Tərlan Seyidovun xatirəsinə ithaf olunmuş tədbir keçiriləcək

Tərlan Seyidovun xatirəsinə ithaf olunmuş tədbir keçiriləcəkÜzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Orta ixtisas musiqi məktəb-studiyası 15 mart 2023-cü il tarixində BMA-nın Böyük zalında Respublikamızın musiqi mədəniyyəti və elminə öz böyük töhfəsini vermiş Azərbaycanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidovun xatirəsinə ithaf olunmuş tədbir keçirəcək.

Yüksək intellekt və bacarıq, gözəl təşkilatçılıq kimi xüsusiyyətləri özündə cəmləşdirən məktəb-studiyanın yaradıcısı Tərlan Seyidov öz işinə daim məsuliyyətlə yanaşar və ətrafında olan insanları bu dəqiqliyə riayət etməyə çağırardı. Onun yarım əsrə yaxın bir vaxt ərzində musiqinin tərbiyə, maarifçilik, elmi-tədqiqi prosesləri sahəsində apardığı işlərin həcmi həqiqətən də heyrətləndirici və təqdirə layiqdir.

Professor Tərlan Seyidov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "İxtisas fortepiano" kafedrasının nüfuzlu müəllimlərindən biri
olmuşdur. Məhsuldar pedaqoji işi ilə yanaşı o, daim elmi araşdırmalarla məşğul olur və yeni ixtiralarını təcrübədə uğurla tətbiq edirdi. T.Seyidov, daim Azərbaycan musiqisinin təbliğatı ilə əlaqədar tədbirlər təşkil edən, respublikamızda ümumi musiqi təhsilinin islahat problemlərinin həll olunması sahəsində fəal və müvəffəqiyyətlə çalışan əsl maarifçi idi.

Musiqişünas-alim kimi Tərlan Seyidov Azərbaycan ifaçılıq müsiqişünaslığının yaradıcısı olmuşdur. O, XX əsrin Azərbaycan milli fortepiano
mədəniyyətinin (pedaqogika, ifaçılıq və bəstəkar yaradıcılığı sahələri üzrə) dərin bilicisi idi.

Maraqlı, cəsarətli və orijinal ideyaların müəllifi olmuş Tərlan Seyidov daim çalışırdı ki, gələcəyimizi əmanət etdiyimiz uşaqlar hərtərəfli bilik və bacarığa sahib olsunlar. Onun bu istiqamətdə atdığı vacib addımlardan biri də 1980-ci ildə təsis etdiyi BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası olmuşdur. Hər zaman yüksək fəaliyyəti ilə seçilmiş məktəb-studiya bu gün də T.Seyidovun qoyduğu ənənələri üzrə addımlayır.
Məktəb-studiyanın işçi heyəti tərəfindən hazırlanmış xatirə tədbirində, müdrik rəhbər və müəllim, professor Tərlan Seyidov tərəfindən yaradılmış təhsil müəssisəsinin yetirmələri, hal-hazırda isə Azərbaycanın mədəni həyatında və onun hüdudlarından kənarda uğurları ilə hər birimizi qürurlandıran musiqiçilər çıxış edəcəklər. Onların arasında Azərbaycan Respublikasının Əməkdar artisti, dirijor Fuad İbrahimov, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Mustafa Mehmandarov, II Qarabağ müharibəsinin qazisi, bəstəkar Vüqar
Məmmədzadə və məktəbin digər məzunları olacaq. Tədbirdə həmçinin Azərbaycanın görkəmli musiqi xadimləri öz xatirələrini bölüşəcəklər.
Azərbaycan musiqi mədəniyyətinin inkişafı yolunda misilsiz rolu olmuş professor Tərlan Seyidovun əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq.

BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının
böyük elmi işçisi Şəfəq Hacıyeva


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 875   Tarix: 07 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Almaniya Ukraynaya "Patriot" göndərməyəcək

Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil

23:30 18
.

Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"

"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs

19:20 177
.

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu

21:35 153
.

Deputatın həyat yoldaşı vəfat etdi

Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib. xəbər verir ki, deputatın həyat yoldaşı Hacı İsaq Həsənzadə vəfat edib. Qeyd edək ki, Hacı İsaq Həsənzadə Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun qardaşıdır

23:50 0
.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

18:40 160
.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

22:45 103
.

İndoneziyada Prezident Subiantonun tərəfdarları və əleyhdarlarının aksiyaları keçirilib

Yüzlərlə işçi İndoneziya Prezidenti Prabovo Subiantonun danışıqlarının polis əməkdaşları tərəfindən ehtimal olunan qanunsuz dinlənilməsi ilə bağlı istintaq fonunda ona dəstək mitinqinə çıxıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Aksiyaya rəhbərlik edən Əmə

16:30 164
.

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki

22:30 124
.

Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib

Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar

18:50 164
.