"Məktəblərdə təhsilin səviyyəsi qaldırılmalı, repetitorluq ləğv edilməlidir"

"Məktəblərdə təhsilin səviyyəsi qaldırılmalı, repetitorluq ləğv edilməlidir"Bu il DİM tərəfindən keçirilmiş buraxılış imtahanlarında maksimal nəticənin (300 bal) qeydə alınmaması ilə bağlı müxtəlif fikirlər irəli sürülür. Bir çox ekspertlərin fikrincə, imtahan nəticələrinin ürəkaçan olmaması təhsilin keyfiyyətinin aşağı düşməsindən irəli gəlir.

Bəs, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvləri bu barədə nə düşünürlər?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Etibar Əliyev bildirib ki, imtahanda abituriyentlərin yüksək nəticə əldə edə bilməməsi təhsilin səviyyəsinin aşağı olması mənasına gəlmir:

"Fikrimcə, maksimal bal sayılan 700 balı təhsilin keyfiyyət göstəricisi kimi qiymətləndirmək doğru olmaz. Cəmiyyətdə elə fikir yaranıb ki, 700 bal toplayan abituriyent yoxdursa, deməli təhsilin səviyyəsi aşağıdır. Məncə, əsas 600-dən yuxarı bal toplayan abituriyentlərin sayının enməməsi, 0-100 bal arası nəticə göstərən abituriyentlərin sayının artmamasıdır. Amma təəssüf ki, biz son illərdə 0-100, 0-200 bal toplayan abituriyentlərin artımını müşahidə edirik. Bu, funksional savadsızlıq deməkdir. Düşünürəm ki, əsas faktor bunlardır. Ola bilər, abituriyent imtahan zamanı verilən suallardan bir, yaxud ikisini yanlış cavablandırdığına görə maksimal nəticə toplaya bilməsin. Amma bütün hallarda o abituriyentləri də həvəsdən salmaq olmaz. Əsas 600-700 bal arası nəticələrin müsbətə doğru irəliləməsidir. Digər tərəfdən hər il DİM sədri Məleykə Abbaszadə qəbul prosesindən sonra statistik təhlil aparır. Orada maraqlı məsələlərə toxunulur. Məsələn, hansı rayonlar üzrə əlaçı attestatı verilən abituriyentlərin bilikləri qəbul zamanı özünü doğrultmayıb? Hansı abituriyentə əlaçı attestatı verilib, amma o, imtahanda 0-200 bal arası nəticə göstərir. Bu çox ciddi məqamdır. Fikrimcə, bu məsələyə ciddi diqqət göstərmək lazımdır".

Deputatın sözlərinə görə, abituriyentlərin 700 bal toplaya bilməməsinin səbəbi repetitor və məktəb müəllimlərinin şagirdlərə verdiyi biliklər arasında uyğunsuzluğun olmasıdır.

"Düşünürəm ki, repetitor və məktəb müəllimlərinin verdiyi biliklər arasındakı uyğunsuzluq şagirdlərin maksimal nəticə əldə etməsinə ciddi təsir göstərir. Uşaqlar ibtidai təhsil pilləsindən repetitor yanına gedirlər. Müəllimlər onların valideynlərini inandırmağa çalışır ki, uşaq zəifdir və dərsləri sinifdə lazımi səviyyədə başa düşə bilmir. Fikrimcə, bu yaxşı hal deyil. Uşağı ibtidai, orta təhsil pilləsindən repetitor yanına göndərmək onda yorğunluğa səbəb olur. Nəticədə onlar məktəblə repetitor arsında qalır. Amma mən bütün hallarda məktəb təhsilinin keyfiyyətinin yaxşılaşdırılmalı olduğunu düşünürəm. Heç olmasa, valideynlər repetitorlara xərclədiyi vəsaiti uşaqlarının sağlamlığına, geyiminə və qidalanmasına xərcləyə bilsinlər".

Deputat Ceyhun Məmmədov isə imtahan nəticələrinin zəif olmasının səbəbini təhsilin səviyyəsinin aşağı düşməsində gördüyünü vurğulayıb:

"Hesab edirəm ki, bu il abituriyentlərin 300 bal toplaya bilməməsi bilavasitə təhsilimizin səviyyəsinin getdikcə aşağı düşməsinin göstəricisidir. Bu tendensiya özünü açıq şəkildə göstərir. Təəssüflə qeyd etmək lazımdır ki, biz son dövrlərdə bu istiqamətdə hansısa ciddi keyfiyyət və məzmun artımını görmürük. Direktor təyinatları, müəllimlərin dünya görüşü, repetitorluq fəaliyyəti və dərslərin təşkili ilə bağlı bir çox məsələlər var ki, bunlar öz həllini gözləyir. Ancaq bunların həlli ilə bağlı hər hansısa ciddi addım atılmır. Fikrimcə, bu, bilavasitə bizim universitetlərdəki təhsilin səviyyəsindən asılıdır. Ali təhsil müəssisələrində təhsilin səviyyəsi elə də ürəkaçan deyil. Bu gün müəllimlərin bilik səviyyəsi, dünya görüşü və tədris metodu ilə bağlı ali təhsil müəssisəslərində xeyli problemlər var. Bizim ali təhsil müəssisələrimiz Azərbaycan məktəbləri üçün keyfiyyətli, savadlı və yüksək intellektə malik müəllimlər təqdim edə bilmirlər. Problem var, ona görə də, biz təhsilin keyfiyyətini artırmaq üçün kompleks addımlar atılmalıyıq. Əslində bu, həmdə bizə ciddi mesajdır və proseslərdən ciddi nəticə çıxarmalıyıq. Hər bir dövlətin inkişafı, irəli getməsi onun bilavasitə təhsilindən asılıdır. Təhsillə bağlı məsələlərdə daha çox çalışmalı və səy göstərməliyik ki, təhsilimizin keyfiyyətini və məzmununu artıraq. Qarşımıza qoyduğumuz məqsədlərə nail ola bilək".

Ceyhun Məmmədovun fikrincə, məktəblərdə təhsilin səviyyəsi qaldırılmalı və repetitorluq ləğv edilməlidir.

"Hesab edirəm ki, repetitorluğun ləğvi üçün təhsilin səviyyəsinin artırılması önəmlidir. Biz getdikcə insanları repetitorların yanından məktəbə qaytarmaq əvəzinə təəssüf ki, əksinə məktəbdən repetitor yanına gedənlərin sayının artdığını görürük. Qəbul imtahanlarında balları aşağı saldıqca, ali məktəbə qəbul olan şagirdlərin səviyyəsi aşağı düşür. Bu da bütövlükdə təhsil prosesində özünü açıq şəkildə göstərir. Ona görə də biz maksimum dərəcədə bu məsələlərin həlli üçün işlər görməliyik. Ciddi addımlar atılmadıqca, yüksək məzmundan və keyfiyyətdən danışa bilməyəcəyik", - millət vəkili əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1338   Tarix: 16 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 206
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

05.11.2026 380
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

05.11.2026 224
.

VƏZİFƏYƏ ADAM DEYİL, VƏZİFƏYƏ LAYİQ ADAM AXTARMAQ!

Bir ölkənin inkişafı vəzifələrdə kimin əyləşməsi ilə deyil, həmin vəzifələrə kimin layiq olması ilə ölçülür. Cevdet Paşanın illər əvvəl verdiyi mesaj bu gün də eyni aktuallığını qoruyur: Adama iş deyil, işə adam axtarılmalıdır!. Böyük dövlət xadimi Əhməd Cevdet Paşanın illər əvvəl söylədiyi və bu günümüz

05.11.2026 262
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

05.11.2026 269
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

05.11.2026 250
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

05.11.2026 332
.

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli

05.11.2026 218
.

Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA

Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli

05.11.2026 421
.