Ölümünə səbəb olduğu qızın qardaşına ərə getdi - Xalq artistindən maraqlı faktlar

Ölümünə səbəb olduğu qızın qardaşına ərə getdi - Xalq artistindən maraqlı faktlarBiG.AZ Kulis.az-a istinadən Xalq artisti Rübabə Muradova haqqında maraqlı faktları təqdim edir.

Rübabə Muradova 1933-cü il martın 22-də Güney Azərbaycanın Ərdəbil şəhərində anadan olub. Sabirabad Dövlət Dram Teatrında işləyib. Aktyor Ələsgər Ələkbərov onu təsadüfən həmin teatrda görür və Bakıya Filarmoniyada işləməyə dəvət edib. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinfində təhsil alıb. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olub.

Rübabə Muradovanın on altı yaşı olanda atası inqilab məhbusu kimi həbs olunur. Zindan rəisi işləyən Xəlilağaya yalvarır ki, onun ailəsini İrandan çıxartsın. Xəlilağa gecə ilə onun ailəsini Arazın bu tayına keçirir və özü də bu tayda qalır. Bir müddət sonra isə olduqca yaraşıqlı kişi olan Xəlilağa on altı yaşlı Rübabəyə aşiq olur. Rübabənin atası ailəsini ölümdən xilas etdiyi üçün qızını ona ərə verir.

Evlənəndən sonra Rübabə Muradovanın əri ali təhsil almaq üçün Gəncəyə gedir. Rübabə Muradova isə Qulu Əsgərovla səhnəyə çıxıb oxumağa başlayır. Bundan qəzəblənən həyat yoldaşı bir övladları olandan sonra ona deyir: Rübabə, mənimlə səninki tutmayacaq. Mən müğənni arvad istəmirəm. Müğənnilik səbəbindən onun ailəsi dağılsa da, o, heç kimə qulaq asmayıb, hətta qardaşlarını da dinləmədən səhnələrə çıxmağa, oxumağa davam edir.

Xanəndə Bakıya gələndən sonra Tələt adlı bir tacirlə ailə qurur. Qızı Qəmər xanım müsahibələrinin birində belə deyir: "O kişidən bacım Şahnaz doğulub. Onların tanışlıq tarixçəsi bir az kədərli əhvalata söykənir; Tələt çox sərt adam olub. Onun bacısı bir dəfə anamın konsertinə gedib. Qardaşı da onu güdüb. Qayıdanda deyib, haradan gəlirsən? Cavab verib ki, Rübabənin konsertindən. O vaxtlar da "Kubinka"da, İçərişəhərdə belə şeylər ağır məsələlər idi. Tələt bacısına birinci dəfə xəbərdarlıq edib. İkinci dəfə getdiyindən xəbər tutanda isə onu döyüb. Bundan sarsılan bacısı özünü asıb. Tələt də deyib ki, Rübabənin üstündə oldu, onun vurğunu idi. Bundan sonra anama qarşı marağı yaranır, tanış olur və ona vurulur. Evlənib İçərişəhərdə qız qalasının yanında bir evdə qalırlar. Ancaq iş elə gətirir ki, nikahları uzun müddət çəkmir. İkinci həyat yoldaşı da çox qısqanc idi, səhnəyə çıxmasını, oxumasını istəmirdi. Belə olan halda anam ondan ayrılıb hökumətin ona bağışladığı evə köçüb."

Ərdəbildəki evlərinin həsrətini çox çəkir, gələndən-gedəndən Ərdəbili, ordakı evlərini soruşurmuş. Bağında həyətini Ərdəbildəki evlərinin həyətinə bənzədir, ordakı ağaclardan həyətlərində əkdirir. Deyilənə görə, bir dəfə Astaraya qastrola gedəndə, sərhəddin kənarından dayanıb o taya baxıb və birdən qəfildən bir nalə çəkib, möhkəmdən ağlayır. Yaxınlıqdakı adamlar onu uzun müddət sakitləşdirə bilmirlər.

***

1975-ci ilin sonunda rejissor Mehdi Məmmədovun quruluşunda hazırlanan "Leyli və Məcnun" tamaşasındakı "Şam" səhnəsində Rübabə necə nalə çəkirsə, tamaşaçılar ağlayır. O, özü də onlara qoşulub ağlayır. Deyilənə görə, Rübabə o qədər təbii oynayırdı ki, onun ağlaması üçün heç bir kimyəvi vasitədən istifadə olunmurmuş...

Hindistandan məşhur "Cənab 420" adlı hind filminin yaradıcı heyəti Bakıya gələndə, Rübabəni görən hind aktyorları heyrətə gəlmişdi ki, necə gözəl qadındır. Onlar Rübabəni hind qızlarına oxşatmışdılar.

***

Deyilənə görə sənət camiəsindən, yaxın insanlardan paxıllığını çəkənlər çox olub. Öz dövrünün qadın xanəndələri belə onun paxıllığını çəkir, ona qarşı nankorluq edirdilər. Hətta onun barəsində rəsmi orqanlara gizlin şikayətlər də olurmuş.

Bir neçə il əvvəl Bakı küçələrinin birində 55 yaşlı Nailə Muradova adlı dilənən qadın peyda olur. Həmin qadın özünü Rübabə Muradova və Süleyman Rüstəmin qızı kimi təqdim edir. Lakin Rübabə xanımın ailəsi bu məsələnin heç bir həqiqətə uyğun olmadığını deyirlər.

***

Çox hirsli və əsəbi adam olub. Hətta bir dəfə böyük qızı Qəmərin Əlibaba Abdullayevin rəqs ansamblına yazılma xəbərini eşidəndə bərk əsəbiləşib. Qızı dərsdən evə gələndə onun saçından yolaraq başını soyuducuya soxub.

Deyilənə görə spirtli içkilərə meylli adam olub. Toylara gedəndə özü ilə termosda xüsusi içki aparırmış. Lakin övladları onun şərabı sevdiyini qeyd edərək, deyilənlərin yalan olduğunu vurğulayıblar.

***

Rübabə xanımın hələ gəncliyində sevdiyi oğlanın olduğu deyilir. Hətta o müğənni olduğu üçün oğlanın ailəsi onu almaq istəməyib. Oğlan da ailəsindən acıq çıxmaq üçün heç vaxt evlənməyib. Ancaq xanəndənin qızlarının dediyinə görə bu söz-söhbətlər yazıçı Anarın Rübabə Muradovaya həsr etdiyi "Qaragilə" adlı əsərinin çapından sonra yaranmağa başlayıb. Əsərdə göstərilir ki, çayxanada oturan bir oğlan radionu yandırır və görür müğənni "Qaragilə" mahnısını oxuyur. Oxuyanı işarə edərək deyir, bu sevgilim olub, indi oxuyandır. Həmin əsər çap olunandan sonra Rübabə Muradova haqqında şayiələr yayılır.

Şəkər xəstəsi olduğundan şirniyyata və şirin meyvələrə həsrət qalır. Ölənə yaxın dodaqları parça-parça olur, heç nə yeyə bilmir, ancaq su içir. Xanəndə ölümündən bir neçə ay əvvəl dəhşətli dərəcədə arıqlayır. Görənlər onu tanıya bilmir. 1983-cü il avqustun 28-də Rübabə Muradova 50 yaşında serroz xəstəliyindən dünyasını dəyişir.

Ölməzdən iki şey vəsiyyət edir. Ərdəbildən torpaq gətirib məzarına səpsinlər və dəfn olunanda Habil Əliyev onun məzarı üstünə ifa etsin. Habil Əliyev isə onun bu vəsiyyətini yerinə yetirmir. Bunun səbəbini ondan soruşanda isə deyir: Ürəyim gəlmədi, çala bilmədim.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1131   Tarix: 16 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Uşağa qələmi düzgün tutmağı öyrətməyin maraqlı üsulu - VİDEO

Sosial şəbəkələrdə yayılan video diqqət çəkib. xəbər verir ki, görüntüdə uşağa qələmi düzgün tutmağı öyrətmək üçün maraqlı üsul tətbiq olunur. Qələmin barmaqlar arasında düzgün yerləşdirilməsi üçün istifadə edilən bu üsul izləyicilərin marağına səbəb olub. Paylaşım qısa zamanda sosial şəbəkələrdə yayılı

25.10.2026 664
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1507
.

Evdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər

Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric

01.11.2026 604
.

Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yolları

Paltaryuyan maşında yuyulduqdan sonra quş tükü və ya silikon elyaf dolğuları bir küncə toplanan və bərk düyünlərə çevrilən şişmə gödəkçələri atmağa və ya kimyəvi təmizləməyə pul xərcləməyə tələsməyin. xəbər verir ki, gödəkçənin içindəki tüklərin yatmasının səbəbi nəmə görə onların bir-birinə yapışmasıdır

25.10.2026 640
.

Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin

Soyuq havalarda pəncərələrin kifayət qədər izolyasiya olunmaması evin sürətlə soyumasına və istilik xərclərinin artmasına səbəb ola bilər. Lakin pəncərələri dəyişdirmədən də evdə istiliyi qorumağın bir neçə sadə və effektiv üsulu var. xarici mediaya istinadla xəbər verir ki, pəncərələr evdəki istili

01.11.2026 398
.

Qarpızı, balqabağı və ananası qabıqlı yeyin!

Britaniyalı tədqiqatçılar meyvə və tərəvəzlərin zibilə atılan qabıq, toxum və gövdələrinin zəngin lif mənbəyi olduğunu sübut ediblər. Əhalinin cəmi 4 faizinin gündəlik 30 qramlıq lif normasını ödədiyini vurğulayan mütəxəssislər insanları qırağa atılan hissələri istehlak etməyə çağırırlar. "Qafqazinfo"

30.10.2026 541
.

Bu ölkədə günəbaxanları duzlu su ilə suvarırlar - Qeyri-adi TƏCRÜBƏ

Misirdə kənd təsərrüfatı sahəsində qeyri-adi təcrübəyə başlanılıb. Alimlər və fermerlər günəbaxan bitkisini şirin su əvəzinə duzlu su ilə yetişdirməyin mümkünlüyünü araşdırırlar. xarici mediaya istinadən xəbər verir ki, Misir duz qarışığı olan quyu suyundan istifadə etməklə yağlıq günəbaxan yetişdirilməs

25.10.2026 522
.

Xidmetler.Az - Bütün xidmətlər bir saytda!

XİDMETLER.AZ bütün xidmətlərin bir yerdə olduğu saytdır. Saytda sizi narahat edən hər hansı məsələ ilə bağlı kömək almaq imkanınız var. - Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran saytımızda tapar. Siz də qoşulun və sizə lazım olan işçiləri tapın. - Usta axtarışına çıxanların köməyin

26.10.2026 1334
.

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Güclü alqışların və ümumxalq şöhrətinin arxasında məşhur sənətçinin ictimaiyyət qarşısında müzakirə etməməyi üstün tutduğu hadisələr qalıb. Müslüm Maqomayev böyük şöhrətin mənasını erkən yaşlarından öyrənib. 20 yaşında bütün ölkə onun adını bilirdi və pərəstişkarları konsertlərdən sonra saatlarla on

01.11.2026 387
.