Qışda su içək, yoxsa çay?

Qışda su içək, yoxsa çay?Diyetoloq Turxan Baratzadə: "Yayda olduğu kimi qışda da eyni miqdarda maye qəbul etmək son dərəcə vacibdir. Bizim kimi orta iqlim qurşağında, yaxud isti yerlərdə yaşayan insanlar qışda bədən alışqan olmadığı üçün soyuq su içən kimi xəstələnirlər. Ona görə cəmiyyətimizdə qışda daha çox otaq temperaturunda suya, yaxud çaya üstünlük verirlər".

Havanın temperaturu düşdükcə, su içmək istəyimiz də azalır. Yəni qış aylarında daha az su içirik. Bir qismimiz isə ancaq çay içirik, su içməyin qışda xəstələnməyimizə səbəb olduğunu düşünürük. Ancaq həkimlər hər zaman sağlamlıq üçün maye qəbulunun, su içməyin vacibliyini vurğulayırlar. Bəs qışda nə edək? Su, yoxsa çay içək?

"Kaspi" qəzeti sözügedən məsələ ilə bağlı araşdırıb edib:

Diyetoloq Turxan Baratzadə deyir ki, soyuq havalarda su içmək istəyimiz olmaya bilər, ancaq maye qəbulunun orqanizm üçün faydalı olduğunu unutmamalıyıq: "Soyuq hava ilə birlikdə insanlarda maddələr mübadiləsinin sürəti də aşağı düşür, bu da su istəyini azaldır. Bu səbəbdən qış aylarında su içilməsi, ümumilikdə maye qəbulu böyük ölçüdə azalır. Bu azalma bəzən orqanizmin günlük su ehtiyacının yarısından da az ola bilər. Ancaq bilməliyik ki, bu vəziyyət böyrəklər başda olmaqla bir çox orqana mənfi təsir edir. Orqanizmin soyuqdəymədən, qrip infeksiyalarından və zərərli viruslardan qorunması üçün əsas ehtiyaclardan biri təmiz hava və mayedir. Buna görə də, yayda olduğu kimi qışda da eyni miqdarda maye qəbul etmək son dərəcə vacibdir".

"Soyuq su içə bilirsə, bu, daha yaxşıdır"

T.Baratzadə deyir ki, soyuq su içə biliriksə, qışda da buna üstünlük verməliyik: "Gündəlik bədənin otuzda biri qədər maye içilməsi tövsiyə olunur. Maye qəbulu ilə bağlı hər kəs orqanizminə uyğun davranmalıdır. Soyuq su içə bilirsə, bu, daha yaxşıdır. Əgər soyuq su ona zərər verirsə, otaq temperaturunda, yaxud ilıq su içə bilər. Əgər üstünlüyü çaya verirsə, davamlı çay içməyin orqanizmə elə bir zərəri yoxdur. Sadəcə olaraq diqqət etməliyik ki, çay həddindən artıq isti olmasın. İsti olanda selikli qişanı yandıra, istilik bir az artıq olduqda, suluqların əmələ gəlməsinə səbəb ola bilir. Ətli yeməklərdən sonra çay içmək üçün yarım saat, bir saat fasilə verməliyik. Çünki çay ətdə olan dəmiri oksidləşdirir və oksidləşmiş dəmir orqanizm tərəfindən sovurulmur".

Diyetoloq havalar soyuyan kimi çaya üstünlük verməyimizin səbəblərindən də danışdı: "Bu həm ona görədir ki, cəmiyyətimizin alışqan olduğu adətlər var. Dünyada ən çox çay içən cəmiyyətlərdən biriyik, bu cəhətdən də baxanda anlaşılandır. Yayda hava isti olur, çay çox getmir, amma hava soyuyan kimi çaya üstünlük verilməsi artır. Həm də qismən bədən də bunu tələb edir. Çünki qışda soyuq su içəndə, daha çox xəstələnirik. Bu, soyuq ölkələrdə yaşayan insanlar üçün keçərli deyil. Amma bizim kimi orta iqlim qurşağında, yaxud isti yerlərdə yaşayan insanlar qışda bədən alışqan olmadığı üçün soyuq su içən kimi xəstələnirlər. Ona görə cəmiyyətimizdə qışda daha çox otaq temperaturunda suya, yaxud çaya üstünlük verirlər".

Soyuqlama və boğaz ağrısı zamanı isti mayelərə üstünlük veririk

T.Baratzadə deyir ki, ümumiyyətlə, soyuq su ilə bağlı araşdırmaçıların fikirləri ziddiyətlidir: "Bəzi araşdırmaçılar soyuq suyun daha faydalı olduğunu söyləyirlər. Deyək ki, boğaz ağrısı zamanı soyuq su içmənin, buz udmanın həmin nahiyədə olan istiliyi aşağı saldığı və iltihab prosesinin sönməsinə köməkçi olduğu deyilir. Bu isə bizim cəmiyyətdəki yanaşmaya tamamilə ziddir. Biz soyuqlama və boğaz ağrısı zamanı isti mayelərə üstünlük veririk. Bəzi araşdırmaçılar da soyuq suyun xəstəlik yaratdığı qənaətindədirlər. İzahları da belədir ki, soyuq su həzm sistemində seliyin miqdarını bir qədər artırır. Bu da həmin nahiyədə bakteriya və virusların inkişafı üçün daha münbit şərait yaradır və bu da xəstələnməyə yol açır. Selik miqdarının artması immun sistemi üçün də təhlükədir. Soyuqlamaya və boğaz ağrısına səbəb olur".

T.Baratzadə soyuq su içmənin orqanizm üçün faydalarının olduğunu bildirdi: "Soyuq su içmənin faydası daha çox yay aylarında olur. Hava isinir, soyuq su içəndə bədən daha çox sərinləmiş olur. Bununla bədən temperaturunun tarazlaşmasına köməklik edir. Ümumiyyətlə, soyuq su içəndə bədən həmin suyu isitməyə çalışdığı üçün daha çox enerji xərcləmiş olur. Bununla da "Soyuq içərkən insan arıqlayarmı?" sualına qismən cavab vermiş olur. Enerji sərfiyyatı və metabolizmin sürəti bir az da olsun artır".

Qışda su içmək vərdişini necə yaratmalı?

Ancaq soyuq su içməyin tövsiyə olunmadığı məqamlar da var: "Bizim mətbəximizdə qış yeməkləri ağırdır, yağlıdır. Soyuq su yağların donmasına və həzmin çətinləşməsinə səbəb olur. Ona görə, yemək zamanı soyuq su içilməsi tövsiyə edilmir. Çünki soyuq su yeməkdəki yağları qatılaşdırır və həzmi çətinləşdirir. Yemək zamanı otaq temperaturunda olan su, yaxud çay içmək tövsiyə olunur. Səhərlər acqarına soyuq deyil, 1 stəkan ilıq su içmənin metabolizmin sürətini artırdığı da düşünülməkdədir. Eyni zamanda, soyuq su miqren ağrılarını artırır. Buna görə miqren xəstələrinin soyuq sudan uzaq durmaları tövsiyə edilir".

Qış aylarında su içə bilməyənlərin bu vərdişi necə formalaşdırmaqlarına gəlincə, T.Baratzadə bildirdi ki, hər kəs bunu yarada bilər: "Vərdiş formalaşdırmaq üçün davamlı gündəlik 2 litr maye qəbulunu axsatmamalıyıq. Davamlı içdikcə, artıq bədən də bunu sizdən istəyəcək. Amma bir gün içib, bir neçə gün içmədikcə, vərdiş yaranmır. Hava da soyuyan kimi su istəyi azalanda, su içmək yadınıza düşmür".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1048   Tarix: 12 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?

Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri

01.11.2026 613
.

Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu

Axşam yeməyi hazırlayarkən dondurucudan çıxarılan qiymənin gec əriməsi mətbəxdə ən çox qarşılaşlan problemlərdəndir. Dondurulan ətin mərkəzinə istilik gec çatdığı üçün ərimə prosesi saatlar çəkir. Lakin dondurucuya qoymazdan əvvəl tətbiq ediləcək sadə bir üsulla bu müddəti dəqiqələrə endirmək mümkündür

01.11.2026 599
.

Sankt-Peterburqda mənzildə üç il əvvəl ölən şəxsin cəsədi aşkarlanıb

Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərdən birində mumiyalanmış kişi cəsədi tapılıb. bildirir ki, bu barədə REN TV-yə mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Veteranlar prospektində yerləşən mənzillərdən birində bir neçə il əvvəl intihar etmiş ev sahibinin cəsədi aşkarlanıb. Məlumata əsasən

01.11.2026 441
.

Dünyanın ən kiçik avtomobili hərracda satılacaq

"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal

06.11.2026 409
.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 177
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 582
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

07.11.2026 166
.

Almaniyada müəllim 16 il işə çıxmadan maaş alıb

Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb. "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir. Təhsil müəssisəsi qadın

01.11.2026 449
.

İtin ölümünün yaxınlaşdığını göstərən 8 əlamət

İtlər ağrılarını və səhhətlərində yaranan problemləri sahiblərinə sözlə ifadə edə bilmirlər. Buna görə də onların davranışlarında baş verən dəyişikliklərə xüsusi diqqət yetirmək lazımdır. Heyvan yaşlandıqda və ya ağır xəstələndikdə iştahasını itirə, daha çox yata, insanlardan uzaqlaşa və ya əksinə, sahibini

01.11.2026 561
.