Əli Həsənovun oğlu medianın pulunu qumarda uduzdu - Şamxal Həsənlinin Las-Veqas macəraları - FOTO

Əli Həsənovun oğlu medianın pulunu qumarda uduzdu - Şamxal Həsənlinin Las-Veqas macəraları - FOTOABŞ-ın, həm də dünyanın ən bahalı şəhərlərindən olan Mayamidə yaşamaq hər kəsin arzusu, amma çox az adamın nail olduğu bir şeydir. Bu şəhərdə yaşamaq, Mayami gecələrində macəralara qatılmaq üçün ya ABŞ-da varlı şəxslərdən biri olmalısınız, ya da Əli Həsənovun oğlu…

Başqa ölkələrdən də varlılar bu şəhərə axışır, amma Azərbaycandan Mayamidə yaşayan, həm də burada şirkət qura bilən nadir şəxslərdən biridir Şamxal Həsənli…

Onun üstünlüyü savadlı olmasında, yaxud "vunderkind" doğulmasında yox, məhz Əli Həsənovun oğlu olmasıdır. Əli Həsənovun üstünlüyü isə vəzifədə olarkən dövlət büdcəsindən mediaya ayrılan vəsaiti mənimsəmək və bu pullar hesabına nəhəng biznes şəbəkəsi qurmaq bacarığıdır. Atanın oğurladığı pullarla oğul Mayamidə kef edir.

O pullar ki, Azərbaycan mediasının inkişafına sərf edilməli idi, amma bu gün Şamxal Həsənli medianın, yəni bütün jurnalistlərin pulunu Mayamidə xərcləməklə məşğuldur.

Əli Həsənov vəzifədə olanda oğlu Şamxal Həsənlini "Xəzər TV"-yə rəhbər qoymuşdu, Şamxal da hədiyyə kimi qəbul etdiyi bu vəzifədə pul qazanır, həm də kef çəkirdi. Tale elə gətirdi ki, Əli Həsənov vəzifədən, Şamxal Həsənli isə "Xəzər TV"-dən, həm də Azərbaycandan getdi. ABŞ-a köçən Şamxal Həsənli Mayamidə mediamıza ayrılan, amma atası ilə birlikdə mənimsədiyi pulların hesabına mülklər aldı, təhsilini davam etdirdi, hətta şirkət də qurdu.

İndi Şamxal Həsənlinin Mayami macəraları maraqlı hadisələrlə gündəm olur. Belə ki, o Mayamiyə köçəndən sonra daşınmaz əmlak bazarına meyl salıb. Bu sahə həm gəlirlidir, həm də bu işlə məşğul olmaq üçün kifayət qədər kapitala malik olmalısan. Necə deyərlər, "Pul bir ingilisdədir, bir də Həsənovlarda".

Əvvəlcə daşınmaz əmlak şirkətlərində işə başlayan Şamxal Həsənli daha sonra özünün "SOLIS DEVELOPMENT LLC" adlı şirkətini qurdu. Mayamidə belə bir şirkət qurmaq üçün on milyonlarla vəsait lazımdır ki, Şamxal Həsənlidə olan bəlkə də yeganə şey mediadan oğurladıqları milyonlardır. Şirkət quran Şamxal Kolumbiya Universitsteinin daşınmaz əmlak ixtisasına da qəbul olundu. Bu, ABŞ-ın ən pullu universitetlərindədir və hər adam orada təhsil ala bilməz, məsələ savadlı olmaqda yox, təhsilin ödənişidir. Şamxal buna da nail oldu və universiteti yenicə bitirib, ABŞ-ın iş dünyasına atılıb.

Özünü mükafatlandırmaq üçün də Havay adalarında istirahət edir, bu azmış kimi milyonlarla dollar dəyərində olan əmlak alıb. Varlığa nə darlıq…
Əli Həsənovun oğlu medianın pulunu qumarda uduzdu - Şamxal Həsənlinin Las-Veqas macəraları - FOTOŞamxal Həsənlinin ABŞ macəraları bununla da bitmir. Əldə etdiyimiz məlumata görə, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun oğlu gününü dünyanın qumar və əyləncə mərkəzi olan Las-Veqasda keçirir. Las-Veqas gecələrinə qatılan Şamxal Həsənli bu yaxınlarda "Golden Nugget Las Vegas Hotel & Casino" adlı oteldə qumar oynayaraq, nə az, nə çox, düz 140 min dollar pul uduzub. Bu pulu o, atasına məxsus "Mercedes GL" markalı avtomobilin satışından əldə edibmiş. Belə ki, ABŞ-a köçməmişdən öncə özü ilə daha çox vəsait aparmaq üçün Bakıda Əli Həsənovun "Mercedes"ini satıb, okeanın o tayına çatan kimi da Las-Veqas kazinosunda qumara qoyub. Hətta, buna görə Əli Həsənov oğluna bərk əsəbləşib, dalaşıblar.

Əslində həmin 140 min nə Əli Həsənovun, nə də onun avtomobilinin pulu yox, dövlət büdcəsindən mediaya ayrılan vəsait hesab oluna bilər. Çünki Əli Həsənov bütün sərvətini məhz mediaya ayrılan pulları oğurlamaq hesabına əldə edib. Oğlu da Azərbaycan mediasının pulunu qumarda uduzub.

140 min dollar media üçün böyük puldu, Həsənovlar üçün isə yox. Mediamız uzun illər Əli Həsənov zülmündən əziyyət çəkdi, dövlətin bizə ayrılan pulları mənimsənildi. İndi Şamxal Həsənli də məhz bizim pullarımızla Mayamidə, Las-Veqasda kef çəkir…

Demokrat.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1742   Tarix: 10 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda ilk dəniz milli parkı yaradılacaq

Azərbaycanda ilk dəniz milli parkının yaradılması istiqamətində işlərə başlanılıb, xəritələşmə işləri artıq yekunlaşıb. "Trend"ə istinadən xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunun "Xəzərdən təsərrüfata: Balıq ehtiyatlarının qorunmasınd

05.11.2026 261
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 206
.

Türkiyədən gətirilən yükdə bəyan edilməyən mallar aşkarlanıb

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib. "APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. İdarənin "Qırmızı Körpü"

05.11.2026 221
.

"ƏDV geri al" mexanizmi bütün konsertlərə şamil oluna bilər

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, "ƏDV geri al" mexanizminin bütün konsert növlərini əhatə etməsinin təmin edilməsi təklif olunur. Qeyd edili

05.11.2026 253
.

iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?

Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə

05.11.2026 238
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

05.11.2026 258
.

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm

05.11.2026 178
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

05.11.2026 255
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

05.11.2026 241
.