Qumbara gəzdirən, başındakı qəlpəni çıxartmaq üçün saçlarını kəsdirən Xalq artisti - Maraqlı Faktlar

Qumbara gəzdirən, başındakı qəlpəni çıxartmaq üçün saçlarını kəsdirən Xalq artisti - Maraqlı FaktlarKulis.az 90-cı illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən, əlil olan ilk və son Xalq artisti, Şuşa Dövlət Dram Teatrının aktrisası Şükufə Musayeva ilə bağlı on maraqlı faktı təqdim edir.

Şükufə İmran qızı Musayeva 23 aprel 1966-cı ildə Bərdə şəhərində anadan olub. Uşaqlıqdan aktrisa olmaq istəyib. Mədəniyyət və İncəsənət Universitetində təhsil almaq istəsə də, illərlə bu istəyinə çata bilmir. Şuşa Mədəni-Maarif Texnikumunun dram fakültəsinə qəbul olunur. Oxuduğu müddətdə Şuşa Dövlət Dram Teatrının direktoru Yadigar Muradovla tanış olur və Xalq Teatrındakı tamaşalara dəvət alır.

1988-ci ildə Qarabağın başının üstünü dumanlar alanda texnikumu bitirir və Şuşa Mədəniyyət Evinə təyinat istəyir. O zaman hələ Şuşa Teatrı yox idi. 90-cı illərdə Şuşa Dövlət Dram Teatrı açılır və Şükufə xanım oranın aktrisalarından biri olur.

Şuşanın işğalından sonra dözmür, könüllü müharibəyə qoşulur. Artıq hamı ona bir aktrisa, bir xanım kimi yox, döyüşçü kimi yanaşırdı. Özü xatırlayır:

"Bütün qadın hislərimi unutmuşdum. Sevgi, qorxu, həyəcan... heç nə hiss etmirdim. Mən fəxrlə xatırlayıram o illəri. Çünki cəbhədə Azərbaycan qadınlarının utanacağı heç nə yaşanmayıb."

Şuşanın işğalı ilə bağlı bunları deyir:

"Şuşada döyüşlər gedəndə mən Laçının Anakirs deyilən ərazisində idim. Orada da qızğın döyüşlər gedirdi. Erməni bu istiqamətdən də hücuma keçmişdi. Biz döyüşüb onları geri çəkilməyə məcbur etdik. Şuşanın işğal xəbərini Laçında aldım. Dünyam başıma yıxıldı. Laçında camaat "Şuşa" deyib ağlaşırdı. Mən qulaqlarıma inanmırdım. Onların üstünə qışqırırdım. Deyirdim, siz nə danışırsınız? Şuşa işğal oluna bilməz! Birdən çevrilib Şuşa tərəfə baxdım. Gördüm, tüstüsü ərşə qalxıb. Çox istəsəm də, Şuşaya tərəf gedə bilmədim. Artıq ermənilər Anakirs tərəfdən Laçına hücuma keçmişdilər".

Döyüş boyu düşmənə əsir düşməsin deyə üstündə həmişə qumbara gəzdirib. Elə bir təhlükə olsa, fitilini çəkib özünü partladacaqdı.

1992-ci il martın 18-də şəkil çəkdirmək üçün Şuşadakı fotostudiyalardan birinə gedir. Qəfil ermənilər şəhəri bombalayırlar. Fotoqraf qaçıb stolun altına girir. Şükufə xanım onu sakitləşdirir, qorxmayın, deyir. Çölə çıxanda hamının qaçdığını görür, lakin o, yerində dayanıb tüstülənən şəhərə tamaşa edir. Bu vaxt texnikum müəlliminin səsini eşidir: "Qaç Musayeva!" "Müəllim, siz gedin, mən gələcəyəm" dediyi an başına şüşə qırıqları tökülür.
Ağdərə uğrunda gedən döyüşdə yaralanıb. Yaralı yoldaşlarını döyüş meydanından çıxarıb PDM-ə daşıyırmış. Milli Qəhrəman Şakir Salahov onu səsləyir, deyir, bacı, ver, buradan o yana mən aparacağam. Xərəyi ondan alır. Bir az aralanan kimi dəhşətli partlayış olur. Bircə söz eşidir: "Ay Allah öldüm!" Atılan mərmi Şakirin bədənindən keçib PDM-ə girir. Onu isə qəlpələr tutur. Huşunu itirir. Ayılanda görür, PDM yanır. Orada düz 8 nəfər ağır yaralanır, iki nəfər şəhid olur.

Bədəninə 100 qəlpə girir. Çoxlu qan itirir. Boğaz damarlarında, üzünün müxtəlif yerlərində qəlpə izləri var. Gözünün ağında da qəlpə var. Hələ də soyuq havalarda gözləri ağrıyır. Qulaq pərdəsi də dağılıb. Bir qulağı eşitmə qabiliyyətini itirib. Beyin çatı əmələ gəlib. Üstündə saatlarla əməliyyat aparılandan sonra xoş təsadüfdən həyata qayıdıb.

Uzun saçları varmış. Başının arxasındakı qəlpəni çıxartmaq üçün həkimlər saçlarını kəsəndə onu ağlamaq tutur. Deyir, uzun zaman idi ilk dəfə özümü qadın kimi hiss edirdim.

1995-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivində qiyabi rejissorluq təhsili alır. Müharibədə uduzan xanım heç olmasa öz sənətində nəsə etməyə çalışır. Elçi gələnlər çox olsa da, ailə qurmaq istəmir. Müharibə şəxsi həyatını alt-üst edir. Xeyli gec ailə qurur. Ağır yaralandığı üçün tərxis olunur. Bu yaralar ana olmaq imkanını ondan alır:

"On uşaq anası olmaq istəyirdim, amma biri də olmadı. Müharibə mənim arzularımın, istəklərimin üstündən qara xətt çəkdi".

Ən ağır günlərdə belə qaçqın həyatı yaşayan Şuşa Teatrından heç vaxt ayrılmır. Bu gün də oranın aktrisasıdır. Deyir, mənim Şuşaya vəfa borcum var:

"Elə günlər olub, bir qəpik pulum olmayıb, işə piyada gedib-gəlmişəm. Teatrlardan dəvətlər olub. Amma başqa teatra keçmək haqqında düşünməmişəm. Paralel olaraq Mədəniyyət evində, Xalq Teatrında rejissor kimi fəaliyyət göstərmişəm. Amma Şuşa Teatrı ilə bağlarımı qoparmağa ürəyim gəlməyib".

Şuşanın alınması xəbəri onu həddən artıq sevindirir: "Sevindiyimdən ürəyim partlamaq dərəcəsinə çatdı. Həyatımda heç vaxt o gün sevindiyim kimi sevinməmişəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 870   Tarix: 01 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

12:02 222
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

17:26 86
.

Şuşa - tariximizin qürur zirvəsi, milli ruhumuzun əbədi ünvanı

Şuşa haqqında yazmaq həm asandır, həm də çətin. Asandır, çünki bu şəhərin hər daşı tarix danışır, hər küçəsi bir xatirə yaşadır, hər zirvəsi Azərbaycan ruhunun əzəmətini nümayiş etdirir. Çətindir, çünki Şuşanın taleyini, otuz ilə yaxın davam edən ayrılığın ağrısını, onun azadlığı uğrunda verilən qurbanları

14:28 159
.

Üç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir

Dövlət Bayrağımızın bu illki təntənəsi xalqımız üçün ikiqat əlamətdardır. Bayram 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da fərəhlə qeyd edilir. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində seçilir. Türk dünyasında "tuğ" adlandırılan dövlə

11:08 199
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

14:54 256
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun

11:17 216
.

Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərsu

15:59 258
.

"Met Gala"nın mayda keçiriləcək tədbirinin mövzusu açıqlandı

"Met Gala" may ayında keçiriləcək 2027-ci il tədbirinin mövzusunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda "People" nəşri məlumat yayıb. Sərginin mövzusu "extraORDINARY: Fashion and the Poetics of Everyday" ("Qeyri-adi: Dəb və gündəlik həyatın poetikası"

10:57 209
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 185
.