Molla rejimindən ağlasığmaz addım: Məktəbli qızlar niyə hədəfə alınır?
"İranda məktəbli qızlar arasında kütləvi zəhərlənmələr rejim içərisindəki daxili rəqabətin əlamətinə oxşayır".
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert İranın ictimai-siyasi həyatındakı son gəlişmələrə diqqət çəkib:
"Son üç ayda İranın müxtəlif şəhərlərinin 30 məktəbində qızların zəhərlənməsi müəamma olaraq qalır. Zəhərlənənlərin sayı mini keçib. İran rəsmiləri bunun izahını verə bilmirlər, araşdırma aparmaq əvəzinə yenə "xarici düşmənlər" axtarırlar. İran Prezidenti İbrahim Rəisi son açıqlamasında zəhərlənmələrə görə ölkəsinin düşmənlərinin məsuliyyət daşıdığını deyib. Belədirsə, İranın düşmənlərinin bu ölkədə qızları zəhərlənməsində məqsədi nədir? Rəisinin bu suala cavabı belədir ki, düşmənlər "İranın tərəqqisi"ndən (yəqin "tərəqqi" dedikdə ağır iqtisadi və sosial durumun xaricində uranın zənginləşdirməsini və pilotsuz uçan aparatların artan istehsalını nəzərdə tutur) narahatdırlar və məktəbli qızları zəhərləmək məktəblərdə inamsızlıq, ailələrdə narahatlıq yaratmaq cəhdidir. "Düşmənlər İran cəmiyyətinin psixologiyasını hədəfə alıblar", deyən Rəisi xarici mərkəzlərin İranda üsyan və xaos yaratmaq istədiklərini iddia edib.
İran prezidentinin bu əzbərçi açıqlaması məsələyə aydınlıq gətirmir. Rəisi "İranın düşmənləri" dedikdə böyük ehtimalla əsas iki dövləti – ABŞ və İsraili nəzərdə tutub. Əlbəttə, bu iki dövlət İranda rejim dəyişikliyini arzulayır. Bunun üçün rejimə alternativ qüvvələri açıq-gizli yollarla dəstəkləyə bilərlər. Əgər minlərlə məktəbli qızın zəhərlənməsinin arxasında ABŞ və İsrail dayanırsa, demək, bununla Rəisi düşmənlərinin İranda at oynatdığını etiraf etmiş olur. Çünki İran qapalı ölkə olmasına rəğmən, düşmənlərin kəşfiyyat strukturları 30 şəhərdə "zəhərləmə əməliyyatı" həyata keçirib və Tehran bunun qarşısını ala bilməyib".
Elxan Şahinoğlunun fikrincə, zəhərlənmə ilə bağlı "xarici düşmən" amili şişirdilib:
"Həqiqətən İsrail kəşfiyyatı İranın nüvə obyektlərində çalışan alimləri zərərsizləşdirir, ABŞ və Səudiyyə Ərəbistanı isə rejimə alternativ qüvvələrlə təmasdadır. Ancaq ölkədə kütləvi zəhərlənmə həyata keçirməyin İsrail, ABŞ və Səudiyyə üçün bir anlamı yoxdur.
Kütləvi zəhərlənmələr İranda rejim içərisindəki daxili rəqabətin əlamətinə oxşayır. Rəisi isə deyir ki, "xarici düşmənlər" ölkədə xaos yaratmaq istəyirlər. Ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmini Tehranda "əxlaq polisi" tərəfindən döyüldükdən sonra xəstəxanada vəfat etdi və həmin gündən başlayaraq İranda etirazlar səngiməyib. İranda xaosa bu hadisə səbəb olub. Məgər Məhsa Əmininin ölümünə səbəb olan xaosu "xarici düşmənlər" yaradıb?".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1970 Tarix: 05 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544