Təhsildə süni intellekt dövrü başlayır: Bəs bunun əhəmiyyəti nə olacaq? – ARAŞDIRMA

Təhsildə süni intellekt dövrü başlayır: Bəs bunun əhəmiyyəti nə olacaq? – ARAŞDIRMAÇinin Hangzhou şəhərindən olan tələbə Çjou Yi süni intellekt (Artificial Intelligence) vasitəsi ilə riyaziyyatla bağlı problemlərini həll edib. Xüsusi alqoritm tələbənin dərslərinə nəzarət edib və semestrin sonunda Çjou test üçün maksimum bal toplaya bilib. 2019-cu ildən Çin məktəblərində süni intellekt dərslərini tədris etmək üçün 10 cildlik süni intellekt dərsliyi seriyasının işıq üzü görməsi şagirdlərin yeni texnologiyalarla təmasını daha da sıxlaşdırıb. Şagirdlər bu fənni ya seçmə, ya da məktəb kurikulumunun bir hissəsi kimi öyrənirlər. Süni intellektin inkişaf tarixini və bu texnologiyaların üz tanıma, avtonom idarəetmə və ictimai təhlükəsizlik kimi sahələrdə necə tətbiq oluna biləcəyini təsvir edən dərsliklər Çin hökumətinin qərarı ilə ibtidai və orta məktəblərin kursu üçün yazılıb.

"Bu, uşaqlara təkcə mövzuya dair zəruri elementar biliklər vermək deyil, həm də onların yaradıcılıq qabiliyyətlərini və təxəyyüllərini maksimum dərəcədə üzə çıxarmaq və reallaşdırmaq üçün edilir. Digər nəşrlərdən fərqli olaraq, bu dərsliklər sizə "şagirdlərin həm əllərindən, həm də beynindən" istifadə etməyə imkan verəcək", - deyə Çin hökumətinin qərarında qeyd edilib. Nəzəri təlimdən dərhal sonra proqramın daha yaxşı başa düşülməsinə və mənimsənilməsinə yönəlmiş praktiki məşğələlər keçirilir. Çində süni intellektin öyrənilməsi üzrə məktəb dərsliklərinin tətbiqi onu göstərir ki, süni intellektin tədqiqində böyük irəliləyiş əldə edən ölkə bu texnologiyanın öyrənilməsini mümkün qədər çox uşaq üçün əlçatan etmək qərarına gəlib.

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin bu yaxınlarda ölkəmizdə səfərdə olan "Microsoft" şirkətinin rəsmiləri ilə görüşdə müxtəlif təhsil pillələrinin idarə olunması və tədqiqatların stimullaşdırılması məqsədilə süni intellekt və hesablayıcı bulud texnologiyalarından istifadə imkanlarının müzakirə edilməsi bizim təhsilin də süni intellektin tətbiqinə yaxınlaşdığından xəbər verir.

Proqnozlara görə, tezliklə təhsili süni intellektin (AI) iştirakı olmadan təsəvvür etmək mümkün olmayacaq. İstər-istəməz sual yaranır: süni intellektin təhsil prosesinə inteqrasiya olunmasının əhəmiyyəti nə olacaq? Yeni texnologiyaların təhsilalanlar üçün hansısa təhlükəsi varmı?

"Kaspi" qəzetində mövzu ilə bağlı məqalə yayımlanıb.

Ekspertlər hesab edirlər ki, süni intellekt təhsil sahəsini ciddi şəkildə dəyişəcək. Belə ki, tədris üsulları, öyrənmə yolları, biliyə çıxış və müəllim hazırlığı inqilabi dəyişikliklərə məruz qalacaq.

ADA Universitetinin professoru Gülməmməd Məmmədovun fikrincə, süni intellekti təhsildə iki istiqamətdə tətbiq etmək olar: "Süni intellekt haqqında dərsliklərdə şagirdlərin başa düşəcəyi dildə məlumat verilməlidir. Süni intellekt təhsildə işlənən texnologiyaların tərkib hissəsi ola bilər. Yəni bu texnologiyalar süni intellekt əsaslı olmalıdır. Əslində günümüzdə yüksək texnologiyaların elementləri istifadə olunur. Artıq onunla ünsiyyətimiz var. Telefonlarımızda, cihazlarımızda olan tətbiqlər xidmətlər göstərir. Günümüzdə hansısa bir təhsil proqramında yüksək texnologiyalar, mobil telefonlar və ya planşetlərdən istifadə edilirsə, bu o deməkdir ki, onlar vasitəsilə süni intellekt istifadə edilir".

Riskə gəlincə, professor hesab edir ki, məlumatların ikinci şəxsə ötürülməsi təhlükəsi hər zaman var. Belə ki, texnologiyalardan istifadə edəndə bu, narahat olacağımız məqamdır: "Ümumiyyətlə, texnologiyalardan istifadə edəndə onun riskli tərəfləri də olur. İstifadə zamanı bu riskləri də idarə etmək olar. Süni intellekt bir qədər qorxulu səslənə bilər. Şagirdlər süni intellekt cihazı ilə ünsiyyət qurursa, müəyyən dərəcədə ehtiyatlı davranmalıdırlar. Kiber mühitdə olanda bu riskləri gözə almalıdırlar". G.Məmmədov süni intellektin təhsildə tətbiqi ilə bağlı səslənən proqnozlara da münasibətini bildirir: "Elə bir inanc var ki, gələcəkdə təhsil süni intellekt vasitəsilə veriləcək. Müəllimlərin tədris prosesində iştirakı keçmişdə qalacaq. Bu, müəyyən dərəcədə doğru olsa da, tam belə olması mümkün deyil. Tədris prosesi təkcə biliyin müəllimdən şagirdə ötürülməsi deyil, öyrənənlə öyrənən arasındakı qarşılıqlı mübadilədir. Süni intellekt öyrənmədə empatiyanı, müəllimi, bağçada tərbiyəçini, insanın emosional hisslərini əvəz edə bilməz. Ən azı, bu, yaxın gələcəkdə mümkün deyil".

İT mütəxəssisi Emin Axundov yaxın gələcəkdə süni intellektin nəinki təhsili, bütün sahələri əhatə edəcəyi fikrindədir. Belə ki ölkə təhsilində artıq "Virtual məktəb" platforması kimi bir təcrübə mövcuddur. "Pandemiya dövründə "Virtual məktəb" layihəsi həyata keçdi – bütün müəllim və şagirdlər virtual mühitdə görüşdülər. Onların hər bir addımı elektron mühitdə olduğuna görə qeydə alınırdı. Şagirdlərimiz haqqında çox data yığsaq, onların fənn üzrə gələcək nəticələrini də proqnozlaşdıra bilərik. Süni intellektin tətbiqi sübut olunmuş proqnoz əsasında hansısa faktorları dəyişməklə daha yaxşı nəticəyə gəlib çıxmağın bir yoludur".

Ekspert hesab edir ki, biz bu tətbiqə kifayət qədər hazırıq: "Rəqəm yığmaq baxımından yaxşı təcrübəmiz oldu. Nazirlik kiçik və böyük summativ qiymətləndirmələri (KSQ və BSQ) keçirdi. Bir neçə məktəb qeydiyyatın daha çevik olması üçün bunu elektron formaya keçirir. Əgər bizim təhsil sistemi virtual məktəbin elementlərini istifadə etsə, o zaman uşağın ev tapşırığı fəaliyyəti kompüterdə qeyd olunur. Biz ölkə olaraq bəzi dəyişikliklərə hazırıq. "Microsoft"un sistemində iştirak edən ölkələrdən ən yaxşılardan biri biz idik. Bizim təhsil kütləmiz göstərdi ki, lazım olan vaxt vəziyyətdən çıxa bilir. Pandemiya vaxtı şagirdlərin 70 faizi dərslərə telefonla, 30 faizi kompüterlə daxil olurdu. Müəllimlər isə əksinə, 70 faiz kompüterdən, 30 faiz telefondan istifadə edirdi. Dövlətin dəstəyi olmadan insanlar özləri bunu etdi. Datanın daha detallı yığımı, elektron hökumət alətlərinin çoxalması əminəm ki, bir ilə ölkə təhsilinin idarə edilməsində süni intellektin tətbiqinə nail olmağa imkan verəcək".

Ekspert süni intellektin tətbiqinin əhəmiyyətini belə izah edir: "Qərarlarımız daha əsaslı, düzgün və reallığa əsaslanan olacaq. Bu da nəticələrin yaxşılaşmasına gətirəcək. Subyektiv faktor aradan qalxacaq. Maliyyə, inzibati planlamada daha yaxşı nəticələr göstərə bilərik. Bundan başqa, süni intellektin tətbiqi bütün sahələrdə günün tələbi olacaq". E.Axundov hesab edir ki, süni intellektin əsasları haqda şagirdlərimizə də məlumat verməliyik: "Gələcək peşəkarlara gələcəyin istiqaməti haqda məlumat vermiş olacağıq. Həkimlərimiz, polislərimiz, mühəndislərimiz və başqa peşə sahiblərimiz də süni intellekti başa düşəcək. 4-cü sənaye inqilabının özəyi də məhz süni intellektdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 456   Tarix: 05 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dünyada ilk dəfə olaraq cərrahlar xəstəyə donuz böyrəyini köçürüblər

ABŞ-nin Massaçusets ştatındakı tibbi mərkəzin cərrahları dünyada ilk dəfə olaraq geni dəyişdirilmiş donuzun böyrəyini canlı insana uğurla köçürüblər. Qeyd olunub ki, böyrək xəstəliyinin terminal mərhələsində olan Massaçusets ştatının Veymut şəhərindən olan 62 yaşlı Riçard Slayman dörd saat ərzində əməliyya

23.03.2024 351
.

Avstraliyada elmə məlum olmayan tüklü böcək aşkarlandı

Avstraliyada əvvəllər alimlərə məlum olmayan tüklü böcək tapılıb. Böcək Avstraliyanın Kvinslend əyalətindən olan, entomologiya (həşəratları öyrənən elm) ilə məşğul olan alim Ceyms Tvid tərəfindən aşkarlanıb. Alim böcəyə təbiətdə gəzinti zamanı rast gəlib. Diqqətlə böcəyə baxış keçirən Ceyms Tvid qarşısınd

24.03.2024 447
.

İnsanlar niyə solaxay doğulur və beyinləri necə fərqlənir? - GÖZLƏNİLMƏZ FƏRQ

Sağ əli ilə rahat hərəkət edənlərin üstünlük təşkil etdiyi dünyada əksər şey solaxayları qeyri-dominant əllərindən istifadə edərək uyğunlaşmağa məcbur edir. Dünyada solaxayların payının əhəmiyyətli bir faiz təşkil etməsinə baxmayaraq onları sağ əllə yazmağa məcbur edirlər. Solaxay insanlarda unikal ola

23.03.2024 455
.

Pilotların uçuş zamanı yuxuya getməsi qalmaqala səbəb olub

İndoneziyalı iki pilot uçuş zamanı yuxuya gedib və 30 dəqiqəyə yaxın zənglərə cavab verməyib. "Report" xəbər verir ki, bu barədə "The Guardian" yazıb. "Batik Air" aviaşirkətinə məxsus təyyarənin İndoneziyanın Cənub-Şərqi Sulavesi əyalətindən paytaxt Cakartaya uçması zaman

10.03.2024 696
.

Xalçalardakı bu saçaqlar nə üçündür?

Evlərin bir çox aksesuarla yanaşı, xalçalar da ən vacib əşyalardan biridir. Xalçaların kənarındakı saçaqları əksər insanlar bəzək məqsədilə tikildiyini düşünürlər. Texnologiya bu qədər inkişaf etməmişdən əvvəl xalçaçılıqla tanınan Azərbaycanda saysız-hesabsız xalça modelləri var. Əksər xalça modellərini

24.03.2024 505
.

Həyatın necə başladığı məlum oldu: Tarixi kəşf...

Telefonlar, binalar və hətta insanlarsız bir dünya təsəvvür etmək bizim üçün çətindir, amma bir zamanlar dünya sadəcə maqmanın odlu şorbası idi. xarici KİV-ə istinadən xəbər verir ki, planetin soyumağa başlaması və maye su okeanlarının əmələ gəlməsi üçün bir neçə yüz milyon il lazım idi; Sonra, fotosinteti

10.03.2024 798
.

"Windows 11"də "Android" proqramlarını yükləmək mümkün olmayacaq

"Microsoft" şirkəti "Windows 11" üçün "Subsystem for Android" sisteminə rəsmi dəstəyin dayandırılacağını elan edib. Bildirilib ki, dəstək bir ildən sonra dayandırılacaq. "Gələn il martın beşindən sonra əməliyyat sistemi tərtibatçıları "Windows 11"də mobi

10.03.2024 399
.

İçdiyimiz su təmizdir? - VİDEO

Azərbaycan içməli su mənbələri məhdud olan ölkələrdən hesab edilir. Ölkənin yerüstü su ehtiyatlarının həcmi 27 kubmetrdir, şirin su qaynaqlarının əsasını çay, göl və buzlaqlar təşkil edir. Suya olan tələbatın qarşılanması ilə yanaşı, onun təmizliyinə nəzarət də vacibdir. Son zamanlar su hövzələrind

24.03.2024 434
.

Hansı yeməkləri sabaha saxlamaq olmaz? - SİYAHI

İnsanlar çox vaxt ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmür. Lakin mütəxəssislər iddia edirlər ki, bəzi yeməklər bir neçə saat keçdikdən sonra xəstəlik mənbəyinə çevrilir. Belə ki, onlar soyuducuda çarpaz çirklənməyə səbəb ola bilər. Soyuducu fazada çoxlu mikrobları özünə cəl

23.03.2024 343