İlqar Rəhimov: "Ermənilər bu həyasız hərəkətlə öz bacarıqsızlıqlarını göstərdilər"
"Aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılması Ermənistan dövlətinin iç üzünü bir daha göstərdi. Bu cür beynəlxalq səviyyəli idman yarışında təhlükəsizlik təmin olunmalı halda, Ermənistanın baş nazirinin iştirak etdiyi tədbirdə bu təxribatın baş verməsi ölkə rəhbərliyinin öz daxili proseslərini nizamlaya bilmədiyini göstərir".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib.
"Ermənilər bu həyasız hərəkətlə öz tərbiyəsizliklərini və bacarıqsızlıqlarını göstərdilər. Bundan başqa, Azərbaycan Bayrağının yandırılması Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində yürütdüyü nifrət siyasətinin bariz nümunəsidir. Onların bu hərəkəti həm də Ermənistanda etnik zəmində Azərbaycan xalqına qarşı nifrətin hökm sürdüyünü bir daha təsdiq edir, rasizmin, milli, dini ayrı-seçkiliyin hökm sürdüyünü aydın şəkildə göstərir.
Bu, idman sahəsində Ermənistanın Azərbaycana qarşı ilk təxribatı deyil. Keçən il Beynəlxalq Paralimpiya Komitəsinin növbədənkənar Baş Assambleyasında Ermənistan nümayəndə heyəti Azərbaycana qarşı təxribata cəhd etməyə çalışıb. Orada Ermənistan nümayəndəliyi Paralimpiya Komitəsi rəhbərliyi və iştirakçıları tərəfindən layiqli cavablarını almışdılar.
Azərbaycan idmançıları hər zaman bütün idman arenalarında erməni idmançılarından üstün olub, onları məğlub ediblər.
Düşünürəm ki, Avropa və dünyanın idman təşkilatları Ermənistanda dövlət səviyyəsində yürüdülən rasizm və nifrət siyasətini sərt şəkildə qınamalı, Ermənistanda hər hansı beynəlxalq tədbirin keçirilməsinə qadağa tətbiq etməlidirlər", - deyə İ.Rəhimov qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 669 Tarix: 15 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTrampın reytinqi ən aşağı səviyyədədir
"Reuters/Ipsos" sorğusuna görə, Donald Trampın reytinqi prezidentliyi dövründə ən aşağı səviyyəyə düşüb. "Yeni Sabah" xəbər verir ki, amerikalıların böyük əksəriyyəti ABŞ-İran müharibəsinin uzun müddət davam edəcəyindən narahatdır. Sorğuda respondentlərin yalnız 33%-i Trampın Ağ Evdək
20:15 107 Dondurulmuş ət, yoxsa təzə ət? - Hansı daha keyfiyyətlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ət alarkən istehlakçıların qarşısında əsas seçimlərdən biri təzə və dondurulmuş məhsul arasında olur. Bəzən dondurulmuş ətin təzə ətə nisbətən daha keyfiyyətsiz və ya təhlükəli olduğu düşünülür. Halbuki ətin dondurulması düzgün temperaturda və qaydalara uyğun həyata keçirildikdə onun təhlükəsizliyin
13:02 235 Azərbaycan CNN-i məhkəməyə verdi
Azərbaycan ABŞ-nin federal məhkəməsində CNN-ə qarşı iddia qaldırıb. "Report"a istinadən xəbər verir ki, məhkəmə iddiasına səbəb Azərbaycana qarşı əsassız və təxribat xarakterli iddiaların yer aldığı məqalənin dərc edilməsidir. 2026-cı il iyunun 5-də CNN-in dərc etdiyi məqalədə Azərbaycan ərazisini
17:52 193 Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sabah Şirvan şəhərinin, Sabirabad, Saatlı və İmişli rayonlarının bəzi ərazilərində təbii qazın verilişi müvəqqəti dayandırılacaq. BİG.AZ xəbər verir ki. bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və təmir-quraşdırm
15:09 212 Uşaqlar daha çox yatacaq, amma... - Dərslərin gec başlaması ilə bağlı vacib məqamlar
"Dərslərin saat 8-də deyil, daha gec başlaması uşaqlar üçün ümumilikdə müsbət addım ola bilər. Bu, xüsusilə yeniyetmələrin daha çox yatmasına, səhər yorğunluğunun və tələskənliyin azalmasına, ilk dərslərdə diqqət və qavramanın yaxşılaşmasına şərait yarada bilər". Bunu BİG.AZ-a açıqlamasınd
12:33 228 Cənubi Koreya ABŞ-dan hərbi müstəqilliyini artırmaq istəyir
Cənubi Koreya Prezidenti Li Ce Myonq ölkəsinin hərbi komandanlıq imkanlarını Seulun nəzarətinə tam qaytarmaq istədiyini açıqlayıb. The Guardian yazır ki, bu açıqlama ABŞ Prezidenti Donald Trampın Cənubi Koreya ilə birgə hərbi təlimlərin azaldılması istiqamətində qərarından sonra səsləndirilib. Seul ABŞ-l
14:13 169 Keçmiş və indiki xanımları dalaşdı - Baş məşqçi huşunu itirdi
Misir millisinin baş məşqçisi Hossam Hasanın keçmiş həyat yoldaşı Huveyda və hazırkı həyat yoldaşı Dina Mostafa dalaşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Misirdə hotellərin birində baş verib. Belə ki, baş məşqçi Dina ilə birlikdə hoteldə dincələrkən keçmiş həyat yoldaşı Hüveyda ora gəlib
17:40 164 Süni intellektdən qazanılan pulları vətəndaşlarla bölüşəcəklər
2027-ci ildə Tayvanda süni intellektdən əldə edilən dividendlər hesabına hər bir vətəndaşa 10 min Tayvan dolları (təxminən 534 AZN) ödəniləcək. "Qafqazinfo" "Taipei Times Dawn" nəşrinə istinadən xəbər verir ki, bu məqsədlə ümumilikdə 235,7 milyard Tayvan dolları (12 milyard 580 milyo
22:15 1 Poçt qutusundan 26 il əvvəl göndərilən açıqca çıxdı - inanılmaz təsadüf
ABŞ-da bir kişi poçt qutusunu açarkən valideynlərinin 26 il əvvəl Kopenhagendən göndərdiyi açıqca ilə qarşılaşıb. xəbər verir ki, bu barədə "People" jurnalı məlumat yayıb. Hadisə Palm Biç sakini Bob Şeppardın başına gəlib. Açıqcaya 200-ci ilin iyul ayında poçt möhürü vurulub, üzərində isə Los-Ancele
11:49 190