Bakını bir-birinə qatan tələbə xəstəxanaya yerləşdirildi - FOTO
Dünən Bakının mərkəzi yollarında 99-ED-717 dövlət qeydiyyat nişanlı "Volkswagen Touareg" markalı avtomobili arxa-arxaya sürərək yol hərəkəti qaydalarını kobudcasına pozan 20 yaşlı Rauf Cabbarbəyli xəstəxanaya yerləşdirilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saxlanıldıqdan sonra Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə təhvil verilən Raufun psixoloji problemlərinin olması müəyyən edilib. Onun həkim nəzarətində saxlanılmasına qərar verilib.
Baş Dövlət Yol Polisi İdarəsindən məlumatı "Qafqazinfo"ya təsdiq ediblər.
O da məlum olub ki, hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Mühəndisliyi fakültəsinin tələbəsi olan Rauf 2020-ci ildə buraxılış imtahanlarında yüksək (238,7) bal toplayıb və hazırlaşdığı tədris mərkəzi ən yaxşı tələbələri arasında onun da fotosunu paylaşıb.
Məsələ ilə bağlı ADNSU-ya sorğu ünvanladıq. Universitetdən müraciətimizə belə cavab verildi:
"Cabbarbəyli Rauf Fuad oğlu 2020-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texnologiya fakültəsinin 342.20E saylı qrupuna 572.8 balla qəbul olub. Hər bir kurs üzrə smestr boyu kəsri olmayıb, qarışıq qiymətlər alıb. Ortalaması 72.62-dir. Elektron jurnalda smestrlar üzrə davamiyyət limitini keçməyib. Bu tələbə hazırkı müddətə qədər daxili nizam-intizam qaydalarını pozmayıb".
Avtosfer.az saytının yaydığı məlumatda Rauf Cabbarbəylinin dünən Azadlıq meydanı yaxınlığında çılpaq soyunaraq sükan arxasında əyləşməsi və oradan başlayaraq avtomobili arxa-arxaya sürdüyü bildirilib. Həmçinin R.Cabbarbəylinin hadisə vaxtı narkotik vasitənin təsiri altında olması iddia edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2013 Tarix: 10 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCənubi Koreya ABŞ-dan hərbi müstəqilliyini artırmaq istəyir
Cənubi Koreya Prezidenti Li Ce Myonq ölkəsinin hərbi komandanlıq imkanlarını Seulun nəzarətinə tam qaytarmaq istədiyini açıqlayıb. The Guardian yazır ki, bu açıqlama ABŞ Prezidenti Donald Trampın Cənubi Koreya ilə birgə hərbi təlimlərin azaldılması istiqamətində qərarından sonra səsləndirilib. Seul ABŞ-l
18.08.2026 173 Rəmişin qardaşı vəfat etdi
Mərhum Xalq artisti, gitara ifaçısı Rəmişin (Rafiq Hüseynov) qardaşı Romik Hüseynov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə qazi-jurnalist Rey Kərimoğlu məlumat yayıb. O bildirib ki, Romik Hüseynov bu gün Ağdam rayonunun Qarağacı kənd qəbiristanlığında dəfn ediləcək. Qeyd edək ki
18.08.2026 263 Problemli kreditlər 36 faizdən çox artdı - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda banklardan götürülən kreditlərin həcmi artsa da, borcların vaxtında qaytarılması ilə bağlı problem də böyüməkdədir. Son statistik məlumatlar ölkədə problemli kreditlərin həcminin son bir ildə 36 faizdən çox artdığını göstərir. 2026-cı ilin ilk yarısının yekunlarına əsasən, vaxtı keçmiş kreditləri
18.08.2026 191 Bu şeiri Azərbaycanda dillər əzbəridir - Bakıda adına meydan verilən Şevçenko kimdir?
Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun xatirəsi Bakıda növbəti dəfə əbədiləşdirilib. Ölkə.az-ın xəbərinə görə, paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsi ünvanında, Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana Taras Şevçenkonu
18.08.2026 139 Azərbaycan CNN-i məhkəməyə verdi
Azərbaycan ABŞ-nin federal məhkəməsində CNN-ə qarşı iddia qaldırıb. "Report"a istinadən xəbər verir ki, məhkəmə iddiasına səbəb Azərbaycana qarşı əsassız və təxribat xarakterli iddiaların yer aldığı məqalənin dərc edilməsidir. 2026-cı il iyunun 5-də CNN-in dərc etdiyi məqalədə Azərbaycan ərazisini
18.08.2026 250 "Günə 20 manata həyatda qalmağa çalışırdım" - Onlayn kazino işi üzrə MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz onlayn qumar və kazino oyunları təşkil etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Siyasət Rəcəbov, İslam Rzayev, Şikar Əliyev, Rəsul Həşimov, Həsən İtirov
18.08.2026 199 19 yaşlı qız avtomobildə öldürüldü - Qardaşı polisə təslim oldu
Hacıqabulda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Hacıqabul şəhəri İsmət Qayıbov küçəsində minik avtomobilində 2007-ci il təvəllüdlü Zeynəb Qocayeva boyun nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdlü Cəfər Həsəno
18.08.2026 288 Rus ordusu iki kəndi işğal etdi
Rusiya ordusu Donetsk vilayətinin Orexovatka və Krasnopodolye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
18.08.2026 148 Xəzərin adını dəyişmək istəyənlərə 24 il əvvəl verilən cavab
"İranşəhri" adlandırılan fars millətçilərindən ibarət qrup Xəzər dənizinin adının dəyişdirilməsi ilə bağlı "Xəzərin tarixi adının bərpası tələbi" adlı kampaniyaya başlayıb. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, bu, İranda Xəzərin adının dəyişdirilməs
18.08.2026 276