Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsidir

Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsidir8 Mart – Beynəlxalq Qadınlar Günü ölkəmizdə rəsmi bayram  günü kimi qeyd olunur.  Hər il olduğu kimi bu il də bayram günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb, Azərbaycan qadınlarının bir qrupunu medallarla təltif edib.
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.
Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.
Ölkənin ümumtəhsil müəssisələrində müəllimlərin 81,7 faizi, orta istisas təhsili müəssisələrində 80,9 faizi, ali təhsil müəssisələrində 54,0 faizi, həkimlərin isə 67,0 faizi qadınlardır. Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 57,6 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi alanların sayı 2,4 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı 2,3 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır. Azərbaycan qadınları ölkənin siyasi-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhainin ümumi sayındakı xüsusi çəkisi  48,3 faiz təşkil edir. Milli Məclisdə qadın deputatların sayı artır. Əgər 1990-cı ildə qadın deputatlar ümumi deputatların  4,3 faizini, 2000-ci ildə 10,7 faizini təşkil edirdisə, bu gün ölkəmizdə qadın deputatların xüsusi çəkisi 18,5 faiz təşkil edir. Qadınların reproduktiv sağlamlığının qorunması dövlət tərəfindən  daim diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biridir. Hazırda ölkədə 17 doğum evi, 118 qadın məsləhətxanası qadınların reproduktiv sağlamlığının keşiyində durur.
Azərbaycan qadınları torpaqlarımızın bir hissəsinin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişdirilməsi naminə ağır və şərəfli vəzifələri layiqincə yerinə yetirmişlər. Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər.
Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, mövcud qanunlarda dəyişikliklərin edilməsi, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynamışdır.
Qadınların Azərbaycan cəmiyyətində rolunun durmadan artmasına ən bariz nümunə Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehribav Əliyevanın Azərbaycanın Birinci vitse prezidenti təyin olunması, Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci  vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunmasıdır. Azərbaycanın Birinci vitse-prezidenti və YAP-ı sədrinin birinci müavini kimi Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə birlikdə müasir Azərbaycanın dövlət quruculuğunda yaxından iştirak edir və eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə tanınmasında və təbliğ  edilməsində böyük işlər aparır.

Metin Hüseynov - politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 622   Tarix: 06 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Almaniya Ukraynaya "Patriot" göndərməyəcək

Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil

23:30 18
.

Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"

"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs

19:20 177
.

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu

21:35 153
.

Deputatın həyat yoldaşı vəfat etdi

Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib. xəbər verir ki, deputatın həyat yoldaşı Hacı İsaq Həsənzadə vəfat edib. Qeyd edək ki, Hacı İsaq Həsənzadə Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun qardaşıdır

23:50 0
.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

18:40 160
.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

22:45 103
.

İndoneziyada Prezident Subiantonun tərəfdarları və əleyhdarlarının aksiyaları keçirilib

Yüzlərlə işçi İndoneziya Prezidenti Prabovo Subiantonun danışıqlarının polis əməkdaşları tərəfindən ehtimal olunan qanunsuz dinlənilməsi ilə bağlı istintaq fonunda ona dəstək mitinqinə çıxıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Aksiyaya rəhbərlik edən Əmə

16:30 164
.

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki

22:30 124
.

Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib

Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar

18:50 164
.