Ekspertdən bayram alış-verişi ilə bağlı tövsiyə: "Bazarda bir az çox gəzin" - RƏY
İlaxır çərşənbəyə, Novruz bayramına az bir müddət qalıb. Bayram süfrəsi açmaq üçün insanlar indidən bazarlara üz tuturlar. Bayrama yaxın qiymətlərin artacağından narahat olduqlarından öncədən alış-verişə başlayıblar. Güman edirlər ki, bayrama az bir müddət qalmış əsas məhsulların qiymətlərində kəskin bahalaşma müşahidə olunacaq.
Bəs görəsən, hansı məhsulların qiymətində artım müşahidə olunur?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, sahibkarlar tələbin artmasını nəzərə alaraq qiymətləri qaldırırlar:
"Bizdə bayram adətlərinə görə, süfrəmizin daha bol və çeşidli olması ənənədir. Bu da insanların bayram ərəfəsində daha çox ərzaq almalarına tələb yaradır. Ənənəvi olaraq sahibkarlar, ticarətlə məşğul olan insanlar tələbin artmasını əsas götürərək qiymətləri artırırlar. Yəni tələb artdıqca qiymət də artır".
E.Kərimli qeyd edib ki, bayram yarmarkaları təşkil olunsa, bahalaşmanın qarşısı alınar:
"Bayramda bəzi qida məhsulları üzərində qiymət artımı müşahidə olunacaq. Meyvə-tərəvəz və quru meyvələrdə daha çox müşahidə olunacaq. Yəni bayram süfrəsində istifadə olunan əsas ərzaq məhsulları üzərində bahalaşmanı müşahidə edəcəyik. Bu səbəbdən də əvvəlcədən tədarük görülməlidir.
Hökumət bununla bağlı bayram yarmarkalarını təşkil etsə, yaxşı olar. Bununla daha ucuz və keyfiyyətli ərzaq əldə etmək olar. Daha məqsədəuyğun olar. Nəticədə bahalaşmanın qarşısı alınar".
İqtisadçı-ekspert Fuad İbrahimov qeyd edib ki, bahalaşma ticarət dünyasının fəndidir:
"İstənilən bayram ərəfəsində müəyyən məhsulların qiymətində bahalaşma olur. Bu, ticarət dünyasının irəli sürdüyü fəndlərdən biridir. Xüsusən də bayram süfrəsində daha çox istifadə olunan ərzaq və ya qeyri-ərzaq məhsullarında bahalaşma müşahidə oluna bilər. Bu proseslərə artıq təəccüblənmir, təbii hal kimi qəbul edirik".
F.İbrahimov əlavə edib ki, bayram ərəfəsində hər zaman bahalaşma müşahidə edəcəyik:
"Dünya bazarında da bahalaşma gedir. İnflyasiya öz təsirini göstərir. Bahalaşma təkcə bizdə yox, digər ölkələrdə də müşahidə olunur. Bayram ərəfəsində istifadə olunacaq məhsulların qiymətində artım müşahidə olunur. Çünki sahibkarlar başa düşürlər ki, hər bir ailəyə həmin məhsul lazımdır. Bundan istifadə edirlər. Bu nöqteyi-nəzərdən ticarət fəndini irəli sürürlər".
İqtisadçı bazarlarda kəskin bahalaşma müşahidə olunacağını söyləyib:
"Alıcılar diqqətli olmalıdırlar. Bazarı təhlil etsək, yolumuzu artırsaq, ucuz məhsullar tapa bilərik. Bazarda qiymət diapazonu genişdir. Ümumilikdə bayram ərəfəsində, əsasən, bayramda istifadə olunan məhsulların qiymətində artım müşahidə olunacaq".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1568 Tarix: 04 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
Qış aylarında tez-tez geyinilən yun, trikotaj və kaşmir geyimlərdə sürtünmə nəticəsində yaranan tüklənmə (tiftiklənmə) geyimlərin köhnə görünməsinə səbəb olur. Xüsusi tiftik təmizləyən aparatlar olmadan, adi ülgüclə geyimləri zədələmədən ilk günkü görünüşünə qaytarmaq mümkündür. xəbər verir ki, yunu
31.10.2026 445 İlon Mask və "Binance" qurucusu arasında gərginlik: Bir milyard dollarlıq xatırlatma
"Binance" kriptobirjasının qurucusu Çanpen Çjao amerikalı iş adamı və milyarder İlon Maskın "X" sosial şəbəkəsindəki reaksiyasından sonra 1 milyard dollardan çox dəyəri olan "SpaceX" səhmlərini satmaq ehtimalına eyham vurub. bu barədə RBC-ya istinadən xəbər verir. Məlumat
01.11.2026 525 Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər
Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır
01.11.2026 678 Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul
07.11.2026 111 Gələn il maaşlar BU QƏDƏR ARTACAQ
2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını
01.11.2026 688 Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar
07.11.2026 103 Turlar.az - Turizm elanları saytı
saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə
03.11.2026 635 Misir piramidalarının daşdan tikilmədiyi iddia olunur: Fizik yeni nəzəriyyə irəli sürdü
Misir piramidalarının necə inşa edildiyi ilə bağlı əsrlərdir davam edən müzakirələrə yeni bir nəzəriyyə əlavə olunub. Belçikalı nüvə fizikası professoru Gi Demortye hesab edir ki, Xeops piramidasının nəhəng blokları daş karxanalarından gətirilməyib, tikinti yerində xüsusi qəliblər vasitəsilə hazırlanıb
07.11.2026 185 Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri
01.11.2026 612