Azərbaycanda yaşlı cütlüklər də boşanır - ŞOK SƏBƏB

Azərbaycanda yaşlı cütlüklər də boşanır - ŞOK SƏBƏBSon illər Azərbaycanda boşanmaların artması cəmiyyəti ciddi narahat edir. Rəsmi statistikaya əsasən, ölkəmizdə hər ay mindən çox ailə dağılır. Təkcə bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 1370 boşanma halını qeydə alıb. 2022-ci ilin ilk ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4-dən 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 1,6-ya qalxıb.

Müşahidələr göstərir ki, boşananlar arasında gənc ailələrlə yanaşı, nisbətən yaşlı cütlüklər də var. Adətən gənclərin boşanmasına səbəb kimi xəyanət, maddi çətinliklər, ailə münaqişələri və cütlüklər arasında fikir ayrılığının olması göstərilir.

.

Bəs, ömrünün yarıdan çoxunu birlikdə keçirən insanlar nədən ayrılmağa qərar verirlər?

Mövzu ilə bağlı Modern.az-a danışan gender məsələləri üzrə ekspert Aynur Veysəlova boşananlar arasında yaşlı cütlüklərin sayının az olduğunu deyib.

"Bu, qəliz mövzudur, müxtəlif səbəblər ola bilər. Yaşlı cütlüklərin boşanmasında statistika elə də yüksək deyil. Əsasən boşanma halları 5-10 il arasında olan cütlüklərdə daha çox olur. Məsələn, 2021-ci ilin statistikasına baxsaq görərik ki, 10-19 il ailəli olan kişilərin ən çox halda boşanma halı 35-39, 40-44 yaş arası olub. 35-39 yaş arası şəxslərdən təxminən 1851 nəfər, 40-44 yaş arası şəxslərdən isə 1461 nəfər boşanıb. 20 il və yuxarı nikah müddətində boşanan cütlüklərdən 189 nəfər 40-44, 473 nəfər 45-49, 551 nəfər isə 50-54 yaş aralığındadır. Qadınlarda isə 10-19 il davam edən nikahdan sonra boşananların 1969 nəfəri 30-34 yaş, 1702 nəfər isə 35-39 yaş arasındadır. 20 il və daha çox davam edən nikah müddətində boşanan qadınların ən çoxu 40-44 yaşdadır. Bu say 470 nəfər təşkil edir. 485 nəfər 45-49 yaş, 426 nəfər 50-54 yaş aralığındadır. Təqdim etdiyim rəqəmlər 2021 ci ilin statistikasıdır. Bunları Dövlət Statistika Komitəsinə əsaslanaraq deyirəm".

Boşanmaların səbəbinə gəlincə, ekspert bununla bağlı müxtəlif fikirlər irəli sürüb:

"Burada müəyyən səbəblər ola bilər. Uzun müddət tərəflər arasında şiddətli münasibətlər, münaqişəli, mübahisəli məsələlər olubsa, bəlkə də zamana buraxıblar ki, zaman ərzində dəyişikliklər ola bilər, insanlar bir-birini tanıya, anlaya bilər, qarşılıqlı hörmət və güzəşt əsasında yaşaya bilərlər. Amma alınmayıb. Yaxud da tərəflərdən birində zərərli vərdişlərə aludəçilik olur. Bu hallara xüsusilə kişilərdə daha çox rast gəlmək olur. Uzun müddət müalicələrin, müayinələrin təsiri olmayıb və artıq tərəflər qərar verib ki, boşansınlar. Biz adətən boşananların daha çox 5-10 ilin ailələri olduğunu görürük. Sosioloqlar və psixoloqlar bu dövrə böhran dövrü deyirlər. Hansı ki, ailələr hələ bir-birini tanımalı və məsuliyyəti anlamalı, övladları ilə ünsiyyətdə olmalıdırlar. 5-10 illik dövrdə daha çox boşanma halları baş verir. Amma sonrakı müddətdə boşanma halları azdır. Bunun müəyyən səbəbləri var. Bu səbəblərə baxışların dəyişməsi, xəyanət, yaxud yeni münasibətləri aid etmək olar".

Aynur Veysəlova qeyd edib ki, ailənin bütövlüyünü qorumaq lazımdır:

"Münasibət kəskin uçurum vəziyyətindədirsə, ailə üzvləri bundan zərər görürsə, əziyyət çəkirsə, bu zaman boşanma bəlkə də əsas həll yoludur. Amma bütövlükdə ailənin qorunmasına çalışmaq lazımdır. Qarşılıqlı anlaşma mütləqdir. Tərəflərdən biri zərərli vərdişin aludəçisidirsə, bundan əl çəkməlidir. Ailəni qorumaq üçün davranışlarımıza məsuliyyətlə yanaşmalıyıq. Xüsusilə, sənin övladların, nəvələrin varsa, ailəni qorumağı özünə borc bilməlisən".

Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, indi əksər insanlar ictimai qınaqdan çəkinmirlər və rahat şəkildə qərarlar qəbul edirlər:

"Əsas problem ondan ibarətdir ki, cəmiyyətdə çox sürətli dəyişikliklər baş verir. Dəyərlərə münasibət dəyişir. Əvvəllər ailəni birgə və möhkəm saxlayan ailə daxilində mənəvi dəyərlərin üstün olması idi. İndi daha çox maddi dəyərlər ailəyə daxil olmaqdadır. Maddi məsələlər ailəyə daxil olduqda gərginlik yaranır. Eyni zamanda əvvəllər ictimai qınaq var idi. İnsanlar ictimai qınaqdan ehtiyat edirdilər. İndi ictimai qınaq yoxdur. Vaxtilə hər kəs ailə qarşısında öz borcunu bilirdi. İndi isə xaotik vəziyyət yaranıb. O cümlədən, ailələrdə uşaqlar da çox olurdu. Uşaq sayı çox olan ailədə qayğılar elə xarakterdə olurdu ki, insanlar bir-birinə daha çox bağlı olurdu. İndi ailələrdə uşaqların sayı azalıb. Bütün bunların hamısı və ailə üzvlərinin aldığı informasiyalar, informasiyaların xarakteri, ətrafda bu cür hadisələrə qarşı biganə münasibət xoşagəlməz vəziyyətə gətirib çıxarır".

Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Əminə Əliyeva isə orta yaşlı və nisbətən yaşlı cütlükləri ayrılmağa vadar edən amillərdən söz açıb:

"Son zamanlar boşanmaların sayı artır. Bunun səbəbləri var. Məsələyə biopsixososial baxımdan yanaşmağımız bizə mövzunu tam aydın izah etməkdə kömək olacaq. Biopsixososial dedikdə, boşanmanın bioloji, psixoloji və sosial tərəfləri nəzərdə tutulur. Ünsiyyət vacib əlaqə vasitəsidir. Sağlam ünsiyyət vərdişləri olmadıqda, evli cütlüklər izah edə bilməmək, anlaya bilməmək, məyusluq və ya yanlış gözləntilərlə bağlı problemlər yaşaya bilər. Pis ünsiyyəti təsvir etmək asandır: gün ərzində bir-birinə qışqıran həyat yoldaşları, passiv-aqressiv olan həyat yoldaşları və ya sadəcə olaraq onlar üçün həqiqətən vacib olan şeylər haqqında ümumiyyətlə danışmayan həyat yoldaşları. Sağlam, aydın ünsiyyətin olmaması fiziki yaxınlıq, ailə dinamikası, həyat yoldaşının öhdəlikləri və pulla bağlı yersiz gözləntilərə səbəb ola bilər. Bir sözlə, bütün bu sadaladıqlarımız toplaşaraq çox böyük problemlər yarada bilər. Bu da boşanmaya səbəb ola bilər. Digər bir nüans asılılıqlarla bağlıdır. Asılılıq müxtəlif formalarda olur. Narkotik və alkoqoldan asılılıq ilk ağla gələnlərdir. Lakin cinsi əlaqə, pornoqrafiya və oyunlara aludəçilik də nikah üçün eyni dərəcədə zərərli ola bilər. Yaş artımı nəticəsində, insanlar təqaüdə çıxır və günlərinin böyük bir hissəsi boş qalır. Həmin şəxslər vaxtlarını keçirmək üçün çay evlərində, digər məkanlarda əyləşir, fərqli oyunlar oynayır. TOPAZ, MİSLİ kimi yerlərdə daha çox yaşlı insanlara rast gəlmək olar və çox hissəsi demək olar ki, oyunlardan asılı haldadır. Bu asılılıq halı evdə yoldaşlarının xoşuna gəlməyə bilər. Bu da bir sıra mübahisələrə, bəzi hallarda isə fiziki zorakılıq hallarına da gətirib çıxarır. Belə hallarda boşanma riski daha da artırır".

Psixoloq məsələnin bioloji və maddi tərəflərinə də toxunub:

"Bioloji səbəbə ilk növbədə cinsi istəyin azalması və ya olmamasını misal gətirə bilərik. Hamımız nikahın "bal ayı"nın tez-tez cinsi yaxınlığın müşahidə olunduğu bir mövsüm ola biləcəyi haqqında zarafatlar eşitmişik. Ancaq zaman keçdikcə cütlüklər uzaqlaşa və yaxınlıq azala bilər. Nəhayət, həyat yoldaşları bir-biriləri ilə cinsi əlaqədə olmadıqlarını, tərəflərdən birində cinsi zəiflik, qadınlarda frigidlik kimi seksual disfunksiyanın olduğunu hiss etdikdə, bu, boşanma haqqında düşünməyə səbəb ola bilər. Bioloji səbəb kimi digər yandan bədən çəkisinin və formasının dəyişməsini göstərə bilərik.

Yaşlandıqca bədənimiz öz plastikliyini itirir, maddələr mübadiləsi zəifləyir. Bu kimi hallar bədənimizdə kökəlmə, artıq piylənmə, tez yorulma, bədən formasının itməsi, dəri sallanması kimi nəticələri doğurur. Cütlüklərin birində bu halın baş verib, digərində baş verməməsi əhəmiyyətli dərəcədə problemlərə səbəb ola bilir. Həyat yoldaşlarından birinin çəkisinin artması onların tərəfdaşları üçün fiziki cəhətdən daha az cəlbedici olmasına gətirib çıxarır. Bu incikliyə səbəb ola, daha az cinsi yaxınlıq ilə nəticələnə bilər. Eyni zamanda evlilik münasibətlərindən kənarda cinsi məmnunluq axtarmaq ehtimalını da artıra bilər. Məsələnin maddi tərəflərini də unutmaq olmaz. Əgər tərəflərin həyat tərzi ilə bağlı istəkləri, qənaət, xərcləmədə fərqli dəyərlər və ya fərqli uzunmüddətli maliyyə məqsədləri varsa, bu, münaqişəyə səbəb ola bilər. Bir çox evliliklərdə maddi fikir ayrılığı boşanmaya gətirib çıxaran "son damla" olur. Təqaüd yaşına çıxdıqdan sonra yeganə gəlirin təqaüd olmağı ciddi mənfi təsir göstərən faktordur. Almaq istədiklərini ala bilməmək, getmək istədikləri yerə gedə bilməmək, pulu daha ehtiyatla xərcləmək insanlarda qəzəb oyadır. Həqiqətən də araşdırmalar göstərir ki, tez-tez pul mübahisələri boşanma üçün güclü bir proqnozdur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1051   Tarix: 31 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xalq artistinə qarşı 215 minlik DƏLƏDUZLUQ

Rusiyanın xalq artisti Vera Vasilyeva dələduzluğa məruz qalıb. yerli mediaya istinadla bildirir ki, Sankt-Peterburq Musiqili Komediya Teatrının 78 yaşlı aktrisası özünü FTX və hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edən fırıldaqçıların tələsinə düşüb. Məlumata görə, mayın 13-də Vasilyev

15.05.2025 234
.

"Azərlotereya"nın "1001 Sevinc" əşya lotereyası başladı

"Azərlotereya" növbəti möhtəşəm lotereya ilə hər kəsi sevindirəcək. "1001 Sevinc" yeni tirajlı lotereyasında yüzlərlə dəyərli əşyalar sahiblərini gözləyir. Əşya lotereyası oyunçulara cəmi 1, 2 və ya 5 manat qarşılığında bir-birindən müxtəlif qiymətli hədiyyələr qazanmaq imkanı yaradır

15.05.2025 215
.

"Şirvan Gənclər Evi" rəhbəri Əfqan Həsənovun qanunsuz əməlləri aşkarlandı

"Şirvan Gənclər Evi" sosial xidmət müəssisəsi tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb. XALQ xəbər verir ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləs

15.05.2025 250
.

Candan Erçetinin yeni evi gündəm oldu

Türkiyə estradasının tanınmış siması Candan Erçetin böyük şəhərin səs-küyündən bezdiyini açıqlayıb. xəbər verir ki, sənətçi İstanbulda yaşadığı evini sataraq kənd həyatına üstünlük verib. Təbiətlə iç-içə yaşamağa qərar verən Candan Erçetin hazırda 15-dən çox it, pişik, toyuq, quzu, tovuz, hətta eşşə

15.05.2025 434
.

Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?

Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 5 və 6-cı məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisini aparacaq şirkətin adı açıqlanıb. Teleqraf xəbər verir ki, 36.536.755,81 manat dəyərindəki layihəni "SMTS" MMC reallaşdıracaq. Tikinti üzrə işlərin 2026-ci ilin iyu

15.05.2025 216
.

Zelenski Ankaradadır - Video - Yenilənib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada səfərdə olan ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat Türkiyə liderinin bu gün üçün nəzərdə tutulan iş qrafikində yer alıb. Məlumata əsasən, günorta saatlarında Zelenskinin rəsm

15.05.2025 343
.

Maşınına od vuran hərbçi DANIŞDI

Bəzi sosial şəbəkələrdə bir şəxsin avtomobilinə benzin tökərək od vurub yandırdığına dair görüntülər yayılıb. İddialara görə, həmin şəxs bu addımı avtomobillə bağlı yaranmış borc səbəbindən atıb. Maşını yandıran şəxs - Murad Əfəndiyev hadisənin təfərrüatı barədə Baku TV-yə danışıb. "Maşını bacanağımda

14.05.2025 675
.

Hüseyn axtarışa verilməsindən danışdı

Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənov axtarışa verilməsi ilə bağlı yayılan elana münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, o bu haqda instaqram hesabında açıqlama verib. Hüseyn vergi borcunun olmadığını deyib:. "Bəli, yüksək səslənir – "qiyabi həbs", amm

14.05.2025 520
.

Ən böyük ixtisar dalğası - "Microsoft" minlərlə şəxsi İŞSİZ QOYACAQ

Microsoft qlobal işçi qüvvəsini daha da azaltmaq planlarını açıqlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, bu məlumatı CNBC-yə açıqlama verən "Microsoft" nümayəndəsi təsdiqləyib. O qedyd edib ki, şirkət 2025-ci ilin sonuna qədər ümumi qlobal işçi qüvvəsinin təxminən 3%-ni ixtisar etməyi planlaşdırır

14.05.2025 325
.

TOP MP3