Kənan Məstəliyev: "Bu onu göstərir ki, ermənilər hələ də sülh istəmirlər"
"Orada yalnız Türkiyə millisinin dəstəyini gördük. Onlarla eyni mərtəbədə qalırdıq, daim əlaqədə idik. İlk andaca bizi dəstəklədilər, həmrəy olduqlarını bildirdilər".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatı zamanı baş vermiş təxribat barədə danışarkən deyib.
Federasiya rəsmisi Azərbaycan bayrağının yandırılmasının yolverilməz addım olduğunu bildirib:
"Bayraq namusumuz qeyrətimiz, şərəfimizdir. Hamımız bayrağımızın yüksəlməsi, zirvələrdə dalğalanması üçün çalışırıq. Bayrağımıza qarşı edilən istənilən hərəkət yolverilməzdir. Bunun qarşısını İrəvanda belə, almağa hazırıq. Hadisə baş verən anda reaksiyamızı göstərdik. Çünki bayrağa qarşı hörmətsizliyi heç cür qəbul edə bilmərik. Bizə təhlükəsizlik təminatı verən dövlətin Baş nazirinin beş addımlığında qonağının bayrağı yandırılır və buna reaksiya vermir. Həmin vandallığı, barbarlığı edən şəxsi Ermənistan ictimaiyyəti alqışladı. Biz bunu qəbul edə bilməzdik. Bu onu göstərir ki, ermənilər hələ də sülh istəmirlər, hələ də Azərbaycana qarşı nifrətləri var. Hadisə baş verən anda qərara gəldik ki, ölkəni tərk edək. Dərhal məlumat verdik. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilk andan sona qədər yanımızda oldular. Xalqımızın da dəstəyini hiss etdik".
K.Məstəliyev bildirib ki, hadisədən sonra həm yerli hakimiyyət, həm Avropa Ağır Atletika Federasiyası, həm də Beynəlxalq Ağır Atletika Federasiyası onları yarışda qalmağa dəvət ediblər: "Ancaq bunu qəbul edə bilməzdik. Buna görə də, qərara alındı ki, ilk imkandaca Ermənistanı tərk edək".
Mətbuat katibi deyib ki, açılış mərasimindən sonra məskunlaşdıqları hoteldə internet kəsilib. O, bunun bilərəkdən atılan addım olduğunu deyib: "Daimi internet olmasına baxmayaraq, hadisə baş verən kimi, internet kəsildi. Hətta televiziyada da bayrağın yandırılması epizodunu göstərməmişdilər. Qısa müddət sonra bunu sosial şəbəkələrdə gördük. O zaman interneti niyə kəsdiklərini başa düşdük".
Federasiya rəsmisi İrəvanda olduqları müddət ərzində Ermənistan ictimaiyyəti ilə birbaşa təmaslarının olmadığını vurğulayıb: "Buradan Tbilisiyə getdik, orada bizi qarşı tərəfin təhlükəsizlik orqanları qarşıladılar. Bizi İrəvana apardılar və oradan hotelə getdik. İlk günü hoteldə qaldıq, çölə çıxmadıq. Aprelin 14-də cəmi bir dəfə çıxdıq, müşayiətlə məşqə gedib qayıtdıq. Bizim yox, hətta bayrağımızın ilk təmasındaca təxribata əl atdılar. Gənc idmançılarımızın psixoloji vəziyyətini nəzərə alaraq, geri qayıtmaq qərarına gəldik. Orada qalmağın heç bir əhəmiyyəti yox idi".
Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığından, Azərbaycan millisi yarışdan imtina edib.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1376 Tarix: 16 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHidayət Heydərov bürünc medal qazandı
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycan millisinin üzvü Hidayət Heydərov bürünc medal qazanıb. "Qafqazinfo" xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu ardıcıl olaraq Lusian Borş Dumitreskunu (Rumıniya)
30.10.2026 464 Pyerluici Kollina da Bakıya gəldi - Video
Sabiq futbol hakimi, hazırda FIFA Hakimlər Komitəsinin sədri olan Pyerluici Kollina Azərbaycana gəlib. "CBC Sport"a istinadən xəbər verir ki, Kollina Bakıda keçirilən FIFA U-15 dünya çempionatını və festivalını izləmək üçün paytaxtımıza səfər edib. Qeyd edək ki, U-15 dünya çempionatı oktyabrı
26.10.2026 686 İslam ikiqat Avropa çempionudur!
Azərbaycanlı cüdoçu İslam Rəhimov İtaliyada keçirilən yarışda qızıl medal qazanıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, idmançımız finalda Niderland təmsilçisi Yoxem van Harteni ipponla məğlub edərək ikinci dəfə Avropa çempionu olub
30.10.2026 576 Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
Misli Premyer Liqasında IX tura bu gün iki oyunla yekun vurulacaq. xəbər verir ki, günün ilk matçında "İmişli" "Şamaxı"nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da Yevlax şəhər stadionunda start götürəcək. "Şamaxı" hazırda 13 xalla 7-ci pillədə qərarlaşıb. 7 xala malik "İmişli"
25.10.2026 617 Hidayət Heydərova çəkisi ilə bağlı qərar vermək üçün vaxt verildi
Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərovun 73 kiloqram, yoxsa 81 kiloqram çəki dərəcəsində mübarizə aparacağına yaxın günlərdə aydınlıq gələcək. xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yekunların
12.10.2026 741 11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi
Britaniyalı şahmatçı Bodhana Sivanandan qadınlar arasında şahmat tarixinin ən gənc beynəlxalq ustası olub. "The Guardian"a istinadən xəbər verir ki, Sivanandan bu uğura Monteneqronun Budva şəhərində keçirilən Avropa Klublar Kubokunda nail olub. O, 1988-ci ildə 12 yaşında beynəlxalq usta titulun
25.10.2026 725 Aziz Yıldırım: "Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!"
"Fənərbağça"nın prezidenti Aziz Yıldırım klubun maliyyə vəziyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, o, may ayından sonra klubun qapısından bir daha içəri girməyəcəyini bildirib. "May ayından sonra mən olmayacağam, bir daha bu klubun qapısından içəri girməyəcəyəm
25.10.2026 616 Azərbaycan millisi Litvanı məğlub etdi - Video
Azərbaycan millisi UEFA Millətlər Liqasında bu mövsüm ilk qələbəsini qazanıb. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Litvanı qəbul edib. "Palms Sports Arena"da baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqi
04.10.2026 783 "Liverpul" David Otorbini 30 milyon avro qarşılığında heyətinə qatmaq istəyir
İngiltərənin "Liverpul" klubu İspaniya təmsilçisi "Valensiya"da çıxış edən futbolçu David Otorbini heyətinə qatmaq istəyir. "Report" "Tribuna Deportiva" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 19 yaşlı hücumçuya görə 30 milyon avro ödəmək niyyətindədir
24.10.2026 610