Rəşad Dağlı neçə il həbs olunacaq? - AÇIQLAMA
Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) məhkəməsi olub.
Meyxanaçı barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.
İstintaq müddətinin uzadılması isə cəmiyyətdə müxtəlif fikirlər yaradır. Bəziləri onun istintaq müddətinin bilərəkdən uzadıldığını iddia edir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bu cinayət işinin sadə olmadığını bildirib. O, bu aylar ərzində rəsmi prosedurlara uyğun ekspertizanın aparıldığını qeyd edib:
"Qətl işlərində çox sayda ekspertizalar keçirilir - məhkəmə tibbi, silahla bağlı, ruhi xəstəliyin olub-olmamasını təyin etmək üçün keçirilən ekspertizalar xeyli vaxt aparır. Mən güman edirəm ki, istintaq müddəti bu ekspertizalara görə uzanır. Həm də bu qətl məsələsidir, cinayətin hərtərəfli tədqiqatının apartılması vacibdir. Təkcə həmin gün baş verən cinayət araşdırılmır, məhkəmə həm də qətldən əvvəlki münasibətləri araşdırır, şahidləri dindirir.
Bunlar hamısı aydınlaşdırılmalıdır. Qətlin tələm-tələsik, 2-3 aya istintaqını qurtarmaq mümkün deyil, praktikada heç vaxt belə olmayıb. Praktikada qətllə bağlı işlərin istintaqı ən aşağısı 7-8 ay davam edir. Görünür, Rəşad Dağlının işində də belə olacaq. Bu cür qətllərlə bağlı istintaq 7-8 aydan çox çəkmir, amma elə qətllər var ki, çoxepizodludur, onların istintaqı 1 il yarım, 2 ilə qədər uzanır. Qanun da buna imkan verir".
Hüquqşünasın sözlərinə görə, cəmiyyətdə istintaq müddətinin qəsdən uzadılması ilə bağlı yayılan iddialar tamamilə əsassızdır:
"Bu fikirlər əsassızdır. Qətli kimin törətməsindən asılı olmayaraq, şəxs həmin maddə ilə tövsif olunacaq. O, həmin maddədə də öz cəzasını alacaq. Tərəflər arasında hüquqi varislə barışıq olması, şikayətin olmaması müəyyən yüngülləşdirici hal kimi hesab oluna bilər, ancaq bu cəzanı çox azaltmır. Məsələn, cəza 12-13 deyil, 9-10 il ola bilər. Yüngülləşdirici hallar 1-2 il cəzanın azaldılmasına səbəb olur.
Rəşad Dağlı üçün daha yüngül cəza mümkün deyil, çünki qanun var, məcəllə var. Mənim fikrimcə, ona ən aşağı 10 il həbs cəzası veriləcək".
Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev Rəşad Dağlı tərəfindən çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2615 Tarix: 07 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlmaniya Ukraynaya "Patriot" göndərməyəcək
Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil
23:30 18 Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"
"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs
19:20 177 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto
Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu
21:35 153 Deputatın həyat yoldaşı vəfat etdi
Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib. xəbər verir ki, deputatın həyat yoldaşı Hacı İsaq Həsənzadə vəfat edib. Qeyd edək ki, Hacı İsaq Həsənzadə Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun qardaşıdır
23:50 0 Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın
18:40 160 Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub
Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind
22:45 103 İndoneziyada Prezident Subiantonun tərəfdarları və əleyhdarlarının aksiyaları keçirilib
Yüzlərlə işçi İndoneziya Prezidenti Prabovo Subiantonun danışıqlarının polis əməkdaşları tərəfindən ehtimal olunan qanunsuz dinlənilməsi ilə bağlı istintaq fonunda ona dəstək mitinqinə çıxıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Aksiyaya rəhbərlik edən Əmə
16:30 164 Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib
Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki
22:30 124 Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib
Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar
18:50 164