Yaşı 10 ildən artıq olan avtomobillərin idxalına qoyulan məhdudiyyət nəyi dəyişəcək? - Ekspertdən AÇIQLAMA

Yaşı 10 ildən artıq olan avtomobillərin idxalına qoyulan məhdudiyyət nəyi dəyişəcək? - Ekspertdən AÇIQLAMA"Yaşı 10 ildən artıq olan işlənmiş avtomobillərin idxalına tətbiq ediləcək yeni məhdudiyyət əslində ölkəmizdə avtomobilləşmə prosesini yavaşıtmağa yönələn addım kimi qiymətləndirilməlidir".

BiG.AZ xəbər verir ki, bunu yol-nəqliyyat hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında" qərarını şərh edərkən deyib.

O bildirib ki, bu qərar avtomobilləşmə prosesini bir az ləngidəcək, idxal edilən avtomobillərin sayı azalacaq:

"Amma qərarın hədəfləndiyi ictimai faydalı nəticələrin gözlənilən səviyyədə olması inandırıcı deyil. Hətta əksinə - bəzi məqamlarda yeni suallar çıxacağı mümkündür. Qısaca olaraq aşağıdakıları bildirmək istərdim.

Ötən ilin sentyabr ayından başlayaraq Bakı küçələrində tıxaclar daha sürəkli xarakter almışdır. ETSN-nin keçirdiyi monitorinqlərin nəticəsi kimi havada dəm qazının, azot oksidlərinin və bəzi başqa zərərli maddələrin normadan xeyli çox olduğu barədə məlumatlar da hamının yadındadır. Bu zərərli maddələrin əsas mənbəyinin nəqliyyat vasitələri olduğu da ETSN tərəfindən vurğulanır. NK özünün 29.03.2023 tarixli, 94 saylı Qərarını şərh edərkən əsas hədəfin göstərilən problemi həll etmək olduğunu vurğulamışdır.

Lakin bu məsələdə ciddi bir səhvə yol verilir. Bizim ölkəmizdə əhali sayına nisbətdə avtomobillərin sayı çox deyil (təxminən hər 100 nəfərə 14 avtomobil düşür). Bizdə əsas problem fərdi avtomobillərdən istifadə səviyyəsinin yüksək olmasıdır. Bunun səbəbi isə ictimai nəqliyyatın bərbad olması, fərdi mobillik üsullarından (velosiped və ona bərabər yerdəyişmə vasitələrindən) çox az istifadə edilməsidir. Ona görə də son qərarın ölkəmizdə ekoloji təhlükəsizliyi əhəmiyyətli dərəcədə artıracağını, yol hərəkəti təhlükəsizliyinə ciddi töhfə verəcəyini, yollarda tıxacları azaldacağını düşünmək doğru deyil.

İzahı da çox sadədədir. Bu qərardan sonra insanlarımız ölkəmizdə hazırda istismar edilən köhnə avtomobillərdən daha bərk yapışacaqlar, çünki onları yeniləmək şansı xeyli azaldı. Nəqliyyat ehtiyaclarını qarşılayan başq varint da yoxdur. Bu isə köhnə avtomobillərin daha uzun müddət istismar edilməsini stimullaşdıracaq. Əgər bu qərar səmərəli və əlverişli utilizasiya proqramı ilə eyni vaxtda verilsə və icra edilsəydi, köhnə avtomobillərin azalması ehtimalı real olardı. İndiki şəraitdə isə daxili avtoparkda köhnə avtomobillərə ehtiyacın artacağını düşünmək olar. Hətta bu qərar köhnə avtomobillərin bazarda bahalaşmasına da stimul verəcək (bazardakılar belə məsələlərə çox həssas yanaşırlar).
Bundan başqa, mobilliyini ictimai nəqliyyat hesabına təmin edə bilməyən insanlar xaricdən nisbətən az istifadə edilən (yaşı 10-dan az olan) avtomobil gətirməyə meyllənəcəklər. Onlar isə daha bahadır. Nəticədə ölkəmizdən xaricə avtomobil alışı üçün valyuta axını arta bilər.
Qısası, ölkədə avtomobillərin ekoloji zərərli təsirini azaltmağın, yol hərəkəti təhlükəsizliyi səviyyəsini artırmağın, yollarımızda tıxacları azaltmağın və aradan qaldırmağın yeganə yolu ictimai nəqliyyatı inkişaf etdirməkdir. Bütün sərmayələr ilk olaraq buna yönəldilməlidir. Buna paralel olaraq əhali üçün cəlbedici və səmərəli utilizasiya da həyata keçirilsə, insanlar köhnə avtomobillərdən inzibati qərarlarla deyil, hətta könüllü olaraq imtina edərlər.

NK-nın 29.03.2023 tarixli, 94 saylı Qərarı 30 gün sonra (yəni təxminən aprel ayının sonunda) qüvvəyə minir. Gömrük Komitəsinin verdiyi məlumatdan aydın olur ki, 29 mart tarixindək xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri (müqavilə, hesab-faktura və s.) olan şəxslərin avtomobili 30 gündən sonra da ölkəyə gəlib çıxsa, bu qayda onlara şamil edilməyəcək. Amma yaşı 10-dan çox olan avtomobil 29 mart tarixindən sonra alınsa və həmin avtomobil 29 aprelədək Azərbaycana gəlib çıxmasa, ölkəyə buraxılmayacaq".

Qeyd edək ki, sözügedən qərara əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi məhdudlaşdırılır və qərar 30 gün sonra qüvvəyə minir.

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1146   Tarix: 31 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu

14:34 266
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

12:12 221
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 224
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 228
.

Dövlətin əsas qanunu - Konstitusiya

Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 31 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanı

11:47 221
.

Üçrəngli bayraq bizim tariximiz və şərəfimizdir

Hər bir dövlətin bayrağı ona doğmadır. Azərbaycanın üçrəngli bayrağı da xalqımız üçün müqəddəsdir. Tarix boyu müsəlman dünyasında böyük qələbələr qazanıldıqdan sonra bayrağı ucaldıb və öpərək ehtiram göstəriblər. Azərbaycan da 1918-ci ildə müsəlman Şərqində ilk cümhuriyyəti elan etdikdən sonra 1918-c

11:35 226
.

Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim

Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca

17:03 98
.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 1
.

Telefonunuz sizi dinləyir? - Söhbətdən sonra çıxan reklamların səbəbi

Hansısa məhsul haqqında danışdıqdan sonra telefonda məhz onun reklamını görmək bir çox insanda şübhə yaradır. İstifadəçilər smartfonun söhbətlərini gizlicə dinlədiyini düşünürlər. Lakin belə reklamların görünməsi özlüyündə dinlənilmənin sübutu deyil. xarici mediaya istinadla xəbər verir ki, reklam sistemlər

19:15 1
.