Hüseynə işgəncə verənlər cəzasız qalmayacaq - Azərbaycan hərəkətə keçdi

Hüseynə işgəncə verənlər cəzasız qalmayacaq - Azərbaycan hərəkətə keçdiNaxçıvan istiqamətində yolu azaraq Ermənistana keçən Azərbaycan əsgərinin əsir götürülməsi, amansız işgəncələrə, qeyri-insani rəftara məruz qalması ermənilərin barbar və vəhşi millət olduğunu bir daha göstərdi.

Silahsız əsgərin xüsusi amansızlıqla döyülməsi, təhqir olunması və həmin görüntülərin aşkar şəkildə sosial şəbəkələrdə paylaşılması bütün qanunların ayaqlar altına alınması deməkdir. Dünyanın dörd bir yanında əsgər Hüseyn Axundovla bağlı etiraz səsləri ucaldılsa da, Ermənistanın beynəlxalq hüquq qarşısında məsuliyyətə cəlb olunması məsələsi sual altındadır.

Bəs Azərbaycan erməni vəhşiliyinə cavab olaraq hansı addımları atacaq?

Məsələ ilə bağlı Modern.az-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Azərbaycanın müvafiq orqanları əsir düşən hərbçimizin qaytarılması üçün aktiv işə başlayıb:

"Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın vəhşiliyini əks etdirən bəyanat yayıb. Həmçinin əsgərimizin gəri qaytarılması üçün beynəlxalq qurumlara müraciət edilib. Şübhə yoxdur ki, indi bizim danışdığımız vaxtda belə müvafiq orqanlar əsgərimizin geri qaytarılması üçün ciddi addımlar atır. Tariximiz də sübut edir ki, Azərbaycan öz əsgər və vətəndaşına hər zaman sahib çıxıb və bundan sonra da sahib çıxacaq",-deyə parlamentari söyləyib.

A.Mirzəzadə qeyd edib ki, ermənilərin əsir düşən əsgərimizə qarşı işgəncə verməsi mədəniyyətsizliyin göstəricisidir: "Azərbaycan hərbçisinin yaralı erməni əsgərinin yarasını sarıdığı videosu indiyə qədər sosial şəbəkədə izlənilir. Dövlətimiz yeri gəldikdə özünün təcili tibbi yardım maşını ilə xəstə erməni sakinlərini Xankəndidə yerləşən xəstəxanaya aparır. Onların hüquqlarının təmin olunması ilə bağlı bəyanat verir və görüşmək üçün yenidən müraciət edir. Yəni prinsip etibarilə Azərbaycan öz humanistliyini və insanlara dəyər verdiyini göstərir. Ancaq ermənilərin əsgərimizə qarşı davranışının əks olunduğu video Ermənistan cəmiyyətində Xocalı soyqırımını törətmək əhval-ruhiyyəsinin qaldığını göstərir. 18 yaşında günahsız əsgərə yalnız vəhşi təbiətli, qonşuya, hərbi əsirə rəhm duyğusu olmayan insanlar bu cür işgəncələr verə bilər. Əlbəttə ki, bu bizi hiddətləndirir və bunu edənlər öz cəzalarını alacaq".

Deputat Elman Məmmədov isə söyləyib ki, beynəlxalq qurumlar ermənilərin vəhşiliyinə biganə qalmamalıdır.

"Həmin görüntülərə təkcə biz yox, bütün beynəlxalq qurumlar və Ermənistanın havadarları da baxıb. Boğazdan yuxarı insan hüquqlarından danışan beynəlxalq qurumlar var. Onlar kor deyillərki, bunu da görsünlər. Ermənistan tərəfindən edilən vəhşiliyi görüb, dərs çıxarsınlar və buna qarşı tədbir görsünlər. Azərbaycan bu məsələ ilə bağlı müvafiq qurumları məlumatlandırıb, tələblərini irəli sürüb. Həmçinin, Baş Prokurorluq tərəfindən cinayət işi açılıb. Ölkəmiz siyasi-hüquqi müstəvidə lazımlı tədbirləri görür. Əsgərimizə qarşı törədilən vəhşilik cavabsız qalmayacaq və artıqlaması ilə cavablarını alacaqlar. Bizim ekoaktivistlərimiz Laçın-Xankəndi yolunda dinc aksiyaya başladığından bəri hər gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) maşınları Xankəndi və Ermənistan istiqamətində hərəkət edir. BQXK birbaşa ermənilərə qulluq etməklə məşğuldur. Elə onların özləri də ermənidir",- deputat vurğulayıb.

E.Məmmədov deyib ki, BQXK ermənilər üçün dəridən-qabıqdan çıxır, ancaq bizə münasibətləri belə deyil:

"1991-ci ilin noyabrın 1-dən 1992-ci ilin fevralın 25-nə qədər biz Xocalıda tam mühasiərədə yaşamışıq. O zamanlar komitənin fəaliyyətini görmədik. Bu, ədalətsizlik və ikili standartlardan başqa bir şey deyil. Ancaq ermənilərdən ötrü dəridən-qabıqdan çıxırlar. Xocalı soyqrımından sonra bizim nə qədər vətəndaşlarımız əsir düşdü. 4000 Azərbaycan vətəndaşının taleyi haqqında hələ də xəbər yoxdur. Bu komitə indiyə qədər bir iş görübmü? Mən hesab edirəm ki, bizim ekoaktivistlərimiz onların avtomobillərinin keçidinə icazə verməməlidir. Tələbimiz belə olmalıdır ki, əsgərlərimizi geri gətirin. Beynəlxalq Qırmızı Xaç Komitəsi ermənilərə görə yaman canfəşanlıq göstərir. İndi də bizim əsgərlərimiz əsirlikdədir. Gedin, onların vəziyyəti və taleyi ilə maraqlanın. Birinci Qarabağ müharibəsi zamanı və hazırda vəhşilik törədənlərin cəzalandırılması üçün tədbirlər görün. Ermənilərin vəhşiliyi cavabsız qalmayacaq. Azərbaycan dövləti öz üzərinə düşəni yüksək səviyyədə görür".

"Biz əsir düşmüş ermənilərə xoş davranmaqla öz insanlığımızı göstəririk, bütün bəşəri qanunlara, beynəlxalq hüquqa hörmətlə yanaşdığımızı nümayiş etdiririk. Ancaq bunun müqabilində bizə qarşı şər-böhtan kompaniyaları həmin o beynəlxalq qurumlar tərəfindən aparılır. Ermənilər də öz vəhşliklərini göstərirlər. Xocalıda etdikləri cinayətlər göz qabağındadır. Beynəlxalq təşkilatlar ermənilərin etdiklərinə qarşı 30 ildə heç bir tədbir görməyib. Avropa İttifaqı və başqa təşkilatlar Azərbaycan əsgərinin davranışını və ermənilərin hərəkətlərini müqayisə etsinlər. Əsgərlərimiz yaralı erməni hərbçisinin yaralarını sardıqdan sonra, o, Ermənistana geri qayıtdıqda igidlərimizin onu xilas etdiyini söyləmişdi. Hətta, həmin eməninin ailəsi Azərbaycana minnətdarlığını bildirmişdi. O dönəmdə Fransa kimi dövlətlər ölkəmizin üzərinə böhtanlar yağdırırdı. İndiki gözünüz kor deyil, baxın, Azərbaycan əsgərinə necə işgəncə verirlər", - deyə Xocalının deputatı əlavə edib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb. Ötən gün sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1404   Tarix: 14 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər

Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki

05.11.2026 168
.

Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı

Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda medianın inkişafında xidmətlərin

05.11.2026 280
.

Soğanı kartofla bir yerdə saxlamayın: nəticəsi sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

Mətbəxdə ən çox istifadə olunan tərəvəzlərdən olan soğan və kartofu eyni yerdə saxlamaq rahat görünsə də, bu vərdiş onların daha tez xarab olmasına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, soğan və kartof eyni yeşikdə saxlanıldıqda ayrı-ayrılıqda saxlanılan məhsullarla müqayisədə dah

05.11.2026 241
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 206
.

iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?

Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə

05.11.2026 238
.

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm

05.11.2026 178
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

05.11.2026 269
.

Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA

Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib

05.11.2026 250
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

05.11.2026 237
.