İfşa olunan "5-ci kolon"lar - yenilərini yaratmaq uğrunda cəhd - ŞƏRH

İfşa olunan "5-ci kolon"lar - yenilərini yaratmaq uğrunda cəhd - ŞƏRHErmənistanla sərhədyanı bölgəyə Avropa İttifaqının mülkü müşahidə missiyasının birtərəfli qaydada yerləşdirilməsi Qərbin regiona, Azərbaycanın irəli sürdüyü təkliflərə münasibətinin göstəricisidir. Azərbaycanın Qarabağ iqtisadi rayonunda ermənilərin hərbi birləşmə saxlamasına, işğal illərində mina basdırılan ərazilərin xəritəsinin təqdim edilməməsinə, habelə sülh və normallaşma prosesinə mane yaratdığı üçün Ermənistana təzyiqlər edilmədiyi halda Qərb bloku mücərrəd məsələlərlə Azərbaycana təzyiqlər etməyə çalışır.

Heç kimə sirr deyil ki, ABŞ və Avropanın bir çox siyasi institutları, maliyyə fondları, hüquq-müdafiə təşkilatları Azərbaycanda uzun müddət fəaliyyət göstəriblər və onların bəziləri fəaliyyətlərini hazırda da davam etdirirlər. İstənilən dövlət bu cür məsələdə sağlam tərəfdaşlıq və əməkdaşlığa üstünlük verir. Azərbaycan da sağlam əməkdaşlıq prinsiplərinə və vətəndaş cəmiyyəti ənənələrinə sadiq qalaraq onların fəaliyyətinə daim imkan yaradıb. Ancaq təcrübə göstərir ki, başda USAID olmaqla ABŞ hökumətinə bağlı olan, eləcə də guya müstəqil olan bu cür təşkilatlar vətəndaş cəmiyyətlərinin inkişafına töhfə verməkdən daha çox, siyasi proseslərə müdaxilə etmək, cəmiyyəti çaşdırmaq, ictimai-siyasi prosesləri manipulyasiya etmək, dövlətçilik prinsiplərini zəiflətmək məqsədi güdürlər. Bir qayda olaraq, bu cür təşkilatlar Azərbaycan dövləti ilə müəyyən istiqamətlərdə əməkdaşlıq etsələr də, onların əsas fəaliyyət istiqaməti özlərinə sadiq qeyri-hökumət təşkilatları, media qurumları yaratmaq, özünəməxsus şəbəkə formalaşdırmaq, radikal siyasi qüvvələrin antidövlət fəaliyyətinə dəstək vermək olub.

USAID-lə yanaşı, Fridrix Nauman, NED, IREX, Marşall və başqa bu kimi qurumlar Azərbaycanda "5-ci kolon" formalaşdırmaq, onlardan siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. 2000-ci ilin əvvəllərindən başlayaraq postsovet məkanında rəngli inqilablar, sonralar isə Yaxın Şərqdə "ərəb inqilabları" ilə siyasi kataklizmlər həmin şəbəkələrin yaxından iştirakı ilə baş tutub.

"5-ci kolon"un xaricdən maliyyələşdirilməsi onların mahiyyətini təsdiqləyən amillərdəndir.

Məhz bu cür milli mənafeyə zidd fəaliyyətlərin qarşısını almaq məqsədilə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının xaricdən maliyyələşməsinin qarşısı alındı. Ötən illərdə ölkədə QHT-lər vasitəsilə siyasi partiyaların maliyyələşdirilməsi adi praktikaya çevrilmişdi. Zaman-zaman "SİDSUH", "Demblok", "İctimai Palata", "Milli Şura" və başqa adlar altında yaradılan qurumlar Qərbin dəstəyi sayəsində fəaliyyət göstərirdi. Ancaq bu yolla müxalifətin birliyini təmin etmək, ondan güclü alternativ formalaşdırmaq cəhdləri uğursuzluğa düçar oldu.

Son dövrlərdə İrana məxsus "5-ci kolon"un sıradan çıxarılması istiqamətində görülən tədbirlərlə bunu müqayisə də etmək olar. Tehran rejimi Azərbaycanda buyruqlarını yerinə yetirəcək bir təbəqə formalaşdırmışdı. Həmin "təbəqə" Azərbaycan dövlətinin əsaslarına qarşı çıxır, cəmiyyəti parçalamağa səy göstərərək onun gücünü zəiflətməyə, ölkədə xaos yaratmağa səy edirdi.

Odur ki, Azərbaycan əvvəlcə Qərbin, Rusiyanın, daha sonra isə İranın şəbəkələrini aşkarlayaraq fəaliyyətlərinin qarşısını alıb. Sanki boşluq yarandığını düşünən Qərb təsisatları yenidən iş başındadır. Bu istiqamətdə fəaliyyətə indi USAID və onun qatı ermənipərəst rəhbəri Samanta Pauer başçılıq edir. Yazdığı "Amerika soyqırımı əsrində" kitabı onun fəaliyyətinin və düşüncəsinin göstəricisidir. Samanta Pauer bu kitabında "erməni soyqırımı"ndan da bəhs edərək Osmanlı dövlətinə qarşı təbliğat aparır, ancaq XX əsrin sonlarında, 1992-ci il fevralın 26-da Xocalı şəhərində, Azərbaycanın başqa bölgələrində ermənilərin törətdiyi soyqırımından bəhs etmir. Əlbəttə, "xəbəri olmayıb", deyən tərəfdaşları da tapıla bilər. Ancaq Samanta xanım və onun kimilərin o zaman bölgədə nə işi var?

44 günlük müharibə zamanı və ondan sonrakı günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Qərb dövlətlərini təmsil edən KİV nümayəndələrinə müsahibələri də bu məqamda yada düşür. Həmin jurnalistlərin suallarından elə çıxırdı ki, Azərbaycan öz torpaqlarını işğaldan nahaq yerə azad edib. İndi bu kimi düşüncənin daşıyıcıları yenidən iş başındadırlar.

USAID 2023-2025-ci illərdə müxtəlif ölkələrdə "vətəndaş cəmiyyəti" quruculuğuna 9,5 milyard dollar vəsait ayırıb. Bu yaxınlarda açıqlanmış "Demokratiya doktrinası" çərçivəsində bu vəsaitin müxtəlif ölkələrdə çevriliş planlarının reallaşdırılmasına yönəldiləcəyi ehtimal edilir.

Rəsmi missiyası zəif inkişaf etmiş, ehtiyacı olan ölkələrə dəstək göstərən bu qurum 1991-ci ildən Azərbaycanda da fəaliyyət göstərir. Bu baxımdan təşkilatın həmin illərdə Azərbaycanda da fəaliyyət göstərməsi anlaşılan sayılır. Ancaq indi Azərbaycan bir çox dövlətə yardım edir və bir çox iri layihələr üçün donor funksiyasını yerinə yetirmək gücündədir. Məsələn, Azərbaycan pandemiyanın törətdiyi iqtisadi fəsadların aradan qaldırılması ilə yanaşı, bir sıra xarici ölkələrə yardım da edib. Prezident İlham Əliyev 2020-ci il mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST Mərkəzinin açılışındakı çıxışında həmin dövrdə Azərbaycanın 13 ölkəyə və 3 beynəlxalq təşkilata yardım etdiyini bildirmişdi. Yaxud müharibə zamanı Ukraynaya edilən humanitar yardımları və s. örnək göstərmək olar. Bu kimi faktlar USAID-in Azərbaycanda fəaliyyətinə ehtiyacı azaldır. Hazırda Azərbaycanın daha çox ərazi bütövlüyünün təmin olunması, Ermənistanla sərhədlərin müəyyənləşməsi, münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması istiqamətində beynəlxalq dəstəyə ehtiyac var.

Bu həm də regionun inkişafı, təhlükəsizliyin təmin olunmasına, elə demokratiyanın inkişafına da töhfə olar. Regionda bu kimi məsələlər öz həllini tapmadan demokratiya və demokratik təsisatlar daim təhdid ediləcək. Belə şəraitdə qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin inkişafı da ləngiyər. "Erməni soyqırımı"nı təbliğ edənlərin isə Azərbaycanda fəaliyyəti heç arzuedilən deyil...(report.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 657   Tarix: 01 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Timsah qadını dişləyib həyatını xilas etdi - Qeyri-adi HADİSƏ

Hindistanın Karnataka ştatında timsah qadını ölümdən qurtarıb. xarici mediaya istinadən xəbər verir ki, timsahın hücumu intihar etmək istəyən qadının həyatını xilas edib. Yırtıcının dişləməsi nəticəsində qadın qışqırmağa başlayıb və onun səsini eşidən polis əməkdaşları ilə yerli sakinlər vaxtında köməy

19:00 1
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

14:06 213
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

15:11 175
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

17:07 85
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov

11:29 213
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

12:12 221
.

İsa peyğəmbər harada vəftiz olunub?

Qədim səyyahların qeydləri ilə uzun illər aparılan arxeoloji qazıntıların nəticələrinin müqayisəsi İsa peyğəmbərin vəftiz olunduğu yerin müəyyənləşdirilməsinə imkan verib. Araşdırmada həmin məkanın İordan çayının şərq sahilində yerləşdiyi bildirilir. xarici mediaya istinadla xəbər verir ki, İordaniyanı

18:45 1
.

Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır

1918-i il mayın 28-də Azərbaycan Xalq Cümhiriyyəti quruldu. Dövlət rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Bu bayraq ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi. Daha sonra Azərbaycan bayrağının dəyişməsi məsələs

11:24 210
.

Üçrəngli bayraq bizim tariximiz və şərəfimizdir

Hər bir dövlətin bayrağı ona doğmadır. Azərbaycanın üçrəngli bayrağı da xalqımız üçün müqəddəsdir. Tarix boyu müsəlman dünyasında böyük qələbələr qazanıldıqdan sonra bayrağı ucaldıb və öpərək ehtiram göstəriblər. Azərbaycan da 1918-ci ildə müsəlman Şərqində ilk cümhuriyyəti elan etdikdən sonra 1918-c

11:35 226
.