Yaponiya Baş nazirinin çıxış edəcəyi yerin yaxınlığında partlayış olub
Yaponiyanın qərbindəki Vakayama prefekturasında ölkənin Baş naziri Fumio Kişidanın ictimai çıxış edəcəyi yerin yaxınlığında güclü partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Qeyd olunub ki, hökumət başçısı təxliyə olunaraq Vakayama Polis Departamentinə aparılıb, onun üçün həyatı təhlükə yoxdur.
"Kyodo" nəşri bildirib ki, Kişidaya çıxışından əvvəl naməlum şəxs tüstü bombasına bənzəyən əşya atıb və əşya sonra partlayıb. Həmin şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, 2022-ci ilin iyulunda keçmiş donanma dənizçisi Tetsuya Yamaqami Yaponiyanın əsas Honsyu adasının cənub-qərbindəki Nara küçəsində seçki kampaniyası mitinqində çıxış edən Yaponiyanın keçmiş Baş naziri Şinzo Abeni kürəyindən güllələyib.
O, özü hazırladığı və diqqətlə sınaqdan keçirdiyi çoxlüləli atıcı qurğudan istifadə edib. Atəş açan şəxs qətlə yetirilən siyasətçinin mühafizəçiləri tərəfindən cinayət yerində tutularaq həbs edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 728 Tarix: 15 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİntensiv yağış yağacaq
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
05.11.2026 323 Azərbaycanda ilk dəniz milli parkı yaradılacaq
Azərbaycanda ilk dəniz milli parkının yaradılması istiqamətində işlərə başlanılıb, xəritələşmə işləri artıq yekunlaşıb. "Trend"ə istinadən xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunun "Xəzərdən təsərrüfata: Balıq ehtiyatlarının qorunmasınd
05.11.2026 261 Fransada yeni iğtişaş hazırlığı: Ölkə boyunca insanlar ayağa qalxırlar
Fransada bütün ölkə boyunca yeni tətil dalğasına hazırlıq görülür. -ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri məlumat verib. Qeyd olunur ki, həmkarlar ittifaqlarının ümumxalq tətilinə çağırışı ilə yüz minlərlə insan küçələrə çıxa bilər. "Bütün Fransada yüz minlərlə insanın nümayiş
05.11.2026 187 AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
05.11.2026 207 Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA
Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib
05.11.2026 250 Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu
Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra
05.11.2026 357 Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi
05.11.2026 255 Hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq
Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr
05.11.2026 191 60 yaşdan sonra dostların sayı niyə azalır?
Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz
05.11.2026 219