Əminə Ərdoğan Azərbaycanın dəstəyini yüksək qiymətləndirdi

Əminə Ərdoğan Azərbaycanın dəstəyini yüksək qiymətləndirdiMartın 29-da Milli Məclisin sədri Sahibə Qafarova Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanla görüşüb.

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, S.Qafarova Ə.Ərdoğanla görüşdən və Türkiyənin birinci xanımının təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatında keçirilən yüksək səviyyəli tədbirdə iştirakdan məmnunluğunu ifadə edib.

Söhbətdə Milli Məclisin sədri müasir dövrdə ətraf mühitin mühafizəsinin ən böyük qlobal çağırışlardan biri olduğunu deyib. O, Əminə Ərdoğanın 2017-ci ildə irəli sürdüyü "Sıfır tullantı" təşəbbüsünün 2022-ci ilin dekabrında BMT Baş Assambleyasının qətnaməsi şəklində qlobal səviyyədə dəstəkləndiyini söyləyərək, bunun dünyanın qorunması və gələcək nəsillərə daha yaxşı şəkildə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib, Azərbaycanın da həmin qətnamə layihəsinə dəstək verdiyini qeyd edib. Spiker, Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Əminə Ərdoğanla görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın "Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə"ni imzaladığını vurğulayıb.

Sahibə Qafarova Türkiyədə fevralın 6-da baş vermiş və on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələ ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına bir daha dərin hüznlə başsağlığı verib, yaralananlara tezliklə şəfa diləyib. O, Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında bu zəlzələnin ağır nəticələrini uğurla və tezliklə aradan qaldıracağına əminliyini söyləyib. Milli Məclisin sədri, Azərbaycan və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olduğunu, bu faciənin nəticələrinin aradan qaldırılmasında da xalqımızın və dövlətimizin öz səylərini əsirgəmədiyini qeyd edib və Heydər Əliyev Fondunun yardım kampaniyasında yaxından iştirak etdiyini bildirib. Eyni zamanda, Sahibə Qafarova, Milli Məclisin də öz imkanları daxilində fəlakət zonasına humanitar yardım göndərdiyini deyib.

Görüş zamanı Prezident cənab İlham Əliyevin öz dəstəyini nümayiş etdirmək üçün Türkiyəyə səfəri, Azərbaycan Prezidentinin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının "Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım" mövzusunda Fövqəladə Zirvə Görüşünün keçirildiyi vurğulanıb.

Sahibə Qafarova ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində parlamentlərin rolundan danışıb. O, Azərbaycan Milli Məclisi və Türkiyə Böyük Millət Məclisi arasında səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyini söyləyib. Spiker, bu baxımdan parlament sədrlərinin, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin vacibliyindən bəhs edib, deputatlarımızın mötəbər beynəlxalq qurumlarda bir-birinin mövqeyini dəstəklədiklərini bildirib.

Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb.

Əminə Ərdoğan ölkəsində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan dövlətinin və xalqının dəstəyini yüksək qiymətləndirib, göstərilən yardımlara görə təşəkkürünü ifadə edib.

Türkiyənin birinci xanımı "Sıfır tullantı" təşəbbüsü ilə bağlı Birləşmiş Millətlər Təşkilatında keçirilən tədbirdə Azərbaycanın yüksək səviyyədə təmsil edildiyini təqdirəlayiq hesab edib. O, bu təşəbbüsün ətraf mühitin qorunmasında, qlobal ekoloji problemlərin həllində əhəmiyyətindən danışıb.

Türkiyə və Azərbaycan rəsmilərinin ikitərəfli və beynəlxalq səviyyədə görüşlərinin əlaqələrimizin daha da güclənməsi baxımından önəmli olduğunu deyən Əminə Ərdoğan Azərbaycan dövlətinə və xalqına sülh, əmin-amanlıq və rifah arzulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 937   Tarix: 30 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov

11:29 213
.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

12:18 222
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

11:32 214
.

Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

11:28 225
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 168
.

Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

15:36 191
.

Dövlət Bayrağımız qürurumuzdur

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ

11:49 212
.

Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim

Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca

17:03 98
.

Həkimlər niyə qaynadılmış su içməyi məsləhət görmürlər?

Tədqiqatçılar müəyyən ediblər ki, qaynadılmış su sağlamlıq baxımından filtrdən keçirilmiş sudan daha zərərli ola bilər. Bunun səbəbləri açıqlanıb. Sürixdən olan isveçrəli alimlər araşdırma apararaq qaynadılmış su ilə bağlı mövcud məlumatları sistemləşdiriblər və onun zərərli hesab edilməsinin səbəblərin

18:30 1
.