Bu gün üçüncü Qədr gecəsidir - ƏMƏLLƏR

Bu gün üçüncü Qədr gecəsidir - ƏMƏLLƏRBu gecə Azərbaycanda Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir.

BiG.AZ xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva verib.

Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-na, yəni 9, 11, 13 və 17 aprel tarixlərinə təsadüf edir.

Qədr gecəsi elə bir gecədir ki, bütün il boyunca o qədər fəzilətli gecəyə rast gəlmək olmaz. Bu gecədə bir əməl etmək min ayda əməl etməkdən daha da xeyirlidir. İlin işlərinin təqdiri bu gecədə baş verir.

Qədr gecələrinin əməlləri iki qismə bölünür:

1. Qədr gecələrinin hər birində yerinə yetirilən əməllər.

2. Qədr gecələrinin birinə məxsus olan əməllər.

Qədr gecələrinin hər birində yerinə yetirilən əməllər bunlardır:

Sübh azanına qədər oyaq qalıb, ibadətlə məşğul olmaq. Oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: "İlahi, Sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram".

1-ci: Qüsl almaq. Yaxşı olar ki, bu gecələrin qüslü gün batan vaxt edilsin və şam namazı bu qüsllə qılınsın.

2-ci: İki rəkət "Qədr gecəsi" namazı qılmaq. Bu namazın qılınma qaydası belədir: Hər rəkətdə "Həmd" surəsindən sonra yeddi dəfə "İxlas" surəsi oxunur. Namaz qurtardıqdan sonra isə yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyilsin, yəni, "Allahdan bağışlanmağımı istəyir və Ona tərəf qayıdıram!" Peyğəmbərdən (s) nəql olunan rəvayətdə deyilir: "Bu namazı qılan şəxs yerindən qalxmamış Allah onu, atasını və anasını bağışlayar..."

3-cü: Quranı açıb qarşıya qoymaq və bu duanı oxumaq:

Əllahummə inni əsəlukə bikitabikəl-munzəli və ma fih, və fihismukəl-əkbəru və əsmaukəl-husna, və ma yəxafu və yurca, ən təcələni min utəqaikə minən-nar.

Duanın tərcüməsi: İlahi, səndən nazil etdiyin kitaba görə istəyirəm, onda nazil etdiklərinə görə istəyirəm, onda sənin ən böyük və ən gözəl adların var, qorxudan və ümid verən var, (istəyirəm) ki, məni cəhənnəm odundan xilas olanlardan qərar verəsən.

Bu duadan sonra istədiyiniz duanı etmək olar.

Quranı başa qoyub, Allahın, Peyğəmbərin (s) və İmamların (ə) adlarına and verməklə Allahdan günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahın insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni: "Ey Allahım, Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam". Həzrət Peyğəmbər (s) buyurur: "Hər kəs Quranı özünə rəhbər edərsə, Quran onu Cənnətə aparar. Hər kəs Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Quran onu Cəhənnəmə tərəf yönəldər". (Yəni, hər kim Quranı oxuyub ona əməl edərsə və ona tabe olarsa, Quran onu Cənnətə aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına baxmayaraq, Cəhənnəmə vasil olar.)

Quranı başa qoyub Allaha və 14 Məsuma (ə) and verməyin mənası budur ki: "Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və Səndən öz istək və ehtiyaclarımı diləyirəm".

Quranı götürmək, başa tutmaq və bu duaları demək:

Əllahummə bihəqqi hazəl-quran, və bihəqqi mən ərsəltəhu bih, və bihəqqi kulli muminin mədəhtəhu fih, və bihəqqikə ələyhim, fəla əhədə ərəfu bihəqqikə mink.

Duanın tərcüməsi: İlahi, (Səni and verirəm bu) Quranın haqqına, və and verirəm o şəxsin haqqına ki, bu Quranı ona göndərmisən, və o möminlərə and verirəm ki, onları bu Quranda tərifləmisən, və sənin onlar üzərində olan haqqına and verirəm, və Sənin haqqını Sənin Özündən yaxşı tanıyan yoxdur.

Sonra bu zikrlərin hər birini on dəfə deyirsən:

1. "Bikə ya Allahu".

2. "Bi-Muhəmmədin".

3. "Bi-Əliyyin".

4. "Bi-Fatimətə".

5. "Bil-Həsəni".

6. "Bil-Husəyni".

7. "Bi-Əliyy-ibnil-husəyni".

8. "Bi-Muhəmməd-ibni-əliyyin".

9. "Bi-Cəfər-ibni-muhəmmədin".

10. "Bi-Musəbni-Cəfərin".

11. "Bi-Əliyy-ibni-Musa".

12. "Bi-Muhəmməd-ibni-Əliyyin".
13. "Bi-Əliyy-ibni-Muhəmmədin".

14. "Bil-Həsən-ibni-Əliyyin".

15. "Bil-Huccəti".

Zikrlərin tərcüməsi:

1. "İlahi, Səni Öz zatına and verirəm!"

2. "İlahi, Səni Həzrət Məhəmmədin (s) haqqına and verirəm!"

3. "İlahi, Səni Həzrət Əlinin (ə) haqqına and verirəm!"

4. "İlahi, Səni Həzrət Fatimənin (s.ə.) haqqına and verirəm!"

5. "İlahi, Səni Həzrət Həsənin (ə) haqqına and verirəm!"

6. "İlahi, Səni Həzrət Hüseynin (ə) haqqına and verirəm!"

7. "İlahi, Səni Həzrət Əli ibn Hüseynin (ə) haqqına and verirəm!"

8. "İlahi, Səni Həzrət Məhəmməd ibn Əlinin (ə) haqqına and verirəm!"

9. "İlahi, Səni Həzrət Cəfər ibn Məhəmmədin (ə) haqqına and verirəm!"

10. "İlahi, Səni Həzrət Musa ibn Cəfərin (ə) haqqına and verirəm!"

11. "İlahi, Səni Həzrət Əli ibn Musanın (ə) haqqına and verirəm!"

12. "İlahi, Səni Həzrət Məhəmməd ibn Əlinin (ə) haqqına and verirəm!"

13. "İlahi, Səni Həzrət Əli ibn Məhəmmədin (ə) haqqına and verirəm!"

14. "İlahi, Səni Həzrət Həsən ibn Əlinin (ə) haqqına and verirəm!"

15. "İlahi, Səni Həzrət Höccətin (ə) haqqına and verirəm!"

Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtardıqdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.

4-cü: İmam Hüseyni (ə) ziyarət etmək.

5-ci: Bu gecələri əhya saxlamaq (şam azanından sübh azanına qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq). Hədisdə var ki, kim Qədr gecəsini əhya saxlasa, onun günahları bağışlanar, baxmayaraq ki, onun günahları göydəki ulduzlar qədər, dağlar ağırlığında və dənizlər qədər olsa belə.

6-cı: Yüz rəkət namaz (əlli dəfə iki rəkətli namaz) qılmaq. Bu namazların olduqca çox savab və fəziləti vardır. Daha yaxşı olar ki, hər rəkətdə "Fatihə" surəsindən sonra on dəfə "İxlas" surəsi oxunsun.

7-ci: Bu duanı oxumaq:

Əllahummə inni əmsəytu ləkə `əbdən daxira, la əmliku linəfsi nəf`ən və la zərra, və la əsrifu `ənha su`a, əşhədu bizalikə `əla nəfsi, və ə`tərifu ləkə biz`əfi quvvəti, və qilləti hiləti, fəsəlli `əla muhəmmədin və ali muhəmməd, və ənciz li ma və`ədtəni, və cəmi`l-mu`mininə vəl-mu`minati minəl-məğfirəti, fi hazihil-ləyləh, və ətmim ələyyə ma atəytəni, fə-inni `əbdukəl-miskinul-mustəkinuz-zə`iful-fəqirul-məhin, əllahummə la təc`əlni nasiyən li-zikrikə fi-ma əvləytəni, və la ğafilən li-ihsanikə fi-ma ə`təytəni, və la ayisən min icabətikə, və-in əbtə`ət `ənni fis-sərrai əv zərrai əv şiddətin əv rəxa`in əv `afiyətin əv bəla`in əv bu`sin əv nə`ma`ə, innəkə səmi`ud-du`ai.

Duanın tərcüməsi:

"İlahi, bu gecəyə Sənə kiçik və xar olmuş bir bəndə olaraq girdim. Özüm üçün heç bir xeyir və zərər verə bilmirəm. Özümdən pis bir hadisəni kənarlaşdıra bilmirəm. Özümə qarşı bunlara şəhadət verirəm. Sənin qarşında öz gücümün zəifliyinə və çarəmin azlığına etiraf edirəm. İlahi, Məhəmməd və onun ailəsinə salavat göndər. Bu gecədə mənə və bütün mömin kişi və qadınlara vədə verdiyin bağışlamaya vəfa et. Mənə verdiklərini (nemətlərini) kamil et. Həqiqətən, mən Sənin miskin, əlacsız, zəif, fəqir, xar bəndənəm. İlahi, məni Sənin mənə verdiyin nemətlər qarşısında Sənin zikrini unudanlardan və mənə əta etdiyin ehsanı yaddan çıxaranlardan qərar vermə. İlahi, məni Sənin mənim dualarını qəbul etməndən naümid olanlardan qərar vermə, baxmayaraq ki, (duamdan) uzun zaman ötsə belə. İstər xoş vaxtda olum, istərsə də narahat, istər çətinlikdə olum, istərsə də asanlıqda, istər sağlamlıqda olum, istərsə də bəlada, istər ehtiyacda olum, istərsə də nemətdə. Həqiqətən, sən duaları eşidənsən!"

8-ci: Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) salavat göndərmək. (Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.)

9-cu: Cövşən-kəbir duasını oxumaq.

10-cu: Həzrət Əlinin (ə) qatilinə lənət oxumaq. Yüz dəfə "Əllahummələn qətələtə Əmiril-möminin".

11-ci: Yüz dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh" demək və tövbə etmək. Bu əməlin mənası belədir: İnsan keçmişdə etdiyi günahlardan peşman olub gələcəyini abadlaşdırmaq üçün Allaha söz verir. Yəni: "Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam. Lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəyəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1015   Tarix: 13 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şimşək çaxarkən mobil telefondan istifadə təhlükəlidir?

Müasir mobil telefonlar ildırımı özünə cəlb etmir və ildırımvurma riskini artırmır. Cihazların tərkibindəki az miqdarda metal və zəif radiosiqnal şüalanması insanı ildırım üçün hədəfə çevirmir. Lakin şimşək çaxarkən başqa bir təhlükə - elektrik şəbəkəsində gərginliyin kəskin artması yarana bilər. xəbə

18.08.2026 105
.

Bir link bütün məlumatlarınızı təhlükəyə ata bilər - Kiberdələduzlardan qorunmağın yolları

"Bir çox insanı maraqlandıran suallardan biri də budur: kiberdələduzları avtomatik aşkarlayan proqram varmı. Bunu -a açıqlamasında İKT üzrə ekspert Elvin Həsənov bildirib. O, qeyd edib ki, bunun cavabı qismən bəlidir. Belə texnologiyalar mövcuddur. Banklar, mobil operatorlar və kibertəhlükəsizli

18.08.2026 189
.

Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib

"Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı nalayiq, təhdid xarakterli və təhqiramiz materiallar və fikirlər paylaşılmaqdadır". xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının yaydığı bəyanatında yer alıb

18.08.2026 227
.

The Telegraph: "Tramp İranı nüvə silahı ilə vurmağı nəzərdən keçirir"

ABŞ Prezidenti Donald Trampın İranla bağlı növbəti hərbi addımlar çərçivəsində nüvə silahından istifadə variantını nəzərdən keçirdiyi iddia olunur. Bu barədə The Telegraph yazıb. Qəzetin məlumatına görə, ABŞ və İran arasında əldə olunmuş razılaşmanın müddətinin başa çatması və bölgədə gərginliyin yenidə

18.08.2026 204
.

Bakının "Milyonerlər məhəlləsi" adlanan ərazisində yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə Xüsusi Riskli Xilasetmə və Dövlə

18.08.2026 284
.

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

Pakistan Ali Məhkəməsi ölkənin sabiq Baş naziri İmran Xanın yaxın günlərdə həbsxanadan xəstəxanaya köçürülməsi barədə qərar çıxarıb. "Qafqazinfo" yerli "Dawn" qəzetinə istinadən xəbər verir ki, məhkəmə, həmçinin məmura ailə üzvləri ilə həftəlik görüşlərin təmin edilməsi barədə qəra

18.08.2026 242
.

"ABŞ-ın son günlər hərbi zərbələri nisbətən səngitməsini də mən geri çəkilmə kimi qiymətləndirməzdim" - BƏHRUZ QULİYEV

"ABŞ-İran qarşıdurmasında artıq söhbət təkcə raketlərdən, dronlardan və hərbi zərbələrdən getmir. Qarşıdurmanın əsas cəbhələrindən biri diplomatik və geosiyasi təzyiq müstəvisinə keçib. Bu baxımdan ABŞ Prezidentinin Hörmüz boğazını ABŞ ərazisi kimi elan etmək niyyətinə dair açıqlaması olduqca cidd

18.08.2026 189
.

Dərmanları qazlı su ilə içməyin - Müalicənizi dəyişdirəcək

Dərman qəbul edərkən onu hansı maye ilə içməyin əhəmiyyətsiz olduğunu düşünmək düzgün deyil. Bəzi içkilər preparatın qoruyucu örtüyünə təsir göstərə və dərmanın nəzərdə tutulduğundan daha tez həll olunmasına səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, Semmelveys Universitetinin tədqiqatçılar

18.08.2026 173
.

Xəzərin adını dəyişmək istəyənlərə 24 il əvvəl verilən cavab

"İranşəhri" adlandırılan fars millətçilərindən ibarət qrup Xəzər dənizinin adının dəyişdirilməsi ilə bağlı "Xəzərin tarixi adının bərpası tələbi" adlı kampaniyaya başlayıb. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, bu, İranda Xəzərin adının dəyişdirilməs

18.08.2026 276
.