Laçında inşa edilən yeni evlər görənləri heyran edir - VİDEO
Laçın şəhəri sürətlə müasir görkəminə bürünür. Şəhərin hər yerində fasiləsiz olaraq yenidənqurma işləri aparılır. Məqsəd may ayına qədər Laçını doğma sakinlərinin ilk qayıdışına hazırlamaqdır.
Metbuat.az xəbər verir ki, Xəzər televiziyasının əməkdaşı Laçında olub, şəhərdə aparılan yenidənqurma işlərini lentə alıb. Məlum olub ki, Laçın şəhərinin hər yerindən mismar, çəkic və ağır texnikaların səsləri gəlir.
İşğaldan öncə Laçın şəhərində 2020 fərdi ev, 28 ümumi yaşayış evi olub.
İşğal zamanı isə bu evlərin 1500-dən çoxu dağıntılara məruz qalıb. Ötən ilin sentyabr ayında şəhərin baş planına uyğun olaraq yeni evlərin tikintisinə başlanılıb və aparılan işlərin böyük bir qismi artıq bitmək üzrədir.
Yeni evlərin gözəl dizaynı və mənzərəsi baxanları heyran edir...
Şəhərdə yenidən qurulan 8 yaşayış binası 2 və 4 mərtəbədən ibarət olacaq. Evlərin və binaların kommunal infrastrukturu artıq hazırdır.
Şəhərdə 30-dan çox ictimai bina olacaq və onlardan çoxunun inşası başa çatıb. İstifadəyə yararlı binalar isə təmir edilir.
Laçın şəhərinin ərazisində olan yollar 6,8,12 metrədək genişləndirilir. Torpaq sürüşməsinin qarşısının alınması məqsədilə yol kənarı istinad divarları tikilir.
Laçın şəhərində indiyə qədər məscid mövcud olmayıb. Elə bu səbəbdən də çox yaxın zamanda şəhər sakinlərinin ibadəti üçün Heydər Əliyev Fondunun xətti ilə məscid kompleksinin tikintisi nəzərdə tutulur.
Laçın şəhərinə ilk köç bu ilin may ayında planlaşdırılır. Bura köçən sakinlərin məşğulluğu üçün paralel olaraq iş yerlərinin tikintisi də aparılır. Bir sözlə, Laçının laçın vaxtları hələ bundan sonra başlayacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1871 Tarix: 02 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Met Gala"nın mayda keçiriləcək tədbirinin mövzusu açıqlandı
"Met Gala" may ayında keçiriləcək 2027-ci il tədbirinin mövzusunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda "People" nəşri məlumat yayıb. Sərginin mövzusu "extraORDINARY: Fashion and the Poetics of Everyday" ("Qeyri-adi: Dəb və gündəlik həyatın poetikası"
10:57 209 "Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran
"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib
15:11 185 Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı
8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, yürüşlərlə əlaqədar Bakı Şəhər DYP İdarəsi tərəfindən məhdudiyyət tətbiq olunaca
16:22 142 Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim
Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca
17:03 98 Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı
Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal
14:15 176 Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov
11:29 213 Zəfərin ildönümünə 2 gün qaldı - Video
İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:
14:16 168 Müstəqil dövlətimizin ilk Konstitusiyası
Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü
12:18 222 Bayrağımız qürurumuz və fəxrimizdir
Bayraq hər bir ölkənin, dövlətin, millətin əsas rəmzlərindən biridir. Bayraq təkcə ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda hər bir sahədə varlığımızı təmsil edən, bizi dünyaya tanıtdıran əsas və rəsmi simvollardan biridir. Buna görə də, Bayraq Günü ölkəmizdə xüsusi olaraq qeyd olunur. Azərbayca
11:31 220