Körpəsini öldürən ananın dəhşətli ifadəsi - "Özümə baxmağa vaxt qalmırdı"
Bakıda 1 yaşlı körpəsini boğaraq öldürməkdə təqsirləndirilən 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın məhkəməsi keçirilib.
"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ittiham aktı elan edilib.
Məlum olub ki, Nərgiz Bağıyeva özünə daha çox vaxt ayırmaq üçün uşağını öldürmək qərarına gəlib. O, azyaşlının yeməyinə zəhər qatıb və daha sonra uşağın ölməsi üçün evdən çıxıb. Nərgiz Bağıyeva aptekdən uşaq bezi alaraq geri qayıdanda körpənin ağzından köpük gəldiyini, lakin ölmədiyini görüb. Bundan sonra uşağı boğaraq öldürüb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilib. Nərgizin vəkili məhkəməyə ərizə təqdim edərək onun uşaq evində böyüdüyünü, analıq qayğısından məhrum olduğunu bildirib.
Daha sonra təqsirləndirilən şəxsə söz verilsə də, o, ifadə vermək istəməyib. Hakim onun istintaq zamanı verdiyi ifadəsini elan edib. N.Bağıyeva ifadəsində qeyd edib ki, 2020-ci ildə "narkotik Ziya" adlı bir oğlanla tanış olub və ondan hamilə qalıb:
"Ziya 2020-ci ildə narkotikə görə həbs edildi. Daha sonra balıqçı dükanı işlədən Xəlillə tanış oldum. Uşağa baxmaqdan bezmişdim. Çünki özümə baxa bilmirdim, öz qayğıma qala bilmirdim. Xəlillə görüşə gedə bilmirdim. Bu səbəbdən onu uşaq evinə qoymaq istədim. Lakin anam buna imkan vermədi.
Hadisə günü uşaqla evdə tək idim. Uşağının yeməyinə hidrogen peroksid qataraq ona verdim ki, ölsün. Daha sonra evdən çıxdım, süd almağa getdim. Geri qayıdanda uşağın ölmədiyini gördüm. Ağzından köpük gəlirdi, amma ölməmişdi. Əlimlə ağız-burununu tutdum və boğdum. Daha sonra uşağı götürüb Xəlilin dükanına getdim. Xəlilə uşağı öldürdüyümü demədim. Ona uşağın səhhətinin pisləşdiyini dedim. Birlikdə xəstəxanaya apardıq. Xəstəxanada uşağı müayinə etdilər və öldüyünü bildirdilər".
Daha sonra uşağın nənəsi, yəni N.Bağıyevanın anası Leyla Bağıyeva ifadə verib. Onun sözlərinə görə, uşaq ölməmişdən 2 saat qabaq onun nəzarətində olub:
"Yusif (körpəni nəzərdə tutur) Ziyanın övladı olub. Uşaq dünyaya gələndən sonra Ziya ona baxmadı.
Mən kafedə qabyuyan işləmişəm, uşaq həmişə yanımda olub. Hadisə günü qız yanıma gəldi. Dedi, evdə təkəm, uşağı ver, aparım baxım. Uşağın dili açılmışdı. Nənə, baba deyirdi. İki saatın güdazına getdi. Hadisə vaxtı evdə olmamışam.
Mən Nərgizi dünyaya gətirmək üçün 7 il zülm çəkdim. Amma qızım öz övladını asanlıqla öldürdü. Qızımın başında problemləri var idi. Amma ciddi deyildi. Buna görə də uşağı onun yanında qoymurdum. Mənim qızımın başına Ziya, Xəlil oyun açıblar. Yetimlər evində böyüyən bir qızın başına oyun açmaq cinayətdir. Onların barəsində polisə şikayət etdim. Amma şikayətimə baxan olmadı. Dedilər ki, burada cinayət tərkibi yoxdur".
Məhkəmədə məlum olub ki, Nərgiz Bağıyevanın ata-anası sağ olsa da, o, uşaq evində böyüyüb.
Proses iyunun 12-də davam edəcək.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrında Hövsanda baş verib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2437 Tarix: 10 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGüclü külək əsir
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22
05.11.2026 224 Gecikdirilmiş vergi ödənişləri ilə bağlı mühüm yenilik
Artıq ödənilmiş vergilərin gecikdirilərək qaytarılmasına görə gündəlik faiz 0.1%-dən 0.05%-ə endirilir, faizlərin hesablanması müddəti isə iki illə məhdudlaşdırılır. -ın məlumatına görə, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Qeyd olunur ki, vergi ödəyicilərini
05.11.2026 202 iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?
Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə
05.11.2026 238 Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi
05.11.2026 255 İntensiv yağış yağacaq
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
05.11.2026 323 Divardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul
Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə
05.11.2026 233 Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər
Qətərdə ölkə daxilindəki məscidlərdə yağış üçün kollektiv dualar oxunacaq. "Qafqazinfo" xəbər verir ki, bunu Qətər Vəqflər və İslam İşləri Nazirliyi açıqlayıb. Bildirilir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani də ölkə əhalisini quraqlıq dövrlərində yağış yağması üçün dua etməyə çağırıb
05.11.2026 142 "Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi
"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm
05.11.2026 178 Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb
Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA
05.11.2026 206