Taliban qadınlara daha bir ZƏRBƏ VURDU - Dəhşətli QƏRAR

Taliban qadınlara daha bir ZƏRBƏ VURDU - Dəhşətli QƏRARƏfqanıstanda qadınlara sərt qadağalar qoyan Taliban bu dəfə evlilik qanunlarını dəyişib. Keçmiş rəhbərlik dövründə nikahlarına birtərəfli qaydada xitam vermək hüququ olan qadınların boşanma qərarları ləğv edilib. Boşanıb yeni həyata başlayan bu qadınlar keçmiş ərləri ilə evli sayılacaqlar...

ABŞ-ın Əfqanıstandan çəkilməsindən sonra dövləti nəzarətə götürən Taliban ölkədə müxtəlif yollarla qadınlara qarşı təzyiqlərini davam etdirir. Ölkənin evlilik qanunlarına edilən dəyişikliklər Talibanın qadınları hüquqlarından necə məhrum etməsinə daha bir nümunədir.

Musavat.com "Washington Post"a istinadən xəbər verir ki, əvvəlki hökumət dövründə ərləri tərəfindən pis rəftar və zorakılığa məruz qalan əfqan qadınlar qanunun onlara verdiyi hüquqla birtərəfli qaydada evliliklərini bitirə və rəsmi olaraq boşana bilərdilər. Taliban administrasiyası isə qüvvədə olan birtərəfli boşanmaları "qanuni" qaydalarla etibarsız elan edib. Hökmdən sonra minlərlə əfqan qadın qanunsuzluq və zina ittihamı ilə üzləşib.

13 yaşında ögey atası tərəfindən narkotik qarşılığında zorla evləndirilən 22 yaşlı qadın ona zorakılıq göstərən ərindən qurtulmaq üçün illərlə mübarizə aparıb və sonda boşanmağı bacarıb.

Yenidən ailə qurduğunu və yeni həyata başladığını düşünən qadının həyatı bu dəfə Taliban qorxusu ilə alt-üst olub. Əfqan qadın bildirib ki, ikinci əri nikahın artıq etibarlı sayılmaması səbəbindən və zina etməkdə ittiham oluna biləcəyindən qorxaraq onu tərk edib. İlk evliliyindən iki qızı olan və ikinci əri onu tərk etdikdən sonra hamilə olduğunu öyrənən qadın təhlükəsizlik baxımından ölkənin başqa şəhərinə qaçıb. Taliban hakimiyyətə gəldikdən sonra 4 dəfə ünvan dəyişdiyini qeyd edən qadın birinci ərinin onu tapacağından qorxduğunu bildirib.

Digər 36 yaşlı qadın isə evliliyinin pis getdiyini və ailə təzyiqlərinə baxmayaraq, boşanmaqdan başqa çarəsinin olmadığını deyib.

"Boşanmaq üçün müraciət etmək mənim üçün utancverici idi. Ailəmin hər iki tərəfi ərimə qayıtmasam, məni öldürməklə hədələyirdilər", – deyə qadın bildirib. O bunu eşidən qardaşlarının ona siçan zəhəri içirtmək istədiyini bildirib. Ailədə danışdığı yeganə insan olan bacısı ona deyib: "Kaş mən də sənin kimi ağıllı olaydım və əvvəllər qaçsaydım. Talibanın rəhbərliyi altında bu, mümkün deyil".

"Washington Post"a danışan, üç uşaq anası olan başqa bir qadın birinci ərinin narkotik aludəçisi olması və zorakılığa məruz qalması səbəbindən boşandığını bildirib.

O, ikinci ərinin Taliban hakimiyyətə gəldikdən sonra yoxa çıxdığını deyib. Qəzetə danışan digər qadınlar kimi bu qadın da gizləndiyini bildirib.

Talibanın sözçüsü Zabihullah Mücahid boşanma qanununun necə dəyişdiyi və ya Əfqanıstanın əvvəlki hökuməti dövründə verilən boşanmaların statusu ilə bağlı sualları cavablandırmaqdan imtina edib. Mücahid sadəcə onu deyib ki, Talibanın İslam qanunlarını şərhinə görə, boşanma tələbi üçün hər iki tərəf məhkəməyə gəlməlidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1059   Tarix: 05 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir

"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv

07.11.2026 171
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 142
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

07.11.2026 157
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

07.11.2026 191
.

Deputatın həyat yoldaşı vəfat etdi

Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib. xəbər verir ki, deputatın həyat yoldaşı Hacı İsaq Həsənzadə vəfat edib. Qeyd edək ki, Hacı İsaq Həsənzadə Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun qardaşıdır

07.11.2026 0
.

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu

07.11.2026 153
.

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi

07.11.2026 172
.

"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX

Hər il qış mövsümü yaxınlaşdıqca Azərbaycanda havaların necə keçəcəyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Qarşıdan gələn qışın son 70 ilin ən sərti olacağı iddia edilir. Lakin bu cür proqnozların tez-tez təkrarlanması ictimaiyyətdə birmənalı qarşılanmır. Vətəndaşlar hər il eyni xəbərdarlıqları

07.11.2026 244
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

07.11.2026 174
.