Azərbaycanda ana ölümü niyə azalmır? - Həkim xətası, yoxsa...

Azərbaycanda ana ölümü niyə azalmır? - Həkim xətası, yoxsa...Rəşad Sultan: "Ana ölümlərinin çoxu bölgələrdə, rayonlarda baş verir, çünki..."

Azərbaycanda daha bir ana ölümü qeydə alınıb. Bu dəfə Lənkəranda. Belə ki, Lənkəran rayonunun Ləj kənd sakini 1995-ci il təvəllüdlü Gülnar Xanhüseyn qızı Fərzəliyeva aprelin 7-də gecə saatlarında qanaxma ilə Lənkəran Perinatal Mərkəzə çatdırılıb və təcili əməliyyat olunub.

Keysəriyyə əməliyyatı zamanı 8 aylıq olan uşaq götürülüb. Lakin 28 yaşlı Gülnarın həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, G.Fərzəliyeva Liman şəhərinə gəlin köçüb. Onun 9 yaşlı bir oğlu var və bu, ananın ikinci hamiləliyi olub. Hazırda 8 aylıq körpə küməcdə saxlanılır. Belə faciəvi hallardan qaçmaq niyə mümkün olmur? Bu daha çox səhiyyəmizin səviyyəsi ilə bağlıdır, yoxsa gənc qadınların səhlənkarlığı ilə? Dünya ölkələrindəki göstəricilərlə müqayisədə vəziyyət necədir?

Qeyd etmək yerinə düşər ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) builki hesabatında bildirilir ki, dünyada hər iki dəqiqədən bir qadın doğuş zamanı və ya hamiləlik zamanı ölür, bu rəqəmlər 2015-ci ildən dəyişməyib, bəzi regionlarda isə daha da pisləşib. ""Ana ölümü meylləri" hesabatı son illərdə qadınların səhhətində narahatlıq doğuran tendensiyaları ortaya qoyur, çünki ana ölümü dünyanın demək olar, hər bir regionunda ya artıb, ya da durğunlaşıb", - sənəddə vurğulanır. 2000-ci ildən 2020-ci ilə qədər milli, regional və qlobal səviyyədə ana ölümünü izləyən hesabat 2020-ci ildə dünyada təxminən 287 min, 2016-cı ildə isə təxminən 309 min ana ölümü olduğunu göstərir. Təşkilat qeyd edib ki, 2016-cı ildən 2020-ci ilə qədər BMT-nin səkkiz regionundan ikisində - Avropa və Şimali Amerikada (17%), Latın Amerikası və Karib hövzəsində (15%) ana ölüm nisbəti artıb. BMT-nin məlumatına görə, 2020-ci ildə bütün ana ölümlərinin təxminən 70%-i Afrikanın Saxara səhrasından cənuba doğru ölkələrində baş verib. Ölümün əsas səbəbləri kimi güclü qanaxma, yüksək qan təzyiqi, hamiləliklə bağlı infeksiyalar, təhlükəli abortdan yaranan fəsadlar və hamiləlik zamanı ağırlaşa bilən əlavə xəstəliklər (HİV/QİÇS və malyariya) göstərilib. ÜST dünya ictimaiyyətini ana ölümünü azaltmaq üçün qlobal hədəflərə doğru irəliləyişi sürətləndirməyə çağırır, çünki 2030-cu ilə qədər bir milyondan çox qadının öləcəyi proqnozlaşdırılır.

Azərbaycanda bu sahədə problemlərin olması ilə bağlı ötən ilin yekunu olaraq səhiyyə qurumları da narahatlıqlarını ifadə ediblər. 2022-ci ilin 11 ayı ərzində respublikada doğuşayardım xidmətinin vəziyyəti ilə bağlı Səhiyyə Nazirliyində TƏBİB-in nümayəndələrinin iştirakı ilə müştərək kollegiya iclası keçirilib. Tədbirdə dövlət və özəl doğuşayardım tibb müəssisələrinin səlahiyyətli nümayəndələri iştirak ediblər. Qeyd edilib ki, səhiyyə sistemində islahatların mühüm istiqamətlərindən biri olan ölkəmizdə icbari tibbi siğorta tətbiq edilməsinə baxmayaraq, Səhiyyə Nazirliyinın mütəxəssisləri tərəfindən baş vermiş ana ölümlərinin təhlilləri nəticəsində doğuşayardım xidməti sahəsində bir sıra nöqsan və çatışmazlıqların olduğu müəyyən edilib. İclasın yekununda mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün zəruri olan texniki tədbirlərin mərhələli şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Mama-ginekoloq Rəşad Sultan mövzu ilə bağlı "Yeni Müsavat"a bu sahədə olan problemlərdən danışıb:

"Konkret Lənkəranda baş verən hadisə ilə bağlı, bilmədiyim xəstə haqqında danışmaq düzgün olmaz. Bilmirik, xəstə hansı diaqnozla yatıb, qanaxmanın səbəbi nədir. Doğrudan da qanaxmadan vəfat edib, bunları bilmirik. Ümumiyyətlə isə ana ölümlərinin bir nömrəli səbəbi elə qanaxmalardır. Amma bu, o demək deyil ki, bütün analar qanaxma olan kimi ölməlidir. Əlbəttə, bunun qarşısını almaq üçün də həm fərdi, həm də sistemli şəkildə həyata keçirilə bilən tədbirlər var. Qanaxma zamanı təcili cərrahi müdaxilə tələb edir. Eyni zamanda yanaşı müalicə tələb edir. Qan köçürmə, plazma köçürmə, maye köçürmə və reanimasiyanın təşkili. Beləliklə, bu tip ölümlərin və ağırlaşmaların qarşısını almaq üçün 2-3 faktor var. Əskiklik varsa da, onları bu faktorların təşkilində axtarmalıyıq. Bunlar hansı faktorlardır? Misal üçün, qeyd edilir ki, ana Perinatal Mərkəzdən uzaq yaşayıb, deməli birincisi xəstənin çatdırılması məsələsində problem ola bilər. Ondan da əvvəl risk faktorunun müəyyən edilməsidir. Əgər bu xəstədə risk faktoru bilinən bir ağır vəziyyət olubsa, təhlükəli vəziyyət olubsa, o, əvvəldən Perinatal Mərkəzə köçürülsəydi, daha düzgün olardı. Yəni hamilə qadınlarda birinci məsələ risk faktorunun müəyyən edilməsidir. İkinci əsas məsələ, ola bilsin çatdırılmada axsama olub. Misal üçün, bir yerdə doğuşa alınıb, sonra qanaxma başlayıb, başqa yerə çatdırmağa çalışırlar. Burada çatdırılmada axsamalar ola bilər. Fikir verirsinizsə, ana ölümlərinin çoxu bölgələrdə, rayonlarda olur. Ona görə bu faktor önəmlidir. Eyni zamanda Perinatal Mərkəzdə cərrahi müdaxilə nə dərəcədə vaxtında və nə dərəcədə keyfiyyətli yerinə yetirilib. Bunu bilmədən danışmaq doğru deyil".

Ginekoloq qeyd edib ki, müdaxilə edən cərrahların peşəkarlığı da önəm daşıyır:

"Əlbəttə, yaxşı cərrahlarımız var. Vaxt məsələsinə və müdaxiləyə diqqət etmək lazımdır. Araşdırmanı bu istiqamətdə aparmaq lazımdır. Üçüncüsü, tutaq ki, cərrahi müdaxilə edildi, qanaxma da dayandırıldı. Bu əsnada və bundan sonrakı dövrdə qan köçürülmə effektiv şəkildə tədarük olunubmu. Qan vaxtı-vaxtında gətirilibmi, qan əvəzedicilər, plazma, maye vaxtında köçürülübmü? Bu da olduqca önəmlidir. Bundan sonrakı isə reanimasiyanın təşkilidir. Bu ən ağrılı yerlərimizdən biridir. Ölkəmizdə peşəkar reanimasiya mütəxəssisləri barmaqla sayılacaq qədərdir. Onların köməyinə çatan avadanlıqlar nə dərəcədədir, lazım olan analizlərin təşkili, analiz edən laboratoriya, reanimasiya avadanlıqları lazımdır. Yəni qan əvəzedicilərin köçürülməsi və keyfiyyətli reanimasiyanın təşkilinə məsuliyyətsiz yanaşılmamalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 816   Tarix: 11 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

05.11.2026 224
.

Gecikdirilmiş vergi ödənişləri ilə bağlı mühüm yenilik

Artıq ödənilmiş vergilərin gecikdirilərək qaytarılmasına görə gündəlik faiz 0.1%-dən 0.05%-ə endirilir, faizlərin hesablanması müddəti isə iki illə məhdudlaşdırılır. -ın məlumatına görə, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Qeyd olunur ki, vergi ödəyicilərini

05.11.2026 202
.

iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?

Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə

05.11.2026 238
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

05.11.2026 255
.

İntensiv yağış yağacaq

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

05.11.2026 323
.

Divardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul

Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə

05.11.2026 233
.

Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər

Qətərdə ölkə daxilindəki məscidlərdə yağış üçün kollektiv dualar oxunacaq. "Qafqazinfo" xəbər verir ki, bunu Qətər Vəqflər və İslam İşləri Nazirliyi açıqlayıb. Bildirilir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani də ölkə əhalisini quraqlıq dövrlərində yağış yağması üçün dua etməyə çağırıb

05.11.2026 142
.

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm

05.11.2026 178
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 206
.