Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər".

"Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib.

Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyvə qəbulu qarın köpü və həzm pozuntusuna səbəb olur. Həkim bu cür yan təsirlərin səbəbini məhsulun tərkibindəki yüksək miqdarda şəkər və pəhriz liflərinin sinerjisi ilə izah edib.

Bundan əlavə, M.Cutova quru meyvələrin tərkibində kükürd dioksid və digər qida əlavələrinin ola biləcəyinə diqqət çəkib:

"Kükürd dioksid xüsusilə məhsulun rəngini saxlamaq və saxlanma müddətini uzatmaq üçün istifadə olunur. Çox vaxt bu maddənin icazə verilən miqdarı təhlükəsiz hesab olunsa da, həssas insanlarda, xüsusən də astma xəstələrində sulfitlər arzuolunmaz reaksiyalara səbəb ola bilər".

Dietoloq əlavə şəkər və ya sirop qatılmış quru meyvələrlə bağlı da xüsusi xəbərdarlıq edib. Onun sözlərinə görə, belə məhsullarda kalorilik və sərbəst şəkərlərin miqdarı dəfələrlə yüksək olur. Bu isə artıq çəkiyə gətirib çıxarır, diabet və insulin müqaviməti olan şəxslər üçün isə son dərəcə təhlükəlidir.

"Quru meyvə alarkən mütləq tərkibini oxumaq lazımdır. Əgər məhsulda meyvənin özündən başqa şəkər, sirop və ya digər şirinləşdiricilər varsa, bu artıq təbii quru meyvə hesab olunmur", - deyə mütəxəssis vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 92   Tarix: 13 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını

13.11.2026 204
.

Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib

Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib

13.11.2026 1
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 154
.

Azərbaycanlı reper qıza 5 il həbs istənildi

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub. Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələr

13.11.2026 1
.

Azərbaycanda 13-cü maaş verilə bilər? - AÇIQLAMA

Bəzi ölkələrdə işçilərə ilin sonunda əlavə olaraq 13-cü maaşın verilməsi qanunla məcburi hesab olunur. Braziliya, Filippin, Yunanıstan, İspaniya və Portuqaliya kimi ölkələrdə 13-cü maaş qanunvericiliklə təmin edilir. 14-cü maaşın da ödənildiyi ölkələr də var. Azərbaycanda 13-cü maaşın verilməsi müzakir

13.11.2026 198
.

"Buludlar arasında" yol çəkilir - avtomobillər 80 metr hündürlükdə hərəkət edəcək

Polşada avtomobillərin yerdən 80 metr hündürlükdə hərəkət edəcəyi qeyri-adi avtomobil yolu inşa olunur. Nəhəng estakadanın tikintisində Eyfel qülləsinin polad karkasının çəkisindən daha çox polad istifadə edilib. xarici mediaya istinadla xəbər verir ki, Polşada S19 sürətli avtomobil yolunun ən qeyri-ad

13.11.2026 1
.

ABŞ-nin baş prokuroru da hərbi bazaya köçürüldü

ABŞ-nin baş prokuroru, eyni zamanda ədliyyə naziri olan Todd Blanş artıq bir neçə aydır ki, ölkənin hərbi bazalarından birində məskunlaşıb. xəbər verir ki, bu barədə "Fox News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Baş prokurorun yaşayış yerini dəyişməsinin səbəbləri açıqlanmayıb

13.11.2026 1
.

Məşhur aktrisaya ərəb şeyxindən 2,5 milyon dollarlıq təklif?

Türkiyəli məşhur aktrisa Devrim Özkan haqqında yayılan milyonluq təklif iddiası gündəm yaradıb. Türkiyə mediasına istinadən xəbər verir ki, "Yeraltı" serialında Ceylan obrazını canlandıran aktrisanın Dubayda ərəb şeyxi ilə bir saatlıq şam yeməyi qarşılığında 2,5 milyon dollar aldığı iddia edilib

13.11.2026 1
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 1
.