, qadın orqanizmi üçün dünyaya sağlam uşaq gətirmək baxımdan ən optimal 20-35 yaş aralığıdır".

Mama-ginekoloq qeyd edib ki, hamiləlik dövrü ana olmağa hazırlaşan hər bir qadın üçün həm fizioloji, həm də psixoloji olaraq dəyişikliklərin olduğu prosesdir:

"Eyni zamanda, hamiləlik fonunda gələcək ananın davranışında bir sıra dəyişikliklər formalaşır. Buna görə də gələcək ana üçün ən vacib amillərdən biri doğuşa psixoloji hazırlıqdır.

Qadın hamiləliyə öncədən hazırlansa daha yaxşı olar. Bu, gələcək ataya da aiddir. Çünki valideynlərin sağlam həyat tərzi, alkoqol, siqaret və hər hansı bir zərərli vərdişlərdən imtina edərək dünyaya sağlam körpə gətirməyə, eyni zamanda hamiləliyin mənfi ağırlaşmalarından mümkün qədər qaçmağa imkan verir. Həmçinin, 2-3 ay öncədən fol turşusunun qəbulu məsləhət görülür.

Bundan əlavə, əgər qadında və kişidə hansısa xroniki xəstəlik varsa mütləq onu həkimlə məsləhət etməlidilər. Ailə quran cütlüklər nikahdan öncə müəyyən irsi xəstəliklərdən rutin olaraq yoxlanılır. Lakin bəzi hallarda ailə digər patologiyaları gizlədir və bunlar sonradan hamiləlik ağırlaşmalarına və ya uşaqda anadangəlmə qüsurlara səbəb olur.

Yuxarıda qeyd olunanlarla yanaşı, düzgün qidalanmaq və bütün hamiləlik müddətində meyvə-tərəvəz, balıq, süd məhsullarına üstünlük vermək, qazlı içkilər və kofenin, şirniyyat və xəmir yeməklərin qəbulunu mümkün qədər azaltmaq tövsiyə olunur. Bundan əlavə, açıq havada gəzinti hamilə qadınlarda oksigenə olan tələbatı ödəyir.

Həkim tərəfindən hamilə qadın nəzarətə götürülərkən hər bir dəyişiklikləri ona izah edir və antenatal qulluğa aid olan hamilə qadının nəzarət kitabçasını açır. Hamiləliyin 12-13 həftəsində (əgər daha erkən aparmağa göstəriş yoxdursa) ultrasəs müayinəsi (USM) aparılır. Həmin dövrdən polivitamin və kalsium qəbuluna başlanmalı, anemiya olduqda dəmir preparatları da əlavə olunur.

Qeyd edim ki, hamiləliyin normal gedişində hamilə qadın ən azı 7-8 dəfə həkim məsləhətindən keçməlidir".


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1314   Tarix: 30 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, diş ətinin qıcıqlanmasına və zamanla diş köklərinin açılmasına səbəb ola bilər. Bu is

06.09.2026 309
.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığı arasındakı əlaqə araşdırılıb. Tulane Universitetinin tədqiqatçıları ürək-dama

12.09.2026 279
.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

11.09.2026 2422
.

Alimlər orqanizmdə həll olan "yeməli batareya" hazırladı

ABŞ-da alimlər udula bilən tibbi cihazları enerji ilə təmin edə bilən, istifadə müddəti başa çatdıqdan sonra isə orqanizmdə parçalanan yeni tip batareya hazırlayıblar. Qaynarinfo xəbər verir ki, "Nature" jurnalının məlumatına görə, tədqiqatçılar düyü kağızını xatırladan materialla örtülmü

23.09.2026 236
.

Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur

Oksford Universiteti təxminən 1 milyon şəxsin məlumatlarını tədqiq edib. Çay və qəhvə istehlakının özündən əlavə, içkilərin içilmə tərzinə dair ortaya çıxan təəccüblü detal qida borusu xərçəngi riskinə birbaşa təsir edir. xəbər verir ki, tədqiqatçılar hədsiz isti çay və qəhvə istehlakı ilə qida borus

13.09.2026 518
.

Gənclərin də DİQQƏTİNƏ: "Səssiz qatil"in üç əlaməti

Üç simptom əsasında yüksək arterial təzyiqdən (qan təzyiqi) şübhələnmək olar. -ın xəbərinə görə, bu barədə həkim Xose Manuel Felises "Men's Health" nəşrinə müsahibəsində danışıb. Xose Manuel Felises ilk simptom olaraq pulsasiya xarakterli başağrısını göstərib. Yüksək arterial təzyiqi

06.09.2026 306
.

Demensiyadan qorunmağın YOLLARI

"Demensiyanın (beyindəki sinir hüceyrələrinin zədələnməsi nəticəsində yaranan və əqli qabiliyyətlərin tədricən zəifləməsi ilə müşayiət olunan simptomlar qrupu) qarşısının alınması üçün müntəzəm fiziki və zehni aktivlik, eləcə də ümumi sağlamlıq vəziyyətinə nəzarət xüsusi əhəmiyyət daşıyır"

06.09.2026 276
.

Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər

Bəzi qidalar qəbul edildikdən sonra insanda yorğunluq və yuxululuq yarada bilər. Bu, xüsusilə ağır və çox kalorili yeməklərdən sonra daha çox müşahidə olunur. xəbər verir ki, qida tərkibi və porsiyanın həcmi yeməkdən sonra yaranan yuxululuğa təsir edən əsas amillərdəndir. Karbohidratla zəngin qidala

14.09.2026 372
.

Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu

"Zülal baxımından ən zəngin çərəz yerfındığıdır". Ölkə.az "Good Hauskeeping"ə istinadla xəbər verir ki, bu barədə diyetoloq Anita Mirçandani danışıb. Mütəxəssisin sözlərinə görə, botanika baxımından yerfındığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, tez-tez çərəz qarışıqların

03.09.2026 415
.