Balakəndə 16 yaşında ərə gedən qız qonşu kişilylə gəzdi, həyat yoldaşı... - Şok təfərrüat

Balakəndə 16 yaşında ərə gedən qız qonşu kişilylə gəzdi, həyat yoldaşı... - Şok təfərrüatBalakən rayonunda 1995-ci il təvəllüdlü Fərhad qısqanclıq zəmində həyat yoldaşı, 2001-ci il təvəllüdlü İradəni (adlar şərti verilib - red.) qətlə yetirib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, Fərhad faktiki ər-arvad münasibətlərində olmaqla birgə yaşadığı, bir müddət əvvəl ailə münaqişəsi zəminində döyüldüyünə görə evi tərk edərək valideynlərinin yanında yaşayan İradənin başqa şəxslərlə intim münasibətdə olmaqla, ona xəyanət etdiyini düşünüb. .

O, təxminən 3 il əvvəl dağlıq sahədə tapdığı və daim üzərində gəzdirdiyi bıçağı götürüb, iyulun 27-də saat 9 radələrində Balakən şəhərinə gəlib, "Bayraq dairəsi" adlanan ərazidə "Life market" mağazasının yaxınlığında İradəni döyülməsi faktı ilə bağlı rayon polis şöbəsinə gəlməsini gözləyib. İradə saat 12.19-da həmin yerdən keçərkən onu görüb və arxasınca gedib.

Fərhad bu vaxt "Avtomobil ehtiyat hissələri" mağazasının qarşısında qayınatası Səlim və onun qohumu Cəsuru görüb. Bu zaman dayanaraq onlarla söhbət edən İradəyə yaxınlaşıb. İradəyə qonşusu Sərxanla münasibətləri haqda, eləcə də hər gün Sərxanın evinə gedərək orada yatması barədə eşitdiklərini bildirib, İradənin nə üçün ona xəyanət etməsi səbəbini soruşub.

Daha sonra Fərhad üzərində olan bıçağı çıxarıb və İradəyə çoxsaylı zərbələr vurub. Qadın aldığı xəsarətdən vəfat edib.

"İradəyə görə məhkum olundum"

İstintaq orqanı tərəfindən Fərhadın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirsirləndirilən şəxs qismində ifadə verən Fərhad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, 2017-ci ildə İradə ilə ailə həyatı quraraq birlikdə yaşayıb: "Birgə nikahımızdan Aydan adlı bir qızımız oldu. Ailə həyatı quranda İradənin 16 yaşı olmadığı üçün rəsmi nikaha girmədik. Bu səbəbdən Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə şərti olaraq 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olundum".

"Atın kəndiri ilə vurdum"

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 21 iyul 2022-ci ildə evə qayıdanda İradənin həyətdə qonşu Sərxanla səmimi söhbət etdiyini, hətta Sərxanın "kişiliyi yoxdur" sözünü işlətdiyini eşidib: "Onların danışıqlarını küçədə eşitdiyimə görə həyətə daxil olaraq hər ikisinə səsləndim, "nədi, burada məhəbbət qurursunuz" dedim.

Sərxan həyəti tərk etdi, İradədən bu səmimiyyətin səbəbini soruşdum. İradə Sərxanın onunla yox, həmin vaxt bizdə olan baldızım Sevil ilə söhbət etdiyini dedi. Bu yalana inanmadım. Əlimdə olan atın kəndiri ilə onu vurdum".

"Arvadımı apardı"

Fərhad qeyd edib ki, İradə ağlamağa başlayıb: "Mən də atı bağlamaq üçün həyəti tərk etdim. Qayıdanda orada olan qayınatam Səlim məndən nə üçün dalaşdığımımızı soruşdu. Mən də gördüklərimi danışdım.

Səlim məni və İradəni dinlədi. Sonra bizə mehriban olmağı məsləhət gördükdən sonra getdi. Həmin gün gecə İradənin anası Bahar bizə gəldi. Mənimlə mübahisə edərək qızını nə üçün vurmağımın səbəbini soruşdu.

Bahara hər şeyi izah etməyə çalışsam da, o, qızını götürərək öz evinə apardı".

Fərhad bildirib ki, həmin gün gecə İradə ondan Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət edib və həmin vaxtdan evə gəlməyib: "Kənddə gəzən söz-söhbətdən çobanlıq etmək üçün çölə getdiyim zamanlarda günorta vaxtı İradənin Sərxanın evinə gedərək orada yatdığını eşitdim. Buna daha da əsəbiləşdim. İradənin mənə xəyanət etdiyini başa düşündüm. Onu öldürmək qərarına gəldim".

"Xəyanətin səbəbini soruşdum"

Fərhadın sözlərinə görə, iyulun 27-də səhər saat 8 radələrində evdən çıxıb və Balakən şəhərinə gedib:

"Evdən çıxarkən təxminən 3 il əvvəl kəndimizin ərazisində xatırlamadığım yerdə, dağlıq sahədə tapdığım və çölə çıxdığım zaman həmişə üzərimdə gəzdirdiyim ov bıçağını götürdüm. Toyuq bazarının içərisində kafelərin birində bir bakal pivə içdim.

İradənin ailəsinin hər alış-verişini bazardan etdiklərini bildiyim üçün onun Balakən şəhərində bazara gedən yolda, "Bayraq dairəisi" adlanan ərazidə gözləməyə başladım. Saat 12.30-da İradənin "Bayraq dairəisi"nə parkın baş tərəfindən gəldiyini gördüm. Ona yaxınlaşdım, mağazanın qarşısındakı səkidə söhbət etməyə başladım.
Ətraflı

İradəyə Sərxanla olan münasibətləri, hər gün Sərxanın evinə gedərək orada yatması barədə eşitdiklərimi bildirdim. Mənə nə üçün xəyanət etməsinin səbəbini soruşdum. İradə cavabında "yaxşı edirəm" dedi".

"Xatırlamıram"

Təqsirləndirilən şəxs qeyd edək ki, bir daha İradədən niyə belə etdiyini soruşub və Sərxanın ondan artıq oğlan olmadığını deyib:

"İradə yenə də mənə yaxşı etdiyini dedikdə, şalvarın kəmərinə açıq vəziyyətdə keçirdiyim ov bıçağını çıxardım və onun boynunun sağ tərəf aşağı hissəsindən vurdum. Ətrafdakı tanımadığım insanlar məni tutaraq İradədən araladılar, İradə isə yerə yıxıldı. Həmin vaxt bıçaq yerə düşdü.

Hadisə yerindən üzü icra hakimiyyətinə doğru getməyə başladım. İradəni bıçaqladıqdan sonra dayısı Cəsur və atası Səlimin orada olduğunu gördüm. Onların əvvəlcədən orada olub-olmaması barədə heç bir məlumatım olmayıb. Dayısı və atasının məni şillə vurmasını, bıçağı kiməsə verməyini hadisənin təsirində olduğumdan xatırlamıram".

"Ona verəcək qızımın olmadığını bildirdim"

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən anası Baharın sözlərinə görə, 2017-ci ildə qonşuları Səlimə və Xumar bir neçə dəfə ona qızını istəyən bir ailənin olduğunu, lakin yaxşı ailə olmadığını, qızını qorumasını bildiriblər:

"Həmin vaxt qızım İradə ilə danışdım. İradə artıq sevdiyi Fərhaddan ayrıldığını, oxuyacağını və ərə getmək fikri olmadığını bildirdi. Bundan sonra qızımın həm Fərhaddan uzaqlaşması, həm də dərsə başlamamışdan qabaq tətilə çıxması üçün başqa kənddə yaşayan əmisinın yanına göndərməyə qərara aldım.

Qızımı əmisinin yanına göndərməzdən bir gün əvvəl onun telefonda oğlanla danışdığını gördüm, telefonu götürərək danışan şəxsə bir də qızımı narahat eləməməsini, ona veriləcək qızımın olmadığını bildirdim. Yenə İradə ilə mübahisə etdim, mənə evlənmək fikrinin olmadığını, oxuyacağını bildirdi".

"Mənə bu barədə deməyib"

Hüquqi varisin ifadəsinə görə, səhəri gün qızı əmisinin yanına gedib:

"Təxminən 10 gün sonra ərim evdə işləri görmək üçün İradənin evə qayıtdığını bildirdi. Qızım evə qayıtmaq üçün gələrkən Balakən bazarında Fərhadla qarşılaşıb.

Fərhad İradəyə bizim tərəfə xalasının yanına getdiyini, bir də avtobus gözləməməsini, birlikdə taksi ilə getməyi təklif edib. Elə oradan da Fərhad İradəni qaçırıb. Qızım ailə həyatı qurduqdan sonra Fərhadla birlikdə yaşayıb, birgə nikahlarında bir uşaqları olub. Evli olduqları dövrdə Fərhad İradəni bir neçə dəfə döyüb. Lakin qızım mənə bu barədə deməyib".

"Sənin bacını istiyən çoxdumu?"

Bahar qeyd edib ki, sonuncu dəfə qızı İradə, ortancıl qızı Sevil, İradənin qonşusu Südabə və Südabənin əri Sərxan onların həyətində oturublar: "Sərxan və Südabə gedərkən yolda həmin qonşu gəlin qızım Sevilə "gör nə gözəl mahnıdı, yükləyimmi sənə?" deyib. Qızım Sevil də baxanda mahnının gözəl, müğənninin isə eybəcər olduğunu bildirib. Sərxan bunu eşidəndə zarafatla "guya sənimi alasıdı?" söyləyib. Sevil isə "onamı qalmışam, guya məni istəyənmi yoxdur" cavabını verib.

Sərxan və Südabə gedəndən sonra Fərhad atdan düşüb və heç nə demədən kəndirlə İradəni döyməyə başlayıb. İradə Fərhaddan niyə belə etdiyini soruşub. Fərhad "sənin bacını istiyən çoxdumu" deyib. İradə döyülən zaman ortancıl qızım da orada olub. Amma qorxudan qarışmayıb".

"Öldürdüyünü bildim"

Hüquqi varis bildirib ki, həmin gün gecə qızı ona zəng edib və Fərhadın onu döydüyünü deyib: "Mən də qızımgilə getdim. Onu götürərək evimizə qayıtdım.

Qızım 102 xidmətinə zəng etdiyinə görə polis şöbəsində araşdırma üzrə evdən çıxıb və həmin gün Fərhad onu Balakən şəhərində öldürüb".

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərhad 12 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1277   Tarix: 19 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Məktəb Bufetlərində Zəhərlənmə Halları Narahatlıq Yaradır - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Son dövrlərdə məktəb bufetlərində baş verən qida zəhərlənməsi halları valideynləri və cəmiyyəti ciddi narahat etməyə başlayıb. Müxtəlif təhsil müəssisələrində şagirdlərin kütləvi şəkildə özlərini pis hiss etməsi, xəstəxanalara müraciətlərin artması məktəblərdə satılan qidaların keyfiyyəti və saxlanm

11:11 212
.

İsgəndəriyyədə nadir Roma villası və ictimai hamam aşkarlandı

Arxeoloqlar Misirin İsgəndəriyyə şəhərində nadir ictimai hamam və mozaika döşəməli Roma villasının qalıqlarını aşkar ediblər. Qaynarinfo-nun Arkeonews-a istinadən məlumatına görə, tapıntılar qədim şəhərin zamanla necə inkişaf etdiyini və məskunlaşmanı aydın şəkildə göstərir. Qalıqlar şəhərin cənub-şər

07.05.2026 307
.

Bu gün işdən 1 saat tez çıxacaqsınız

Bu gün Azərbaycanda qısa iş günüdür. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsinin 108-ci maddəsində öz əksini tapıb. Belə ki, 9 May - Faşizm üzərində Qələbə Günüdür. Qanunvericiliyə görə, iş günü hesab edilməyən bayramqabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayara

10:13 280
.

Evindən 16 min oğurlandı

Əməkdar artist Mətanət İsgəndərlinin bacısı Sədaqət İsgəndərlinin evi qarət olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Mətanət İsgəndərli "Xəzər TV"də qonaq olduğu verilişdə məlumat verib. O, müğənniliklə məşğul olan bacısının evindən 16 min manat pul oğurlandığını və məsələ il

10:52 240
.

İsrail ordusu Hizbullah terror təşkilatının şimalına raket zərbələri endirməyə hazırlaşır

İsrail Müdafiə Qüvvələri Hizbullahdan İsrailin şimalına raket atəşi ehtimalına hazırlaşır və cümə günü verdiyi açıqlamada ictimaiyyəti ayıq-sayıq olmağa çağırıb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, hərbçilər hazırda Daxili Cəbhə Komandanlığının təlimatlarında heç bir dəyişiklik olmadığın

15:08 149
.

Berlini ələ keçirən generalın evi yanıb oldu

Rusiyanın Moskva vilayətində Sovet İttifaqı Qəhrəmanının evi yanaraq kül olub. yerli mediaya istinadla bildirir ki, hadisə Sergiyev Posad şəhərində baş verib. Həmin ev general-polkovnik Dmitry Jerebinin gənclik illərində yaşadığı ev olub. Binanın üzərində xatirə lövhəsi varmış. Evin qorunub saxlanılmas

18:15 70
.

Minlərlə kilometrlik çayda niyə bir dənə də körpü yoxdur?

Dünyanın su həcminə görə ən böyük çayı olan Amazon müasir mühəndisliyin bütün imkanlarına baxmayaraq hələ də bir sahildən digərinə körpü ilə birləşdirilməyib. Bu vəziyyətin səbəbi texnologiya çatışmazlığından çox, mürəkkəb təbii və logistik amillərlə bağlıdır. Qaynarinfo xəbər verir ki, təxminən 640

07.05.2026 362
.

İtkin düşmüşdü - Meyiti zirzəmidə tapıldı

Qaradağ rayonunda itkin düşmüş şəxsin meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, mayın 7-si saat 10 radələrində 1977-ci il təvəllüdlü Lökbatan sakini Asəf Şirinovun meyiti yaşadığı evin zirzəmisində aşkarlanıb. Onun aprelin 27-dən itkin düşmüş şəxs kimi axtarıldığı bildirilib. İlkin baxı

12:20 244
.

Vahid forma uşaqlarda hansı psixoloji təsiri yaradır?

"Məktəbli forması mövzusu hər tədris ili başlayanda yenidən gündəmə gələn, həm pedaqoji, həm də sosioloji tərəfləri olan çoxşaxəli məsələlərdən biridir. Bəzi məktəblərdə formadan yayınma halları müşahidə olunsa da, bu geyimin əsas fəlsəfəsi sosial bərabərlik prinsipinə söykənir". Bunu BİG.AZ-

17:20 129
.

TOP MP3