Özünü Zeynəb Xanlarovaya oxşatdı, ölənə qədər "heç kimim yoxdur" dedi

Özünü Zeynəb Xanlarovaya oxşatdı, ölənə qədər "heç kimim yoxdur" dedi"Lent.az" "Unudulan məşhurlar" rubrikasında bu dəfə müğənni Züleyxa Rəhimi haqqında məlumatları təqdim edir.

Züleyxa Rəhimi 1937-ci ildə kasıb ailədə dünyaya göz açıb. Atası və anası lənkəranlı olub. Atası Suraxanıda neft mədənlərində çalışıb. Musiqi sevgisi o qədər güclü imiş ki, 13 yaşında ikən Suraxanıda yerləşən mədəniyyət evində fəaliyyət göstərən ansamblda solist olub. Orada beş il çalışıb. Hətta müsahibələrində deyirdi ki, uşaq vaxtı müğənni Zeynəb Xanlarovanın səsyazmalarına qulaq asıb özünü ona oxşatmağa çalışırmış. Sonralar bir neçə işdə çalışsa da, 1969-cü ildə Asəf Zeynallı adına musiqi məktəbində xanəndəlik sinfində təhsil alıb. Özünün dediyinə görə, xanəndələr Ağaxan Abdullayev, Gülnisə Bayramova və Zaur Rzayevlə birgə oxuyub, toylarda çıxış edib.

Təhsilini başa vurduqdan sonra lənkəranlı bir bəylə ailə həyatı qurur. Bu izdivacdan onların bir oğlu olur. Lakin evlilikləri uğursuz nəticələnir və oğlunun iki yaşı olanda onlar ayrılırlar. Züleyxa xanım 22 yaşından ölənə qədər heç vaxt ailə qurmayıb.

Oğlunu tək böyüdən Züleyxa xanım bir çox işlərdə, eləcə də fabrikdə dərzi kimi çalışır. Musiqi ilə yolları ayrılsa da, nə vaxtsa sənətə qayıdacağına inanır. "Ölürəm oxumaq üçün", deyən xanəndə şəxsi həyatını sənətinə qurban verib. Onun repertuarında "Qubanın ağ alması", "Qarabağ, ay Qarabağ", "Xatırla məni" və s. kimi mahnıların olmasına baxmayaraq, talış dilində də ifa edirdi.

1988-ci ildə Bakının Kürdəxanı qəsəbəsində yerləşən mədəniyyət evində ansamblın rəhbəri olub. Deyilənə görə, Züleyxa Rəhimi məclisi ələ alan qadın olub. Hətta onun apardığı toylarda insanlar o qədər çox olurmuş ki, iynə atsan, yerə düşməzmiş. O, ansamblı ilə səngərlərdə, hərbi hissələrdə hərbçilərə, qocalar evində konsertlər verib. Bundan başqa, mərhum sənətkar Şövkət Ələkbərova ilə birgə çalışıb. Onunla qastrollara, səfərlərə gedib, insanların önündə səhnə alıb. Lakin şöhrəti tez zamanda sönən Züleyxa Rəhimi müsahibələrinin birində deyib ki, Şövkət Ələkbərovanın mahnıları olmasa idi, müğənni olmazdı. Əgər Şövkət xanım sağ olsaydı, bu günə qalmazdı.

Doğrudan da, Züleyxa xanım musiqi sahəsinə xeyli töhfələr versə də, əməyinin qarşılığını ala bilmədi. Şəxsi həyatdan da üzü gülməyən xanəndənin oğlu onun bütün əziyyətlərini yerə vurdu. Züleyxa xanımın dediyinə görə, bütün pullarını oğlu özünə xərcləyib və onu təkbaşına böyüdən anasına qarşı vəfasızlıq edib. Belə ki, xanəndənin oğlu üç övladını erkən yaşlarda atıb gedib və o gündən sonra Züleyxa xanım bir daha onu görməyib.

Züleyxa Rəhimi həmişə özünü tək-tənha adlandırıb. O, ömrünün sonuna qədər imkansızlıqdan şikayətlənib. Ölənə qədər "Heç kimim yoxdur" deyən xanəndə 85 yaşında dünyasını dəyişib.

Onu da qeyd edək ki, haqqında məlumatlar belə demək olar ki, yox dərəcəsində olan Züleyxa xanımın səs yazıları və ona məxsus kadrlar bir zamanlar məhv edilib. Yalnız bir neçə mahnısı, əsasən də, talış dilində oxuduğu mahnılar internetdə var. Ancaq bir vaxtlar məşhurluğu ilə seçilən sənətçiyə məxsus məlumatların internetdə olmaması təəccüb doğurur.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2353   Tarix: 05 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.