Yaxın üç ildə 11 yeni Regional DOST Mərkəzi açılacaq
2023-2026-cı illərdə 11 yeni Regional DOST Mərkəzinin, həmçinin 55 DOST filialının və SMART DOST məntəqələrinin yaradılması planlaşdırılır.
"Report" xəbər verir ki, bu barədə DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclasında bildirilib.
Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 6 DOST mərkəzinin açıldığını, Regional DOST infrastrukturunun qurulması istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb.
O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının sosial sahələr üzrə 154 xidmətin "bir pəncərə"dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasına imkan verdiyini vurğulayıb.
Bu ilin ötən dövründə DOST Mərkəzlərində 165 minə yaxın, ümumilikdə ötən dövrdə 1 milyon 434 mindən çox vətəndaşa xidmət göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsinin 98,5 faiz təşkil etdiyi bildirilib.
Qeyd olunub ki, Azərbaycanın uğurlu sosial islahat nümunəsi olan DOST təcrübəsi beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Bunun təzahürü kimi, ötən il DOST Agentliyi 8 beynəlxalq mükafatla təltif edilib. Beynəlxalq müsabiqələrdə 2 layihə üzrə finalçı seçilən Agentlik 4 beynəlxalq ISO sertifikatı da əldə edib.
Regional DOST infrastrukturunun qurulması ilə bütün ölkə əhalisi, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin sakinləri DOST xidmətləri ilə tam əhatə olunacaq. Eyni zamanda, innovativ yanaşmaların və texnoloji həllərin tətbiqinin genişləndirilməsi, DOST xidmətlərinin inkişafı və istifadəçi rahatlığının təmin edilməsi, müyəssərliyin artırılması, beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək.
İclasda DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Agentliyin fəaliyyəti, cümlədən 2023-cü ilin ötən dövründə əhaliyə göstərilən DOST xidmətlərinə, Çağrı mərkəzi 142-nin fəaliyyətinə, Agentliyin hədəflərinə dair təqdimatla çıxış edib.
Müşahidə Şurasının iclasında DOST Agentliyinin fəaliyyəti ilə bağlı məsələlər, strateji məqsədlər və prioritetlər müzakirə olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1086 Tarix: 29 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov
11:29 213 Müstəqil dövlətimizin ilk Konstitusiyası
Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü
12:18 222 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
11:32 214 Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
11:28 225 Zəfərin ildönümünə 2 gün qaldı - Video
İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:
14:16 168 Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
15:36 191 Dövlət Bayrağımız qürurumuzdur
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ
11:49 212 Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim
Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca
17:03 98 Həkimlər niyə qaynadılmış su içməyi məsləhət görmürlər?
Tədqiqatçılar müəyyən ediblər ki, qaynadılmış su sağlamlıq baxımından filtrdən keçirilmiş sudan daha zərərli ola bilər. Bunun səbəbləri açıqlanıb. Sürixdən olan isveçrəli alimlər araşdırma apararaq qaynadılmış su ilə bağlı mövcud məlumatları sistemləşdiriblər və onun zərərli hesab edilməsinin səbəblərin
18:30 1