Mənzurə boşandığı həyat yoldaşı ilə şəklini görüb şoka düşdü: "O mənim qədrimi bilmədi" - VİDEO
Müğənni Mənzurə Musayeva efirdə kövrək anlar yaşayıb.
BiG.AZ xəbər verir ki, ATV-də "7 Canlı" proqramında qonaq olan sənətçi keçmiş həyat yoldaşı ilə bağlı danışıb.
Efirdə Mənzurə Musayevanın toy görüntüləri yayımlanıb.
O, 19 yaşında ailə qurduğunu deyib:
"Həyat yoldaşım məndən çox böyük idi. 11 yaş fərqimiz var idi. Məndən sonra ailə həyatı qurdu. Toy günü insan insan elə bilir ki, vağzalı çalınanda, evindən çıxanda dünyanın ən xoşbəxti olur. Mənim xatirələrimdə qalan çox şeylər var. Çünki bacımla toyumuz bir gündə olub. Biz iki bacı qapıdan gəlin çıxmışıq. Ona görə xatirələrimiz çoxdur. Bəy-gəlin ikimiz bir oturmuşuq. Amma bacımın həyat yoldaşı rəhmətə gedib".
M.Musayeva bildirib ki, keçmiş əri peşman olduğunu etiraf edib:
"Peşman olduğunu deyir, amma sonrakı peşmanlıq fayda verməz. İllər öncə zəng vurdu, yalvardı ki, gəl barışaq. O işlər orada qaldı, olmaz. Düşdüyü yerin qədrini orada bilməliydi. O mənim qədrimi bilmədi, sonradan gördü ki, elə dünyanın ən yaxşı xanımı mən olmuşam, əlindən çıxardı. Bu şeyləri vaxtında bilmək lazımdır. Son dərəcə peşmanlıqdır.
Sevirdim ki, getmişəm ona ərə. Bizimkilər ona ərə vermirdi məni. Mən sevərək seçmişəm. Ən peşman olduğum gün onu sevdiyim gün olub. Niyə o insanı sevmişəm. Ola bilsin uşaq olmuşam, bilməmişəm heç sevgi nədir. Həyatdır da. Bu da mənim alın yazımdır. O vaxt oxuyurdum, səhnəyə çıxırdım. Mənə demirdi ki, çıxma, oxuma. Həm də o vaxt biraz çətin idi axı, indi çox insanlar oxuyur. Hətta ata tutur qızının əlindən aparır oxumağa. Amma mənim qardaşım oxumağa qoymurdu, lakin həyat yoldaşım mənə deyir ki, oxu. Amma ailə qurandan sonra səhərisi gün məni məktəbə getməyə qoymadı. Mən Musiqi Kollecinin 4-cü kursunda oxuyurdum. Mənə deyir ki, dərsə getməyəcəksən. Belə işləri də var idi. Guya sevirdi. Mənə elə gəlir ki, bu, aldadıcı sevgi olub. Çox aldanmışan. Bu insandan ailəmin belə olmağını gözləmirdim.
Ümumiyyətlə ondan sonra sevməyi bitirmişəm. Sən demə, insanların əvvəl 2-3 sifəti olarmış, indi neçə sifəti olur, adam tapa bilmir. Həyat yoldaşımdan övladımızın olmağını 7 il gözlədik. O olmasa, bir övladım olaydı. İndi ailə önəmli deyil, insanın yanında bir övladı olsa, bir çay gətirəni olsa. Saxladığım övladdan çox razıyam. Görürəm, heç ana övladından çox razı deyil, amma mən o qızdan o qədər razıyam. Ömür boyu xoşbəxt olsun. Həyat yoldaşı da çox gözəl insandır".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTacir Şahmalıoğlu Fədayə Laçının yolunu gözləyib: "Gəlmədisə, sağ olsun"
Müğənni Fədayə Laçın duet ortağı Tacir Şahmalıoğlunun səhhəti ilə maraqlanmayıb. Qaynarinfo xəbər verir ki, Tacir Şahmalıoğlu müsahibələrinin birində bu barədə danışıb. Müğənni Fədayə Laçının onu ziyarət edəcəyini gözlədiyini də gizlətməyib:. "Fədayə Laçın gəlmədi, amma ondan umdum. İstədim ki
27.10.2026 856 Firəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB
Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən
31.10.2026 685 "Avroviziya 2027" ilə bağlı ilk detallar açıqlandı
"Avroviziya" mahnı müsabiqəsinin 2027-ci ildə keçiriləcək yarışmasında iştirak edəcək ölkələrin siyahısı açıqlanıb. Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) müsabiqədə 36 ölkənin ictimai yayımçısının iştirakını təsdiqləyib. Təmsilçilər gələn ilin mayında Bolqarıstanın Burqas şəhərind
28.10.2026 625 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. O, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanında olmağa çalışıram. Anas
24.10.2026 585 Xəstəxanaya yerləşdirilən Xalq artisti danışdı
Xəbər verdiyimiz kimi, Xalq artisti Naibə Allahverdiyeva ötən gün xəstəxanaya yerləşdirilib. Aktrisa Axşam.az-a açıqlamasında səhhəti barədə məlumat verib. O bildirib ki, hazırda xəstəxanadadır və müalicəsi davam edir. N. Allahverdiyeva qeyd edib ki, onda qəfil qan təzyiqi krizi (hipertenziv kriz) yaranıb:
24.10.2026 596 "Sənət öyrədib, reklam etdiklərimin xəyanəti..."
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə xəyanətlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni xalqın sevgisini hər an hiss etdiyini bildirib. Sənətçi illərlə reklam edərək sənətin elit təbəqəsinə çatdırdığı insanların xəyanətinə baxmayaraq, tamaşaçı sevgisinin onun üçün xüsusi olduğun
25.10.2026 571 Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
Rusiyalı jurnalist Kseniya Sobçak və həyat yoldaşı, rejissor Konstantin Boqomolovun Latviyaya girişinə qadağa qoyulub. Axşam.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje açıqlayıb. Nazirin sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, 44 yaşlı Sobçak və 51 yaşlı Boqomolo
01.11.2026 364 "Bir səhər əllərini sonuncu dəfə tutdum"
Aparıcı Jalə Həsənli dünyasını dəyişən anası ilə bağlı duyğusal paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə anası ilə çəkdirdiyi son fotolardan birini yayımlayaraq onun yoxluğundan yazıb:. "Və bir səhər, 6 il bundan öncə əllərini sonuncu dəfə tutdum, saçlarının qoxusunu sonunc
01.11.2026 436 Almaxanım yeni GÖRÜNÜŞÜ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR
Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədlidən xəbər var. xəbər verir ki, Almaxanım instaqramda yeni görüntülərini paylaşıb. Onun xeyli çək
01.11.2026 529