Dostugildə məclis qurdu, onun arvadına intim mesajlar yazdı: "Mənimlə..." - Samux rayonunda şok

Dostugildə məclis qurdu, onun arvadına intim mesajlar yazdı: "Mənimlə..." - Samux rayonunda şokSamux rayonunda 1990-cı il təvəllüdlü Sərdar qısqanclıq zəminində tanışı Vüqarı (adlar şərti verilib - red.) qətlə yetirib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, 22 iyun 2022-ci ildə gecəyarısı Sərdar yaşadığı evin yataq otağına daxil olarkən arvadı Nüşabənin telefonla danışdığını, onu gördükdə isə telefonu kilidə saldığını görüb. Sərdar arvadından şübhələnərək telefonu onun əlindən alıb.

Lakin Nüşabənin israrla telefonu geri almaq istəməsindən daha da şübhələnib. O, Nüşabəni itələyib və evdən çıxıb. Həyətin darvazasından təxminən 200 metr aralaşdıqdan sonra telefonun kilid şifrəsini açaraq vatsap sosial şəbəkəsinin yazışma mesajında "Aydan" adı ilə qeyd edilmiş şəxsin arvadına yazdığı "mənə istədiyimi verə bilərsənmi" sözlərini oxuyub. Mesajı yazan nömrəyə baxdıqda tanışı Vüqar olduğunu bilib.

Sərdar bu nömrədən daxil olan başqa mesajları da görüb, amma oxuya bilməyib, özünü itirərək hədsiz əsəbiləşib. Həmin vaxt yanına çatan Nüşabəni şillə ilə vuraraq qolundan tutub evə gətirib.

Mətbəxdən bıçaq götürüb, onlarda qonaq olan Vüqarı vurmaq məqsədi ilə həyətə çıxanda Vüqarın darvazaya tərəf getdiyini görüb. O, olanlara aydınlıq gətirmək məqsədi ilə Vüqarı həyətə çağırıb. Hirsli vəziyyətdə qışqırdığından bacısı onu sakitləşdirmək üçün üstünə gəldiyikdə əlindəki bıçağı kənara atıb.

Sərdar həyətdə dayanmış Vüqara tərəf gedib, əli ilə onu vurmaq istəsə də, buna nail ola bilməyib. Kənarda olan taxta oturacağı (taburetkanı) Vüqarın üstünə atdıqdan sonra daha da qəzəblənib. Bıçağı götürüb və evin həyət darvazasının çöl tərəfində avtomobilinə minməyə çalışan Vüqara döş qəfəsinin ön səthindən iki dəfə vurub. Vüqar aldığı xəsarətdən vəfat edib.

İstintaq orqanı tərəfindən Sərdarın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Mənə "dostum" deyən insanın hərəkəti pis təsir etdi"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, arvadı Nüşabənin Vüqarla sevgi mesajı yazdığını gördüyü üçün hədsiz əsəbi vəziyyətə düşüb: "Mənə "dostum" deyən insanın bu hərəkəti pis təsir etdi, mətbəxdən bıcaq götürdüm və döş qəfəsinə 2 zərbə vuraraq onu öldürmüşəm. Vüqarı həmkəndlim kimi uzun illərdir ki, tanıyaram, onunla dostluq əlaqəm olub. Bir-birimizin evinə gedib-gəlmişik. Bir ilə yaxındır həm də birlikdə evlərdə və tikililərdə təmir işləri görmüşük.

Vüqarın bacısı mənim arvadım Aygünlə Gəncə şəhərində bir-birinə yaxın məsafədə yerləşən qadın paltarları mağazasında satıcı işləyir. Odur ki, arvadım, 3 yaşlı qızım və Vüqarın bacısı Lalə hər gün onun idarə etdiyi "Vaz-21099" markalı avtomobillə Gəncə şəhərinə getmişik.

Onları işlədikləri mağazaya düşürmüşük, qızımı isə Yeni Gəncədə yaşayan qohumun evinə qoymuşuq. Vüqarla danışaraq hamımız birlikdə geri qayıtmışıq".

"Kredit borcumuzu ödədik"

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu dəfə 21 iyun 2022-ci ildə, səhər saat 9 radələrində arvadı Nüşabə və qızı ilə birgə yaşadığı evdən çıxıb və qapının qabağında dayanmış Vüqarın idarə etdiyi avtomobilə miniblər:

"Gəncə şəhərinə getdik. Nüşabə və Laləni işlədikləri mağazaya ötürdük, qızımı apararaq qohum evinə qoyduq. Həmin gün Vüqarla iş götürmədiyimiz üçün kredit borclarımı ödəmək üçün Gəncə şəhərində Univermaq deyilən yerə getdim. Mən lombarda, Vüqar isə "Unibank"da kredit borcumuzu ödədik. Sonradan Vüqar məni yaşadığım evə düşürdü".

"10-15 dəqiqə keçsə də gəlmədi"

Təqsirləndirilən şəxs qeyd edib ki, saat təxminən 17-18 radələrində Vüqarla zəngləşib və birlikdə Vüqarın idarə etdiyi avtomobillə Nüşabə ilə Lalənin işlədikləri mağazaya gediblər: "Əvvəlcə onları, sonra isə Yeni Gəncə tərəfə gedərək qızım götürdük. Yenidən kəndə qayıtdıq.

Saat 22 radələrində atam Vüqarla birlikdə əllərində spirtli içki olan sallofanla bizim yaşadığımlz evə gəldilər. Mən araq içmədiyim üçün evdən çıxdım və kənddə çayxanaya getdim. Gecə saat 12-yə bir neçə dəqiqə işləmiş evə qayıtdım. Həyətdə qurulmuş masanın kənarında atam və Vüqarla oturdum. Əlimdəki telefonla sosial şəbəkələrə baxdım. Bir də gördüm arvadım həmin masa ilə məsafəsi təxminən 5-10 metr olan hamama getdi. 15-20 dəqiqə sonra hamamdan çıxdı və elə hamamın giriş qapısına bitişik olan, evin giriş qapısından içəri evə girdi.

Bu an Vüqar masadan durdu və həyətdə ayrıca tikili olan tualetə getdi. 10-15 dəqiqə keçsə də, Vüqar gəlmədi. Mən də durub evə girdim".

"Arvadıma yazdığı mesajı oxudum"

Sərdarın ifadəsinə görə, yataq otağına daxil olanda arvadı Nüşabənin əlində telefonla kiminləsə görüntülü danışıq apardığını görüb: "Telefondan səs eşitmədim. Lakin Nüşabənin telefonu tutmağından elə başa düşdüm ki, görüntülü danışır. Məni görən kimi dərhal telefonu kilidə saldığı üçün şübhələndim. Telefonu əlindən aldım.

Lakin Nüşabənin özünü mənim üstümə yıxaraq telefonu almaq istəməsi, dayanmadan "telefonu ver, telefonu ver" deməsi məndə lap pis şübhələr yaratdı. Onu itələdim və qaçaraq evdən çıxdım. Həyətdə darvazadan çıxıb evdən təxminən 200 metr uzaq məsafəyə getdim.

Orada kilid nömrəsini yazaraq telefonu açdıqda ekrana dərhal vatsap sosial şəbəkəsində yazışma mesajı çıxdı. Mesajda "Aydan" adı ilə qeyd edilmiş şəxsin arvadıma "mənə istədiyimi verə bilərsənmi" yazdığını oxudum. Nömrəyə baxdıqda Vüqarın olduğunu gördüm. Orada həmin nömrədən daxil olan başqa mesajlar da olub. Lakin ancaq bu mesajı oxuya bildim. Həmin vaxt artıq Nüşabə də gələrək yanıma çatdı".

"Hara gedirsən, gəl otur, səninlə söhbətim var"

Sərdar qeyd edib ki, hədsiz əsəbiləşərək arvadı Nüşabəni şillə vuraraq evə gətirib: "Həyətə daxil olanda Vüqar hələ masanın kənarında oturmuşdu. Mətbəxdən gündəlik məişətdə istifadə etdiyimiz bıçağı götürdüm və həyətə çıxdım. Həmin vaxt darvazadan çıxıb getməkdə olan Vüqarı tutdum. Ona "hara gedirsən, gəl otur,səninlə söhbətim var, necə mənə qarşı belə hərəkət elədin" dedim. Vüqar da "gedim, sabah söhbətləşərik" dedi.

Lakin hirsli olduğumu gördüyündən həyətə keçdi. Hədsiz hirsli vəziyyətdə olduğumdan qışqırdım. Bu zaman bacımın sakitləşdirmək üçün üstümə tərəf gəldiyini gördüm. Əlimdəki bıçağı kənara atdım və həyətdəki otluq olan yerdə dayandım.

Sonra Vüqara tərəf getdim. Vüqar mənə əl-qol atdı. Amma mənə heç bir yumruğu dəymədi. Mən də kənarda olan taxta materialdan oturacağı götürdüm və Vüqarın üstünə atdım".

"Adam öldürdüyümü etiraf etdim"

Təqsirləndirilən şəxs bildirib ki, ardınca dərhal mətbəxə qaçıb və yenidən qara qulplu bıçaq götürüb, sonra həyətə çıxıb: "Vüqar artıq darvazanın qarşısında saxladığı avtomobilə minmək istədiyi üçün elə onu oradaca tutdum. Əlimdəki bıçaqla 2 dəfə onu vurdum. Bacm və anam isə məni geri həyətə tərəf çəkdilər. Vüqarın sonra necə olduğunu görməmişəm.

Vüqarı vurduğum bıçağı isə kiminsə əlimdən aldığını və ya harasa atdığımı xatırlamıram. Bundan sonra istifadəmdə olan mobil nömrə ilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim. Adam öldürdüyümü etiraf etdim, könüllü təslim olmaq istədiyimi deyərək polis əməkdaşı göndərilməsini xahiş etdim.

Təxminən bir neçə dəqiqə ərzində polis əməkdaşları gəldi və polislərlə birlikdə Samux rayon polis şöbəsinə getdim".

"Dayanmadan mesajlar yazdı"

İş üzrə şahid qismində ifadə verən Nüşabənin sözlərinə görə, 2014-cü ildə Sərdarla evlənib, ərinin ailəsinə məxsus evdə yaşayır: "Birgə nikahımızdan 3 yaşlı və 8 yaşlı qız övladımız var. Ərimlə münasibətim həmişə mehriban olub. Vüar isə həmkəndlim, həm də son aylardır ki, ərimin iş yoldaşı olub. Təxminən hadisədən 3-4 ay əvvəl istifadəmdə olan mobil nömrə ilə qeydiyyatdan keçdiyim vatsap sosial şəbəkəsi vasitəsilə Vüqarın mənə mesaj yazdığını gördüm.

Vüqar məndən xoşu gəldiyini yazdı və boşanaraq onunla evlənməyimi xahiş etdi. Əvvəlcə ona qəti şəkildə iradımı bildirdim. Lakin Vüqar dayanmadan mesajlar yazdı".

"Məndən əl çəkməyəcəyini bildirdi"

Nüşabə qeyd edib ki, hər dəfə Vüqarın yazdığı mesajları silib: "Çünki ərim qısqancdır və mənim istifadə etdiyim mobil telefonu gün ərzində imkan etdikcə yoxlayırdı. Son bir neçə gündə isə Vüqar mənə lap açıq-saçıq formada sevgi etirafları yazdı. Məndən əl çəkməyəcəyini bildirdi, onunla olmağımı xahiş etdi. Mən isə bu mesajlar barədə ərimə nəsə deməyə qorxdum. Ona görə də Vüqarı adi sözlərlə yola verməyə çalışdım. Lakin nə onunla haradasa görüşmüşəm, nə də aramızda yaxınlıq olub.

Vüqar mənə bəzən intim mesajlar yazaraq birlikdə olmağını arzuladığını bildirdi. Mən də həmin mesajlara qorxumdan nəsə cavablar yazdım ki, birdən mənə əsəbləşər, şər ataraq ərimə deyər ki, onunla nəsə əlaqəm var".

Nüşabənin ifadəsinə görə, sonuncu dəfə iyunun 21-də Vüqar gün ərzində yenə ona sevgi etirafı mesajları yazıb: "Lakin həmin mesajları silməyi unutdum. Həmin gün axşam saat təxminən 22-23 radələrində qaynatam və Vüqar yaşadığımız evin həyətində araq içərək yemək yedi. Vüqar orada ola-ola mənə mesaj yazdı. Saat təxminən gecə on ikinin yarisi hamama girdim. 10-15 dəqiqə sonra hamamdan çıxaraq yataq otağına getdim.

Otaqda telefonunu əlimə alanda gördüm ki, Vüqar yenə intim mövzuda yazılar yazıb. Birdən qapı açıldı və otağa ərim girdi. Mən təntidim və telefonu tez söndürdüm. Ərim dərhal telefonu əlimdən aldı, evdən qaçaraq həyətə, oradan da bayıra, küçəyə çıxdı. Mən də ərimin arxasınca qaçdım.

Küçədə Sərdara çatdıqda artıq onun telefonda nəsə oxuduğunu, çox əsəbi vəziyyətə düşdüyünü gördüm. Sərdar qolumdan tutaraq həyətə gətirdi. Özü isə qaçaraq mətbəxə getdi, oradan bıçaq götürdü və həyətə çıxdı. Bu vaxt Vüqar darvaza tərəfə getmək istədi. Amma Sərdar ona qışqıraraq "sən getmə, otur, səninlə işim var" dedi. Sərdarın bacısı da ona tərəf getdi, özünü ərimə üstünə atdı ki, heç kimə, heç nə eləməsin".

"Şikayətim yoxdur"

Nüşabə qeyd edib ki, əri Vüqar mübahisə edib və evin mətbəxinə gəlib: "Oradan bıçaq götürdü və həyətə çıxdı. Baldızımın və qaynanamın qışqırıq səsindən başa düşdüm ki, Sərdar Vüqarı bıçaqla vurub.

Sərdar geri evə qayıtdı. Yenə Sərdarın arxası ilə evə girdim. Mətbəxdə ancaq ikimiz olmuşuq. Onun qolundan tutaraq sakitləşdirmək istədim. Lakin Sərdar mənə "yaxın durma, sənə əl vurmaq istəmirəm" dedi. Sərdar uzaqlaşmaq istəsə də, onun əlindən tutaraq telefonu almaq istədim.

Bu vaxtı Sərdar mətbəxdəki siyirtmədən bıçaq götürdü və mənə "sənə heç nə etmərəm, amma uzaq dur" dedi. Mən isə Sərdarı qucaqladım, əlindən tutmaq istədim. Bıçaq sol əlimdən bilək nahiyəmə dəydi. Mən yenə Sərdardan yapışdım. Məni mətbəxdə olan divanın üstünə itələyəndə əlindəki bıçaq sol ayağımda bud nahiyəmə dəydi və xəsarət aldım. Sərdardan heç bir şikayətim yoxdur".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Sərdar 10 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1046   Tarix: 16 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Siz hər şeyi məhv edirsiniz"

"O dövrlərdə şou-biznesdə mahnı, klip rəqabəti var idi. Yaxşı mənada rəqabət idi. İndiki kimi deyildi. Biri dəxlisiz mahnı oxuyur, mən də oxuyum, toy tutum yox idi. Ucuz bir şeylərdir. Onun arxasında başqa şeylər var". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artust Lalə Məmmədova "Gü

07.05.2026 197
.

Qida təhlükəsizliyi: düyü haqqında bilmədiklərimiz

"Ümumilikdə düyünün plastikdən hazırlanması həm iqtisadi, həm də fiziki baxımdan məntiqsizdir. Plastik qranulların istehsal xərcləri təbii düyünün becərilməsi və emalı ilə müqayisədə daha yüksəkdir. Belə olan halda heç bir istehsalçı daha baha başa gələn məhsulu ucuz qiymətə satmaz. Saxtakarlı

07.05.2026 278
.

Bir mesaj bütün pulunuzu itirməyə səbəb ola bilər

"Xüsusilə kartın nömrəsi, son istifadə tarixi, CVV kodu və bankdan gələn SMS təsdiq kodları tam məxfi məlumatlardır. Bank, polis və ya kredit təşkilatı adı ilə müraciət olunsa belə, heç bir halda bu məlumatlar tələb edilə bilməz". Bunu BİG.AZ-az açıqlamasında İKT mütəxəssisi Bəhruz Əliyev bildirib

07.05.2026 247
.

İntensiv yağış yağacaq

Mayın 8-də havanın yağmurlu keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayr

07.05.2026 342
.

"Onu o qədər vurmuşam, hələ sağdır?" - Lazeroloqu bıçaqlayan nələr deyib?

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib. Şahid Ş.V təqsirləndirən şəxsi tanımadığını bildirib:. "Mə

07.05.2026 380
.

Bu şəxslər Prezidentin fərdi təqaüdünü alacaq - Siyahı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Prezidentinin fərd

07.05.2026 390
.

Tramp-Si zirvəsində nələr təhlükədədir?

ABŞ prezidenti Donald Trampın gələn həftə Pekinə səfəri zamanı Çin prezidenti Si Cinpinlə görüşməsi planlaşdırılır. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, hər iki ölkə ticarət, Tayvan və İran müharibəsi ilə bağlı gərginlik səbəbindən gərginləşən münasibətləri sabitləşdirməyə çalışır. Şirkət rəhbərlər

07.05.2026 201
.

Hava ilə bağlı - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 8-i səhər və gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Axşam.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın qısa müddətə intensivləşəcəyi ehtimal olunur. Azərbaycanı

07.05.2026 322
.

Bağçada tərbiyəçi uşaqlara kobudluq etdi, işdən çıxarıldı - Video

Sosial şəbəkələrdə Gəncədə yerləşən özəl bağçaların birində tərbiyəçi müəllimin dərs zamanı azyaşlılara qarşı kobud rəftar etməsi və təhqiramiz ifadələr işlətməsinə dair görüntülər yayılıb. "Qafqazinfo"nun məlumatına görə, Baku TV-yə danışan valideynlərdən biri - Əbabil Nağıyeva bildirib ki

07.05.2026 256
.

TOP MP3