Anna Akopyan Bayrağımızı yandıranla... – FOTO
14 apreldə İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində səhnəyə çıxaraq, Bayrağımızı qapan və onu yandıran Aram Nikolyan Ermənistan Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanla şəxsi münasibətlərə malikdir.
BiG.AZ axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, Anna Akopyan Ermənistanın 4 geyim brendi içərisində Aram Nikolyanın "Nikolyan" brendinə xüsusi diqqət ayırıb və onun ofisini 2019-ci il 29 apreldə ziyarət edib. Akopyan həmçinin Nikolyana bu brendi dünyaya çıxarmaq üçün dəstək söz verib.
Erməni mediası istisna etmir ki, Anna Akopyan geyim tərzində də Nikolyanın yardımından istifadə edir.
Qeyd edək ki, Aram Nikolyan Milli İncəsənət Akademiyasında, daha sonra isə Florensiyada İtalyan Akademiyası (Accademia Italiana) Dizayn Məktəbində təhsil alıb və burada stilistika və moda dizaynı üzrə ixtisaslaşıb. O, "Arm Jeans" və "Rose" şirkətlərinin baş dizayneri, "Şant" və "Armeniya" teleşirkətlərinin stilisti olub.
Hazırda "Nikolyan" moda evinin təsisçisi, direktoru və baş dizayneri, Beynəlxalq Dizaynerlər Assosiasiyasının üzvüdür.
O, 2013-cü ildən Ermənistan İctimai Televiziyasının stilistika şöbəsinin rəhbəri vəzifəsini daşıyır. Ağır atletika üzrə Avropa çempionatının 14 apreldə baş tutan açılış mərasiminin təşkilatçılarından biridir və yüksək qonorara müqavilə imzalayıb: Azərbaycan bayrağı olan libasların dizaynının da hazırlanması və tikilməsi ona tapşırılıb və o, buna görə 18,9 milyon dram (təxminən 50 min dollara yaxın) almalıdır, artıq 12,3 milyon dramını alıb.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2000 Tarix: 16 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya Ukraynaya raket zərbəsi endirdi: 10 nəfər öldü
Rusiya ordusunun Ukraynanın Xarkov vilayətinə endirdiyi raket zərbəsi nəticəsində 10 nəfər ölüb, 17 nəfər yaralanıb. Reuters-in məlumatına görə, hücum bu gün səhər saatlarında Xarkov vilayətinin Peçeneqi yaşayış məntəqəsinə həyata keçirilib. Raketlərin yaşayış binalarının, kafe, poçt şöbəsi və mağazanı
14:03 186 Uşaqlar daha çox yatacaq, amma... - Dərslərin gec başlaması ilə bağlı vacib məqamlar
"Dərslərin saat 8-də deyil, daha gec başlaması uşaqlar üçün ümumilikdə müsbət addım ola bilər. Bu, xüsusilə yeniyetmələrin daha çox yatmasına, səhər yorğunluğunun və tələskənliyin azalmasına, ilk dərslərdə diqqət və qavramanın yaxşılaşmasına şərait yarada bilər". Bunu BİG.AZ-a açıqlamasınd
12:33 228 Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı
Gecə saatlarında Füzuli rayonunda yeniyetmə oğlanın meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndində qeydə alınıb. Avqustun 18-i saat 01 radələrində 2010-cu il təvəllüdlü Fəqan Dəryatqulu oğlu Məhərrəmovun meyiti yaşadığı evin həyətində aşkar edilib. Onun ölüm
16:07 196 Bir link bütün məlumatlarınızı təhlükəyə ata bilər - Kiberdələduzlardan qorunmağın yolları
"Bir çox insanı maraqlandıran suallardan biri də budur: kiberdələduzları avtomatik aşkarlayan proqram varmı. Bunu -a açıqlamasında İKT üzrə ekspert Elvin Həsənov bildirib. O, qeyd edib ki, bunun cavabı qismən bəlidir. Belə texnologiyalar mövcuddur. Banklar, mobil operatorlar və kibertəhlükəsizli
16:03 164 İran XİN rəhbəri: 60 günlük müddət qüvvədən düşüb
İranın Xarici İşlər üzrə sözçüsü İsmayıl Bəqayi bildirib ki, ABŞ ilə razılığa gəlmək üçün verilən 60 günlük müddət Vaşinqtonun "pozuntuları" səbəbindən qüvvədən düşüb. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqların davam etdiyi bildirilir. Müəllif: İlkin Məmmədkərimo
11:47 170 Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sabah Şirvan şəhərinin, Sabirabad, Saatlı və İmişli rayonlarının bəzi ərazilərində təbii qazın verilişi müvəqqəti dayandırılacaq. BİG.AZ xəbər verir ki. bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və təmir-quraşdırm
15:09 212 Supermarketlər sizi daha çox alış-verişə necə vadar edir? - 5 psixoloji tələ
Supermarketə yalnız çörək və süd almaq üçün girib, ehtiyac olmayan məhsullarla dolu paketlə çıxmaq çoxlarına tanışdır. Mütəxəssislər bildirirlər ki, bu, heç də həmişə təsadüfi deyil. xarici KİV-ə istinadən xəbər verir ki, mağazalarda məhsulların yerləşdirilməsi, endirim kampaniyaları, iri alış-veri
18:45 132 Qızılın qiyməti bahalaşdı
Azərbaycanda qızılın 18 avqust 2026-cı il tarixinə olan qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7 465,94 manat, 1 qram qızılın qiyməti isə 240,04 manat təşkil edir. Qızılın əyarına görə qiyməti isə, 99 əyyar (təmiz qızıl) - 240,04 manat, 750 əyyar (İtalya
20:30 76 Problemli kreditlər 36 faizdən çox artdı - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda banklardan götürülən kreditlərin həcmi artsa da, borcların vaxtında qaytarılması ilə bağlı problem də böyüməkdədir. Son statistik məlumatlar ölkədə problemli kreditlərin həcminin son bir ildə 36 faizdən çox artdığını göstərir. 2026-cı ilin ilk yarısının yekunlarına əsasən, vaxtı keçmiş kreditləri
12:35 183