Barmağı sınan aktrisa, pilləkəndən yıxılan aktyor, ilk rəngli film - "O olmasın, bu olsun" filminin pərdəarxası

Barmağı sınan aktrisa, pilləkəndən yıxılan aktyor, ilk rəngli film - "O olmasın, bu olsun" filminin pərdəarxasıBiG.AZ Kulis.az-a istinadən Azərbaycan kino tarixinin şedevrlərindən sayılan komediya janrında çəkilmiş "O, olmasın, bu, olsun" filmi haqqında maraqlı fikirləri və nadir fotoları təqdim edir.

O olmasın, bu olsun filmi Bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında 1956-cı ildə Hüseyn Seyidzadə tərəfindən ekranlaşdırılmışdır.

Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin - Sərvər (Arif Mirzəquliyev) və Gülnazın (Tamara Gözəlova) məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin dost-tanışları: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur.

***

Filmdə xanəndə Xan Şuşinski qonaqlıq səhnəsində "Kürd-Şahnaz" muğamını ifa edir.

***

Yengə rolunu oynayan aktrisa Münəvvər Kələntərli qapının dəliyindən içəri baxarkən qəflətən Sərvər çıxır və yengəni yerə yıxır. Bu məqamda yerə yıxılan aktrisa kiçik barmağını sındırmışdı. Lakin həmin çəkilişlər bitəndən sonra çəkiliş qrupu aktrisanın barmağının sındığını bilmişdilər.

Filmdə xanəndə Tükəzban İsmayılova "Segah" muğamı üstündə oxuyur.

***

Film Azərbaycanın ilk rəngli bədii filmidir.

***

Asiya və Afrika ölkələrinin Beynəlxalq Daşkənd kinofestivalında göstərilən kinokomediya o vaxt yüksək qiymət almışdı. Filmin xarici ekranlara çıxışı da uğurlu oldu. SSRİ Xarici Ölkələrlə Mədəni Əlaqələr İdarəsinin sədri A.Davıdov Azərbaycan Kinematoqrafçıları İttifaqının I katibi Hüseyn Seyidzadəyə göndərdiyi məktubunda yazırdı: ""O olmasın, bu olsun" filmi 40 ölkəyə, cümlədən İran, İraq, Yuqoslaviya, Yaponiya, Avstriya, ABŞ, İsveçrə və Macarıstana satılıb".

Daha sonralar film daha 10 ölkəyə satıldı. Bununla belə, kinolent Bakı kinoteatrlarında nümayiş etdirilərkən, respublika mətbuatında "Müvəffəqiyyətsiz film" başlıqlı kəskin tənqidi resenziya dərc edilmişdi. Çəkilişlər ilyarım davam edib və aparıcı aktyorlara o vaxtın pulu ilə hər çəkiliş günü üçün 60 manat qonorar veriblər.

***

O vaxtlar Azərbaycana qastrol səfərinə gəlmiş hind kinematoqrafçıları bir neçə Azərbaycan filminə baxdıqdan sonra daha çox üstünlüyü Hüseyn Seyidzadənin filmlərinə vermişdilər. Hətta hind kinosunun yaradıcısı Rac Kapur onu Hindistana dəvət etmişdi: "Gedək Hindistana, orada film çəkərsən, səni milyonçu edərəm".

***

"O olmasın, bu olsun" ekranlara çıxandan sonra kinoşünaslar filmi tənqid etmişlər: "Heç bir estetik qanuna tabe olmayan, mənasız və zövqsüz çəkilmiş səhnələr, lüzumsuz vuruşma, qaçışma, hay-küylər, eybəcər oyunbazlıqlar, gah naturalistcəsinə, gah da qeyri-inandırıcı şişirtmələr tərzində verilmiş əcaib kadrlar... Hər şeydən əvvəl isə filmdə Məşədi İbad obrazı yoxdur. Rejissor işinin pərakəndəliyi hər obrazda, hər kadrda özünü göstərir".

"O olmasın, Bu olsun" filmində tamaşaçıların etirazına səbəb olan qüsur... kinokomediyada olmayan, sonra əlavə edilmiş primitiv əhvalatlar - bazarda qoçuların davası, Rüstəm bəyin evində qonaqların qalmaqalı, hamamda verilən çirkin naturalist səhnələr və s. kimə lazım idi? Bu əhvalatlar filmdə o qədər işıq, o qədər hay-küylə verilmişdir ki, komediyanın əsasını təşkil edən ictimai motivlər kölgədə qalır... Filmdə tamaşaçıya təqdim edilən Məşədi İbad isə tamamilə başqadır... Bunun təqsiri rolun yanlış traktovkasındadır. Bəla burasındadır ki, rejissor necə çalmışsa, aktyor da elə oynamışdır".

***

Rejissor Hüseyn Seyidzadə filmdə baş rola-Məşədi İbad roluna aktyor Mirzəağa Əliyevi çəkəcəkdi. Lakin çəkilişlər yenicə başlamışdı ki, aktyor dünyasını dəyişdi. Bundan sonra rejissor yeni Məşədi İbadı-Əliağa Ağayevi tapmalı oldu.

Məşədi İbad rolunun ifaçısı Əliağa Ağayev müsahibələrinin birində deyir: Məşədi İbad rolunu ifa etmək ən böyük və çoxdankı arzum idi. Bakı kinostudiyasında "O olmasın, bu olsun" filminə hazırlıq işləri aparılırdı. Günlərin birində filmin baş operatoru Ə. Atakişiyev teatra gəldi. Həmin axşam mən "Yağışdan çıxdıq, yağmura düşdük" tamaşasında Hacı Qəmbər rolunda çıxış edirdim, nökəri isə artist Əhməd Əhmədov oynayırdı. Elə həmin tamaşa axşamı Ə.Atakişiyev Ə.Əhmədovun Hambal roluna ən yaxşı namizəd olduğunu söylədi və onu kinostudiyaya dəvət etdi. Bir neçə gündən sonra məni də Ə.Atakişiyevin məsləhəti ilə kinostudiyaya sınaq çəkilişlərinə çağırdılar...

Gülnaz rolunun ifaçısı Tamara Ağamirova isə o günləri belə xatırlayır: "O olmasın, bu olsun" məni kino sənətinə yaxınlaşdıran ilk və son filmdir. Böyük bəstəkarımız Ü. Hacıbəylinin bu ölməz operettası ekranlaşdırılan vaxt mən məktəbli idim. Bakıdakı 190 nömrəli məktəbin doqquzuncu sinfində oxuyurdum. Yaxşı yadımdadır, filmin rejissoru Hüseyn müəllim öz köməkçiləri ilə bizim məktəbə gəlmişdi. Bütün məktəbə səs yayıldı ki, "O olmasın, bu olsun" filmində Gülnaz rolunun ifası üçün adam axtarırlar. Onlar sinifləri gəzir, şagirdlərlə söhbət edirdilər. Təsadüf elə gətirdi ki, Gülnaz roluna bir neçə namizəd içərisindən məni seçdilər.

***

Sənəm rolunun ifaçısı Barat Şəkinskaya filmlər bağlı müsahibələrinin birində deyir: Bir gün Dram Teatrına işə gələrkən divardan elan asıldığını gördüm. Elanda yazılmışdı ki, teatrın baş rejissoru Adil İsgəndərov məşqdən sonra bütün aktyorları yanına dəvət edir. Biz Adil müəllimin kabinetinə yığışanda kinorejissor H. Seyidzadəni onun yanında gördük. Hüseyn müəllim Ü. Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını ekrana çıxarmaq istədiyini bildirdi.

Adil müəllim aktyorlar adından danışıb çıxışının sonunda dedi: "Biz kollektiv şəkildə filmin çəkilişində iştirak edəcəyik. Lazım olsa, epizodik rollarda belə oynayacağıq". Bu belə də oldu. Adil müəllim özü bazarda dava-şava salan Qoçu Balaqədeş rolunda çəkildi.

Filmdə belə bir epizod var. İki aşiq - Gülnazla Sərvər həyətdəki bağçada oturub söhbət edir. Mən evin içində pəncərədən cavanlara baxıb sonra onların yanına gəlirəm. İş bundadır ki, mənim pəncərədən baxdığım epizod mart ayında çəkilib. O vaxt havalar hələ soyuq idi. Ona görə də əynimə uzunqol paltar geyinmişdim. Sərvərlə Gülnaza yaxınlaşdığım epizod isə beş aydan sonra, yəni avqust ayında lentə alınıb. Bu dəfə qollarımı çırmalamışdım. Tamaşaçı ekranda hər iki səhnəyə birnəfəsə baxır. Ona görə da paltarımda olan dəyişikliyi hiss etmir. O vaxtı isə ikinci səhnədə çəkiləndən sonra evdə gecəyarısı birdən yadıma düşdü ki, ay aman, mən neyləmişəm, kadra qollarım çırmanmış şəkildə girmişəm. Bunu fikirləşəndə başımdan ağrı qopdu. Səhər tezdən Hüseynə zəng vurdum. Əhvalatı ona danışdım. O, ani olaraq fikrə getdi, sonra məni sakitləşdirməyə çalışdı: "Fikir vermə, kinoda belə şeylər çox olur. Bu hələ harasıdır əgər Bondarçukun "Otello"suna baxsan, göydə təyyarə görərsən..."

***

Baloğlan rolunun ifaçısı Lütfəli Abdullayev həyətə girib evə qalxanda pilləkən sınır, qoçu Baloğlan kəlləmayallaq yerə yıxılır. Rejissor bu səhnəni filmə heç də gülüş xatirinə daxil etmədiyini söyləyib onun mənasını belə açıqlayıb: "Pilləkənin sınması, qoçunun yıxılması feodalizmin məhvi deməkdir. Məşədi İbadın simasında isə kapitalizmin dirçəldiyini göstərməliyik. Rüstəm bəy olsa da, o artıq müflisləşib, "quru bəy"dir. Onun cibi boş, sözünün kəsəri yox. Kapitalist, yəni Məşədi İbad kapital sahibidir. O bundan istifadə edir, pul gücünə Rüstəm bəyin - feodalın cavan qızını özünə arvad etmək istəyir. Bax ona görə də sən, Lütfəli, pilləkənlə evə qalxanda elə yıxılmalıdır ki, kənardan baxanda feodalizmin dayaqlarının uçulması hiss olunsun..."

Hambal obrazının ifaçısı Əhməd Əhmədov "O olmasın, bu olsun" filmində çəkilişə başlayanda rejissor H.Seyidzadə və operator Ə.Atakişiyev Hambalın xarici görünüşü ilə əlaqədar onun qarşısına şərt qoyurlar ki, başını ülgüclə ortadan qırxdırsın. Bu təklif isə onun xoşuma gəlmir. Lakin, bir müddət sonra o, "İncəsənət qurban tələb edir" deyərək razılıq verir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1437   Tarix: 16 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Uşağa qələmi düzgün tutmağı öyrətməyin maraqlı üsulu - VİDEO

Sosial şəbəkələrdə yayılan video diqqət çəkib. xəbər verir ki, görüntüdə uşağa qələmi düzgün tutmağı öyrətmək üçün maraqlı üsul tətbiq olunur. Qələmin barmaqlar arasında düzgün yerləşdirilməsi üçün istifadə edilən bu üsul izləyicilərin marağına səbəb olub. Paylaşım qısa zamanda sosial şəbəkələrdə yayılı

25.10.2026 664
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1507
.

Evdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər

Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric

01.11.2026 604
.

Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yolları

Paltaryuyan maşında yuyulduqdan sonra quş tükü və ya silikon elyaf dolğuları bir küncə toplanan və bərk düyünlərə çevrilən şişmə gödəkçələri atmağa və ya kimyəvi təmizləməyə pul xərcləməyə tələsməyin. xəbər verir ki, gödəkçənin içindəki tüklərin yatmasının səbəbi nəmə görə onların bir-birinə yapışmasıdır

25.10.2026 640
.

Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin

Soyuq havalarda pəncərələrin kifayət qədər izolyasiya olunmaması evin sürətlə soyumasına və istilik xərclərinin artmasına səbəb ola bilər. Lakin pəncərələri dəyişdirmədən də evdə istiliyi qorumağın bir neçə sadə və effektiv üsulu var. xarici mediaya istinadla xəbər verir ki, pəncərələr evdəki istili

01.11.2026 398
.

Qarpızı, balqabağı və ananası qabıqlı yeyin!

Britaniyalı tədqiqatçılar meyvə və tərəvəzlərin zibilə atılan qabıq, toxum və gövdələrinin zəngin lif mənbəyi olduğunu sübut ediblər. Əhalinin cəmi 4 faizinin gündəlik 30 qramlıq lif normasını ödədiyini vurğulayan mütəxəssislər insanları qırağa atılan hissələri istehlak etməyə çağırırlar. "Qafqazinfo"

30.10.2026 541
.

Bu ölkədə günəbaxanları duzlu su ilə suvarırlar - Qeyri-adi TƏCRÜBƏ

Misirdə kənd təsərrüfatı sahəsində qeyri-adi təcrübəyə başlanılıb. Alimlər və fermerlər günəbaxan bitkisini şirin su əvəzinə duzlu su ilə yetişdirməyin mümkünlüyünü araşdırırlar. xarici mediaya istinadən xəbər verir ki, Misir duz qarışığı olan quyu suyundan istifadə etməklə yağlıq günəbaxan yetişdirilməs

25.10.2026 522
.

Xidmetler.Az - Bütün xidmətlər bir saytda!

XİDMETLER.AZ bütün xidmətlərin bir yerdə olduğu saytdır. Saytda sizi narahat edən hər hansı məsələ ilə bağlı kömək almaq imkanınız var. - Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran saytımızda tapar. Siz də qoşulun və sizə lazım olan işçiləri tapın. - Usta axtarışına çıxanların köməyin

26.10.2026 1334
.

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Güclü alqışların və ümumxalq şöhrətinin arxasında məşhur sənətçinin ictimaiyyət qarşısında müzakirə etməməyi üstün tutduğu hadisələr qalıb. Müslüm Maqomayev böyük şöhrətin mənasını erkən yaşlarından öyrənib. 20 yaşında bütün ölkə onun adını bilirdi və pərəstişkarları konsertlərdən sonra saatlarla on

01.11.2026 387
.