Quru sərhədləri ilə bağlı məsələ böyüyür - Mayın 1-dən…

Quru sərhədləri ilə bağlı məsələ böyüyür - Mayın 1-dən…Azərbaycanın quru sərhədlərinin açılması məsələsi uzun müddətdir ki, müzakirə mövzusu olaraq qalır. Bununla bağlı dəfələrlə təkliflər irəli sürülsə də, hökumət sərhədləri açmaq niyyətində deyil.

Halbuki Gürcüstana məxsus teleqram kanalları, xəbər saytları may ayının 1-dən etibarən Azərbaycanla quru sərhədlərin açılacağını yayıb.

Xatırladaq ki, quru sərhədlərin açılacağı ilə bağlı iddialar martın 28-dən güclənib. Belə ki, həmin tarixdə bəzi məhdudiyyətlər aradan qaldırılıb.

Nazirlər Kabinetinin ölkəmizdə xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərarına əsasən, COVİD-19 pasportu tələbi də ləğv edilib. Məhz bu qərardan sonra sərhədlərin açılacağına dair gözləntilər çoxalıb. Qonşu ölkələrdəki doğmalarını görmək istəyən, istirahətə getmək istəyənlər veriləcək qərarı səbirsizliklə gözləyirlər. Lakin hər zamankı kimi Operativ Qərargah susqunluq nümayiş etdirir. Sözügedən məsələ ilə bağlı nə "hə", nə də "yox" deyir. Bu isə haqlı olaraq cəmiyyət arasında narazılıqla qarşılanır.

Ekspertlər isə pandemiya səbəbindən qapadılan sərhədlərin açılmasını iqtisadiyyatın gücləndirilməsi üçün vacib addım hesab edir. Eyni zamanda qabaqdan gələn yay mövsümündə ölkədə turizmin dirçəldilməsində sərhəd qadağasının götürülməsinin böyük rol oynayacağı bildirilir.

İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, quru sərhədlərinin hələ də bağlı qalmasının nə tibbi, nə iqtisadi, nə də təhlükəsizlik baxımından mənqiti izahı var. Onun sözlərinə görə, sərhədlərin 3 ildən artıq müddətdə bağlı qalması bir çox sahələrdə çox ciddi zərər yaradır:

"İnsanları dövlətdən narazı salır, sosial ədalətsizliyə zəmin yaradır, iqtisadiyyata, ən çox turizm sektoruna zərər verir. Bu məsələ dəfələrlə ictimai müzakirəyə səbəb olsa da, hələ də əsaslı bir səbəb göstərən yoxdur. Guya quru sərhədlərin açılması ilə bağlı Operativ Qərargah tərəfindən mövcud epidemioloji vəziyyətə uyğun olaraq qərarlar qəbul olunur. OP isə özünü elə aparır ki, sanki bu məsələnin onlara heç bir aidiyyəti yoxdur. Sərhədlərin açılması ilə bağlı qərar vermək bir yana qalsın, əziyyət çəkib insanlara bağlı qalma səbəbini izah belə etmirlər. Azərbaycan-Gürcüstan sərhədinin bağlı qalmasının pandemiya ilə bağlı olmadığını hər kəs bilir. Əvvəl heç olmasa bu səbəbə gülürdük, indi artıq gülməli belə deyil. Dünya ölkələri karantin rejimini çoxdan ləğv edib. COVİD 19-la bağlı ən sərt tədbirlər Çində idi. Yanvar ayından onlar da bütün qadağaları ləğv edib, quru sərhədləri açıblar. Hesab edirəm ki, sərhədlərin bağlı qalma səbəbini ictimaiyətə açıqlamaq rəsmi orqanların borcudur. Bəlkə, doğrudan da, bizim bilmədiyimiz ciddi bir səbəb var. Detallı olmasa da, ümumi şəkildə məhz bu məsələyə görə sərhədləri aça bilmirik, deyə bilərlər. Məsələnin kökündə təhlükəsizlik dayanırsa, bu da məntiqli səbəb deyil. Bu dövlətin təhlükəsizlik, hüquq-mühafizə orqanları istənilən risk və təxribatın qarşısını almağa qadirdir. Sərhədləri bağlamaq təhlükəsizlik tədbiri deyil. Hökumət niyə bu qədər israr edir, heç cür anlaya bilmirəm. Əgər səbəb ölkədə fəaliyyət göstərən beşulduzlu hotellərin və AZAL-ın gəlirini artırmaqdırsa, bu sahədə də heç bir inkişaf yoxdur".

Ekspertin sözlərinə görə, səbəb hər nə olur-olsun, quru sərhədlərinin 3 ildən artıq bir müddətdə bağlı qalması vətəndaşların konstitusion hüquqlarının pozulmasıdır. Ölkə qanunlarına görə, hər bir vətəndaşın sərbəst səhayət etmək hüququ var.

Məsələ ilə bağlı "modern.az"a danışan Milli Məclisin deputatı Kamran Bayramov isə bildirib ki, indidən sərhədin açılıb-açılmayacağını demək çətindir: "Vaxtilə pandemiyanın qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində quru sərhədləri bağlanmışdı. İndi isə vəziyyət dəyişib. Yəqin ki, burada digər məsələlər də var. İndi hərə bir söz deyir. Bəziləri deyir ki, sərhədlər açılacaq. Ancaq mən bunu deyə bilmərəm. Çünki bu barədə Operativ Qərargahın rəsmi qərarı olmalıdır. Çox güman ki, məsləhətləşmələr aparılmalıdır. Buna görə də indidən quru sərhədlərinin mayın 1-də, iyulun 1-də, yaxud avqustun birində açılacağını demək uyğun olmaz. Hazırda bununla bağlı rəsmi qərar yoxdur. Bildiyim qədəri ilə bu istiqamətdə müzakirələr də aparılmır".

Deputatın fikrincə, quru sərhədlərinin bağlı qalmasına təhlükəsizlik məsələləri səbəb ola bilər: "Pandemiya artıq bitmək üzrədir. Doğrudur, bizdə karantin rejimi qüvvədədir. Müəyyən məhdudiyyətlər aradan qaldırılıb. Quru sərhədlərinin açılması ilə bağlı müzakirələr getmir, təhlillər aparılmır. Quru sərhədlərinin hələ də bağlı qalmasını ölkənin təhlükəsizliyi ilə bağlamaq olar. Belə baxanda başqa səbəb yoxdur.

İndi biz qonşu Ermənistanla, demək olar ki, müharibə şəraitindəyik. Əlaqələrin normallaşması prosesi hələ müzakirə mərhələsindədir. Sülh danışıqları gedir. Sülh müqaviləsinin imzalanması üzrə görüşlər təşkil edilir. Eyni zamanda demarkasiya, delimitasiya prosesi getməlidir. Amma Ermənistanın təxribatları göstərir ki, bizim təhlükəsizliyimizə hələ də təhdidlər var. Bizə qarşı təhlükə təkcə Ermənistandan gəlmir. Burada müəyyən qüvvələr var ki, quru sərhədlər vasitəsilə təhlükəsizliyimizə qarşı təxribat törətməyə cəhd göstərə bilərlər. Sərhədlərin bağlı qalması bununla bağlana bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2487   Tarix: 16 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 206
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

05.11.2026 380
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

05.11.2026 224
.

VƏZİFƏYƏ ADAM DEYİL, VƏZİFƏYƏ LAYİQ ADAM AXTARMAQ!

Bir ölkənin inkişafı vəzifələrdə kimin əyləşməsi ilə deyil, həmin vəzifələrə kimin layiq olması ilə ölçülür. Cevdet Paşanın illər əvvəl verdiyi mesaj bu gün də eyni aktuallığını qoruyur: Adama iş deyil, işə adam axtarılmalıdır!. Böyük dövlət xadimi Əhməd Cevdet Paşanın illər əvvəl söylədiyi və bu günümüz

05.11.2026 262
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

05.11.2026 269
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

05.11.2026 250
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

05.11.2026 332
.

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli

05.11.2026 218
.

Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA

Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli

05.11.2026 421
.