Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələbə müraciətində də deyildiyi kimi, bu bəyanat bizim şanlı qələbəmizdir. Müqavilənin şərtlərinə əsasən noyabrın 20-də Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı.
Prezident İlham Əliyev Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqımıza müraciətində demişdi: "Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir".
Ağdam Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir. Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır. Rayonda çox sayda tarixi-mədəniyyat abidələri vardır. Təəssüf ki, onların əksəriyyəti işğal dövründə məhv edilmişdir. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə dağıdılıb.
Bu gün dövlətimizin başçısı İlham Əliyevin Sərəncamları əsasında işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri böyük sürətlə həyata keçirilir. Vəhşi ermənilərin bu torpaqlarımızda hər şeyi dağıtmalarına baxmayaraq bu ərazilər əvvəlkindən daha yaxşı qurulucaqdır. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətində bildirmişdir ki, "Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik".
Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi bu gün Ağdanda böyük quruculuq işləri həyata keçirilir. Ağdam azad edildikdən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il noyabrın 23-də bura gələrək bərpa işlərinin başlanğıcını elan etdilər. Ölkə başısının 2021-ci mayın 28-də Ağdama növbəti səfəri zamanı isə Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak etdi. Səfər günündə həm də sahəsi 125 hektar olan Ağdam şəhər meşə-parkında ağacların əkilməsinə start verilib.
2022-ci ildə ölkə başçısı Ağdama 2 dəfə fevralın 13-də və noyabrın 4-də səfər edib. Bu səfərlər zamanı fevralın 13-də Ağdam Sənaye Parkında iki müəssisənin, "Park Forest Otel Ağdam" mehmanxanasının, yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimləri keçirilib, Prezident İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksi və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olub.
Noyabrın 4-də isə Prezident İlham Əliyev Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimində, Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı, Sarıcalı və Kəngərli kəndilərinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, Dəmir yolu və Avtovağzal Kompleksinin, "City Hotel Agdam" mehmanxanasının, daha bir yaşayış məhəlləsinin təməlqoyma mərasimlərində iştirak edib, Pənahəli xanın sarayı və İmarət Kompleksi ilə, Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olub.
2023-cü il noyabrın 15-də isə Ölkəmizin rəhbəri Ağdam rayonuna səfəri zamanı Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub. Prezidentin rayona hər bir səfəri burada aparılan işlərin daha da sürətlənməsinə səbəb olur. Bu işlər nəticəsində Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır.
Hazırda Ağdamdakı quruculuq işləri çox böyük sürətlə aparılır. Ölkə Başçısı İlham Əliyev 2025-ci ildə Ağdam rayonunda 5 dəfə səfərdə olub. Bu səfərlər zamanı Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdamın Sarıcalı və Kəngərli kəndlərinin birinci mərhələsinin, Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş inzibati binanın, klub-icma mərkəzinin, Kəngərli kənd tam orta məktəbinin binasının, kənd körpələr evi-uşaq bağçasının, Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərin, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, Ağdam Muğam Mərkəzinin, Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin, Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin, Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının, Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının, Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışları keçirilib.
2026-cı il noyabrın 6-da isə ölkə başçısının Ağdama növbəti səfəri zamanı Ağdamda sənaye müəssisələrinin açılışında iştirak edib, Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub. Qeyd edilməlidir ki, Ağdamda sənaye müəssisələrinin açılması Böyük Qayıdışın iqtisadi əsaslarının yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır. Ölkə başçısı Ağdam Sənaye Parkında "Komfy" Məhdud Məsuliyyətli Cəmiyyətinin ortopedik döşək istehsalı müəssisəsinin, "ASMC" Məhdud Məsuliyyətli Cəmiyyətinin metal məmulatları istehsalı müəssisəsininaçılışında iştirak edib, Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub. Bu işlər ilk növbədə burada yaşayan insanların məşğulluq problemlərinin həllində böyük köməklik olacaqdır.
Bu səfərlərin mühüm cəhətlərindən biri Prezident İlham Əliyevin quruculuq prosesinə bilavasitə nəzarət etməsidir. Dövlət başçısının mütəmadi olaraq azad edilmiş ərazilərə gəlməsi, layihələrin gedişi ilə yerində tanış olması, açılış və təməlqoyma mərasimlərində iştirakı, müvafiq tapşırıqlar verməsi Qarabağ və Şərqi Zəngəzurun bərpasının dövlət siyasətinin prioritet istiqaməti olduğunu nümayiş etdirir. Rəsmi məlumatlara əsasən, son beş ildə Prezident azad edilmiş ərazilərdə 500-dən çox tədbirdə iştirak edib, müxtəlif sahələr üzrə yüzlərlə layihənin təməlini qoyub. Bu göstəricilər dövlət başçısının həmin tarixi missiyaya verdiyi siyasi əhəmiyyəti və prosesin davamlı xarakterini ifadə edir.
Artıq 4-cü ildir ki, Ağdamlılar Ağdamın işğaldan azad edilən günün - noyabrın 20-nin Ağdam Şəhəri Günü kimi qeyd edirlər. Bu əlamətdar gün münasibəti ilə bütün Ağdamlıları təbrik edirəm.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 71   Tarix: 14 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçü

13.11.2026 353
.

Məktəblərdə bir həftə dərs olmayacaq

Noyabrın 16-dan 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq. Axşam.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü altı günlü

13.11.2026 380
.

Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə

13.11.2026 262
.

"Buludlar arasında" yol çəkilir - avtomobillər 80 metr hündürlükdə hərəkət edəcək

Polşada avtomobillərin yerdən 80 metr hündürlükdə hərəkət edəcəyi qeyri-adi avtomobil yolu inşa olunur. Nəhəng estakadanın tikintisində Eyfel qülləsinin polad karkasının çəkisindən daha çox polad istifadə edilib. xarici mediaya istinadla xəbər verir ki, Polşada S19 sürətli avtomobil yolunun ən qeyri-ad

13.11.2026 296
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". "Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərb

11:22 0
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 73
.

Azərbaycanda 13-cü maaş verilə bilər? - AÇIQLAMA

Bəzi ölkələrdə işçilərə ilin sonunda əlavə olaraq 13-cü maaşın verilməsi qanunla məcburi hesab olunur. Braziliya, Filippin, Yunanıstan, İspaniya və Portuqaliya kimi ölkələrdə 13-cü maaş qanunvericiliklə təmin edilir. 14-cü maaşın da ödənildiyi ölkələr də var. Azərbaycanda 13-cü maaşın verilməsi müzakir

13.11.2026 445
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 437
.

Tovuzda hamilə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır

13.11.2026 329
.