Övladınız homoseksualdırsa... - Nə etməli?

Övladınız homoseksualdırsa... - Nə etməli?Zamanəmizdə narkomaniya, homoseksuallıq, intihar kimi xoşagəlməz hallar artmaqdadır. Çox vaxt bu bəlaların daim bizdən yan keçəcəyini düşünürük. Bəs evimizə kimi gəlsə və övladımız homoseksual olduğunu desə, nə reaksiya verməliyik?

Əvvəla onu qeyd edim ki, heç bir valideynə və övlada bu taleyi arzulamazdım. Amma həyat "sürpriz"lərlə doludur, başımıza nələrin gələcəyini heç birimiz bilmirik.

Özəl xəstəxanaların birində qarşılaşdığım hadisədən sonra bu məsələ barədə fikirlərimi bölüşmək qərarına gəldim.

Axşam növbəsini təhvil alarkən xəstənin adının Samir oldugunu öyrənib palataya daxil oldum. Arxası mənə tərəf olan şəxsə yaxınlaşıb, adı ilə müraciət edərək halını soruşduqda o, üzünü çevirib "Mənim adım Samirədir"dedi.

Mən bığlı-saqqallı oğlan yerinə, qırmızı dodaq boyası çəkmiş, qoyma kiprikli, uzun və boyalı dırnaqları ilə üzünə tokülən saçlarını kənarlaşdıran birini gördüm. Burun əməliyyatı keçirmiş Samir bu yaxınlarda da sinə böyutmə əməliyyatı etdirəcəyindən heç kimə məhəl qoymadan, həvəslə danışırdı.

Əlbəttə ki, nə Samirin, nə də onu ziyarətə gələn dostlarının görünüşü, geyimi, davranışları ətrafdakılar tərəfindən birmənalı qarşılanmırdı. İnsanlar çox vaxt qınamağa, səbəbi axtarmayıb nəticəni müzakirə etməyə həvəsli olduqlarından həmin gün bəziləri üçün çok maraqlı və əyləncəli keçdi. Mən isə elə bilirdim ki, otaqda hava çatmır. Əl üzümü yudum və bayırda hava soyuq olsa da, pəncərəni açıb dərindən nəfəs aldım...

Homoseksuallıq barədə cəmiyyət məlumatlı olduğu qədər də, məlumatsızdır. Bu yaxınlarda türk aliminin çıxışına qulaq asmışdım. Cinsini dəyişmiş və hazırda bu əməliyyatlar üçün növbə gözləyənlərin sayı barədəki statistika tükürpədicidir. Ən dəhşətlisi də odur ki, həkimlər buna göstərişi adi qan təhlilinə xəstə göndərirmiş kimi rahatlıqla verirlər. Əlbəttə ki, çox təəssüf…

Bu nədir? Niyə belə olur? Biz öz ətrafımızda bunun qarşısını almaq üçün nə edə bilərik?..

Homoseksualliq eyni cinsə qarşı marağın olmasıdır. Bu həm qadının qadına, həm kişinin kişiyə güclü istəyi deməkdir. Əlbəttə, biz rəğbət göstərdiyimiz hər bir şəxsə bu psixoloji istəyi hiss edirik. Amma buna ehtiras, fiziki təmas (öpmək, qucaqlamaq və s) hissi də qoşulursa, məsələ bir qədər fərqli olur.

Bu istək xəstəlikdirmi?

80-ci illərə qədər bu xəstəlik hesab olunurdu. Amma daha sonra, beynəlxalq protokollara görə, müayinələr, göstəricilər, simptomlar buna xəstəlik diaqnozu qoyulmasının mümkün olmadığı bildirildi və belə şəxslər "üçüncü cins"ə aid edildilər.

Bu, izah olunması çox çətin olan, tamamilə psixo-seksual fantaziyanın istəkləri, insan təfəkkürünün məhsuludur. Burada heç bir hormonal müalicədən söhbət gedə bilməz.

Hazırda dəqiq bildiyimiz budur ki, bu, çox erkən yaslardan (5-6 yaş ) başlayan bir prosesdir. Yeniyetməlik yaşlarına qədər burada ailənin təsiri danılmazdır. Məsələn, qızlar oğlan kimi geyindirilir və ya uzun illər qız gözləyən ailə 5 yaşlı oğlanı qız kimi böyütməyə başlayır: oyuncaqlar, rəngli geyim, onunla qardaşlarına olmayan fərqli münasibət və s. Həmçinin, tərbiyə mövzusunda baş vermiş səhvlər və səhlənkarlıq bu təsiri artırır. Tam homoseksual olmasa da, şəxsiyyət biseksual kimi formalaşır. Qadınlar bunu gizlədə bilir. Cinsi ibraz olaraq idarəedici olduğu üçün kişi bunu gizlədə bilmir.

İlk olaraq, ailə bu meyilliliyi hiss edirsə, diqqətli olmalıdır. Valideynlər ailədə bütün meyarları qoruyub saxlamağı bacarmalıdırlar. Bu gün həddindən çox qayğı və ya şiddət - hər biri sonda ağır nəticələrə gətirib çıxara bilər.

Təəssüf ki, burada balansı qoruyub saxlamaq coxumuza nəsib olmur. Bu gün feminizm, qadın azadlığı, müstəqillik kimi anlayışları düzgün qiymətləndirə bilməyən qadınarımız ailədə, özləri də hiss etmədən, əsas aparıcı şəxsə çevrilirlər, atanın fəaliyyəti isə ikinci plana geçir.

Bu da düzgün olmayan ailə modelinin formalaşmasına, sonra da boşanmalara gətirib çıxarır. Düzgün tərbiyə almayan, travmalarla böyüyən uşaq özünü tənha hiss edir, cəmiyyətdə öz yerini tapa bilmir və bu da cinayət, intihar və yuxarıda haqqında danışdığımız bir çox mənfi hallara gətirib çıxarır.

Ona gorə də biz düzgün ailə modelini vaxtında formalaşdırmağa çalışmalıyıq.

Əziz analar, sözüm əsas sizlərədir. Bu faciələrin baş verməməsi üçün vaxtında övladınıza sarılmalısınız. Gözəllik salonlarına, sosial şəbəkələrə, lazımsız və mənasız estetik əməliyyatlara sərf etkiyiniz qızıldan qiymətli vaxtınızı övladınıza həsr edin. Onun sizə ehtiyacı olan ən doğru vaxt indidir. Bunu ondan əsirgəməyə haqqımız varmı?..

Müəyyən səhvləri olsa belə, onu kənarlaşdırıb amansız cəmiyyətə atmaqdansa, qucaqlayıb bağrımıza basmağımız daha düzgün olmazmı?..

Burada mövzudan bir qədər uzaqqaşsam da, yenə də qeyd edim ki, cəmiyyətimizdə məlumatsızlıq öndə dayanır. 18-19 yaşında fərqli formalaşan insan birdən-birə belə olmur. Homoseksuallıq davranışda özünü göstərirsə, deməli, bu, ilk olaraq duyğu və hisslərdən başlayıb. Düşüncədə, beyində olan fikirləri hər hansı dərman və ya hormonal müalicələrlə dəyişmək mümkün değil. Amma zənnimcə, məsələ hələ yalnız düşüncədədirsə və praktikaya keçməyibsə, bu prosesin qarşısını almaq olar. Bunun üçün ailə və psixoloqlar əl-ələ verməlidirlər.

Həmin dövrdə şəxsiyyəti qıcıqlandırıb, mühafizəkar yanaşmaqdansa, onu başa düşmək, anlayışla qarşılamaq daha müsbət nəticələr verə bilər.

Könül Akifqızı


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1083   Tarix: 10 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Ən bahalı müğənnisən, sənin yerinə utandım"

"Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə". Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Rəvan Bağırov "Manpası"

30.10.2026 826
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31.10.2026 693
.

Dekabrda evlənəcəklər

Şəxsi həyatı və səmimi açıqlamaları ilə hər zaman gündəmdə olan məşhur türkiyəli müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə toy planları haqqında yeni təfərrüatı bölüşüb. "Qafqazinfo" xəbər verir ki, daha əvvəl evliliklə bağlı zarafatcıl tələbləri ilə diqqət çəkən sənətçi nikah tarix

05.11.2026 140
.

Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində

24.10.2026 568
.

"Avroviziya 2027" ilə bağlı ilk detallar açıqlandı

"Avroviziya" mahnı müsabiqəsinin 2027-ci ildə keçiriləcək yarışmasında iştirak edəcək ölkələrin siyahısı açıqlanıb. Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) müsabiqədə 36 ölkənin ictimai yayımçısının iştirakını təsdiqləyib. Təmsilçilər gələn ilin mayında Bolqarıstanın Burqas şəhərind

28.10.2026 625
.

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"in hekayəsindən bəhs olunacaq. Layihədə həmçinin Çağata

24.10.2026 616
.

"Sevgi təkbaşına kifayət etmir"

Türkiyəli aktrisa Deniz Baysal boşandıqdan sonra sevgiyə olan münasibətini bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa bu hisslərin zamanla dəyişdiyini bildirib:. "Sevgi dediyimiz anlayışın mənası mənim üçün çox dəyişib. Həyatın və inancın özü sevgidir. Bizim sevgi kimi gördüyümüz şey kimyəvi bi

28.10.2026 768
.

Miss Mister Of Azerbaijan 2026 - Final Gecəsi

Ollin Professional`ın baş sponsorluğu ilə keçirilən Miss Mister Of Azerbaijan 2026 Milli Gözəllik Müsabiqəsinin final gecəsi 28 oktyabr Elektra Events Hall`da baş tutdu. Müsabiqədə münsiflər heyəti, zalda əyləşən tamaşaçılar və idarə heyətinin verdiyi səslərlə qaliblər müəyyən olundur. Layihənin Münsi

03.11.2026 505
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

02.11.2026 579
.