Bacısının tiktoker qızını öldürən şəxs cəzasının azaldılmasını istəyir

Bacısının tiktoker qızını öldürən şəxs cəzasının azaldılmasını istəyirGöyçayda bacısı qızını boğaraq öldürməkdə təqsirləndirilən Vüqar Bədəlovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyib.

Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmə də kassasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, hadisə 2021-ci il mayın 9-da saat 6 radələrində Göyçay rayonu, Bığır kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 2002-ci il təvəllüdlü Fatimə Məmmədova dayısı V.Bədəlov tərəfindən yastıqla boğularaq qətlə yetirilib.

İttihama görə, dayı bacısı qızını namus söhbətinə görə öldürüb. Belə ki, F.Məmmədova nişanlı olub. Lakin o, nişanlı ola-ola evdən qaçıb və yenidən evə qayıdıb.

Hadisə günü F.Məmmədova evdə ayrı-ayrı şəxslərlə uca səslə telefonla danışıb. V.Bədəlov da qızın bu hərəkətlərinə irad bildirib. Bacısı qızı isə onu nalayiq ifadələrlə təhqir edib və dayısına əhəmiyyət vermədən yenidən telefonla danışmağa başlayıb.

Daha sonra V.Bədəlov F.Məmmədova yatan zaman onu yastıqla boğaraq öldürüb.

İstintaq orqanı tərəfindən V.Bədəlovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (Qəsdən adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, V.Bədəlov ifadəsində F.Məmmədovanın "TikTok" sosial şəbəkələrində bir çox videogörüntülərinin yayıldığını deyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 951   Tarix: 14 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şimşək çaxarkən mobil telefondan istifadə təhlükəlidir?

Müasir mobil telefonlar ildırımı özünə cəlb etmir və ildırımvurma riskini artırmır. Cihazların tərkibindəki az miqdarda metal və zəif radiosiqnal şüalanması insanı ildırım üçün hədəfə çevirmir. Lakin şimşək çaxarkən başqa bir təhlükə - elektrik şəbəkəsində gərginliyin kəskin artması yarana bilər. xəbə

18.08.2026 105
.

Bir link bütün məlumatlarınızı təhlükəyə ata bilər - Kiberdələduzlardan qorunmağın yolları

"Bir çox insanı maraqlandıran suallardan biri də budur: kiberdələduzları avtomatik aşkarlayan proqram varmı. Bunu -a açıqlamasında İKT üzrə ekspert Elvin Həsənov bildirib. O, qeyd edib ki, bunun cavabı qismən bəlidir. Belə texnologiyalar mövcuddur. Banklar, mobil operatorlar və kibertəhlükəsizli

18.08.2026 189
.

Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib

"Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı nalayiq, təhdid xarakterli və təhqiramiz materiallar və fikirlər paylaşılmaqdadır". xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının yaydığı bəyanatında yer alıb

18.08.2026 227
.

The Telegraph: "Tramp İranı nüvə silahı ilə vurmağı nəzərdən keçirir"

ABŞ Prezidenti Donald Trampın İranla bağlı növbəti hərbi addımlar çərçivəsində nüvə silahından istifadə variantını nəzərdən keçirdiyi iddia olunur. Bu barədə The Telegraph yazıb. Qəzetin məlumatına görə, ABŞ və İran arasında əldə olunmuş razılaşmanın müddətinin başa çatması və bölgədə gərginliyin yenidə

18.08.2026 204
.

Bakının "Milyonerlər məhəlləsi" adlanan ərazisində yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə Xüsusi Riskli Xilasetmə və Dövlə

18.08.2026 284
.

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

Pakistan Ali Məhkəməsi ölkənin sabiq Baş naziri İmran Xanın yaxın günlərdə həbsxanadan xəstəxanaya köçürülməsi barədə qərar çıxarıb. "Qafqazinfo" yerli "Dawn" qəzetinə istinadən xəbər verir ki, məhkəmə, həmçinin məmura ailə üzvləri ilə həftəlik görüşlərin təmin edilməsi barədə qəra

18.08.2026 242
.

"ABŞ-ın son günlər hərbi zərbələri nisbətən səngitməsini də mən geri çəkilmə kimi qiymətləndirməzdim" - BƏHRUZ QULİYEV

"ABŞ-İran qarşıdurmasında artıq söhbət təkcə raketlərdən, dronlardan və hərbi zərbələrdən getmir. Qarşıdurmanın əsas cəbhələrindən biri diplomatik və geosiyasi təzyiq müstəvisinə keçib. Bu baxımdan ABŞ Prezidentinin Hörmüz boğazını ABŞ ərazisi kimi elan etmək niyyətinə dair açıqlaması olduqca cidd

18.08.2026 189
.

Dərmanları qazlı su ilə içməyin - Müalicənizi dəyişdirəcək

Dərman qəbul edərkən onu hansı maye ilə içməyin əhəmiyyətsiz olduğunu düşünmək düzgün deyil. Bəzi içkilər preparatın qoruyucu örtüyünə təsir göstərə və dərmanın nəzərdə tutulduğundan daha tez həll olunmasına səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, Semmelveys Universitetinin tədqiqatçılar

18.08.2026 173
.

Xəzərin adını dəyişmək istəyənlərə 24 il əvvəl verilən cavab

"İranşəhri" adlandırılan fars millətçilərindən ibarət qrup Xəzər dənizinin adının dəyişdirilməsi ilə bağlı "Xəzərin tarixi adının bərpası tələbi" adlı kampaniyaya başlayıb. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, bu, İranda Xəzərin adının dəyişdirilməs

18.08.2026 276
.