Soyuq sıxılma ilə əldə edilən yağla yemək bişirmək olarmı?

Soyuq sıxılma ilə əldə edilən yağla yemək bişirmək olarmı?Zavod istehsalı olan bitki yağlarının 1 litrini 6-7 manata ala bildiyimiz halda, soyuq sıxılma ilə əldə edilən günəbaxan yağı üçün 14-15 manatımızdan keçməliyik. Qiyməti iki dəfə baha olsa da, soyuq sıxım bitki yağlarına maraq ildən-ilə artır. Daha çox orta yaşlı nəslin bu yağlara maraq göstərdiyi bildirilir.

İki cür bitki yağı var. Soyuq və qaynar sıxılma ilə əldə edilənlər. Seçimimiz birincidirsə, ikiqat çox pul ödəməliyik. Zavod istehsalı olan bitki yağlarının 1 litrini 6-7 manata ala bildiyimiz halda, soyuq sıxılma ilə əldə edilən günəbaxan yağı üçün 14-15 manatımızdan keçməliyik. Qarğıdalı, zeytun və başqa yağlar da həmçinin. Bəs qiymətlər arasında minimum ikiqat fərq yaradan nədir?

Soyuq sıxılma ilə əldə edilən yağın daha faydalı olduğu bildirilir. Hətta yemək bişirmək üçün də bu yağı istifadə edənlər var. Ancaq "o yağlar yemək bişirmək üçün deyil" fikirlərinə də çox rast gəlirik. Hansı doğrudur?

"Kaspi" qəzeti mövzunu araşdırıb.

"İldən-ilə tələb artır"

Soyuq sıxılma yağlarının istehsalı ilə məşğul olan həkim, qidalanma üzrə mütəxəssis Maya Səbzəliyeva deyir ki, qiymət fərqi əsasən istifadə edilən xammala görə olur: "Eyni miqdarda məhsuldan soyuq sıxımda daha az yağ əldə edilir. İsti sıxım zamanı məhsuldan daha çox yağ almaq imkanı olur. Üstəlik də zavod istehsalı olan yağlara müxtəlif qatqılar əlavə edilir. Əksəriyyətinə trans yağları qatılır. Düzdür, 2 faizə qədər trans yağların qatılmasına icazə var. Ancaq bunun da zərərləri ola bilər. Yəni bu iki səbəbə görə zavod istehsalçıları qiyməti daha ucuz təyin edə bilirlər".

Soyuq sıxım yağlar baha olsa da, M.Səbzəliyeva deyir ki, ölkəmizdə ildən-ilə bu yağlara tələb artır: "Mən 5 ildir bu sahədə istehsalla məşğulam. Zamanla bu yağları istifadə edənlərin sayının artdığını müşahidə edirəm. Ümumi olaraq yanaşsaq, insanlar bu yağlarla bağlı maarifləndikcə, məlumatları artdıqca istifadə etməyə başlayırlar".

Bəzi insanlarda səhv fikir var ki...

Bu yağları alma səbəblərinə gəlincə, M.Səbzəliyeva bildirdi: "Bir qisim müştərimiz pəhrizdə olanlar, formada qalmaq istəyənlərdir. Bəzi insanlarda səhv fikir var ki, yağ yeyəndə insan kökəlir. Əslində elə deyil. İndi diyetoloqlar yağ qəbulunu da məsləhət görürlər. Amma daha çox soyuq sıxım ilə əldə edilən təbii, vitaminlərlə zəngin yağları yazırlar. Bu yağlardan müalicəvi məqsədlə istifadə edənlər daha çoxdur. Qaraciyər üçün alaqanqal, pis xolesterin əleyhinə kətan yağı alırlar. Qəhvəyə kokos yağı qatırlar ki, iştaha azalsın. Bu yağlara üstünlük verənlər əsasən orta yaş nəsildir. Bir də kosmetik prosedurlar üçün alanlar çoxdur. Məsələn, nar çəyirdəyi yağını alırlar. Bu yağ botoks effekti verir".
Ən çox alınan yağlar isə qara zirə və kokos yağlarıdır: "Qara zirəni müalicə məqsədi ilə alırlar. Kokos yağını həm daxilə qəbul, həm də kosmetik vasitə kimi istifadə edirlər".

Bu yağlar qızartma üçün deyil

Bu iki qrup yağın sağlamlığa təsirinə gəlincə, M.Səbzəliyeva bildirdi ki, böyük fərq var: "Soyuq sıxma üsulu ilə əldə edilən yağ öz tərkibindəki vitaminləri, yağ turşularını saxlayır. Onun faydasını tam görə bilirsən. Qaynar üsulla sıxılma zamanı daha çox yağ əldə edilir deyə, zavodlar istehsalda qaynar sıxım üsuluna əl atırlar. Ancaq qaynar üsulla sıxım zamanı əldə edilən yağın tərkibindəki vitaminlər parçalanır".

M.Səbzəliyeva deyir ki, isti yeməklərdə istifadə etsək, biz soyuq sıxım yağların xeyrini yox, zərərini görə bilərik: "Soyuq üsulla əldə edilən günəbaxan, zeytun, qarğıdalı və s. kimi yağları salatlarda istifadə etmək olar. Yaxud müalicə məqsədi ilə daxilə qəbul edilə bilər. Ancaq soyuq üsulla sıxılan yağlar yüksək temperatura dayanıqsız olur. Qızartmalarda istifadəsi məqsədəuyğun deyil. Çünki qızartma zamanı tərkibi çox tez parçalanır, dəyişir. Hətta kanserogen maddələr əmələ gəlir".

Doğru qaydada saxlamalıyıq

Ancaq həmin yağlardan yalnız biri yüksək temperatura dayanıqlıdır: "Yeganə kokos yağıdır ki, yüksək temperatura - 175-178 dərəcəyə kimi dayanıqlıdır. Ona görə şirniyyatların hazırlanmasında istifadə edilir. Onunla pankek qızarda, yumurta bişirmək olur. Qızartma üçün ərinmiş kərə yağını daha çox məsləhət görərdim. Çünki bu yağlar yüksək temperatura daha dayanıqlıdır".

M.Səbzəliyeva bildirdi ki, bu yağların saxlanma müddəti və şəraitinə diqqət etmək lazımdır: "Soyuq sıxım - rafinə edilməmiş yağların saxlanma müddəti az – 6 aydır. Mağazadakı yağlar rəfdə 2-3 il qala bilirsə, soyuq sıxım yağlar cəmi 6 ay qalırlar. Müddətlə yanaşı, soyuq sıxım yağlarda saxlanma şəraiti də çox önəmlidir. Mütləq sərin yerlərdə, günəş işığından uzaq yerdə qalmalıdır. Qapağı açılıbsa, soyuducuda qalmalıdır. Əgər saxlanma qaydasına riayət edilməsə, tərkibindəki yağ turşuları oksidləşir, yağ keyfiyyətini itirir".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1532   Tarix: 16 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uşağa qələmi düzgün tutmağı öyrətməyin maraqlı üsulu - VİDEO

Sosial şəbəkələrdə yayılan video diqqət çəkib. xəbər verir ki, görüntüdə uşağa qələmi düzgün tutmağı öyrətmək üçün maraqlı üsul tətbiq olunur. Qələmin barmaqlar arasında düzgün yerləşdirilməsi üçün istifadə edilən bu üsul izləyicilərin marağına səbəb olub. Paylaşım qısa zamanda sosial şəbəkələrdə yayılı

25.10.2026 664
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1507
.

Evdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər

Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric

01.11.2026 604
.

Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yolları

Paltaryuyan maşında yuyulduqdan sonra quş tükü və ya silikon elyaf dolğuları bir küncə toplanan və bərk düyünlərə çevrilən şişmə gödəkçələri atmağa və ya kimyəvi təmizləməyə pul xərcləməyə tələsməyin. xəbər verir ki, gödəkçənin içindəki tüklərin yatmasının səbəbi nəmə görə onların bir-birinə yapışmasıdır

25.10.2026 640
.

Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin

Soyuq havalarda pəncərələrin kifayət qədər izolyasiya olunmaması evin sürətlə soyumasına və istilik xərclərinin artmasına səbəb ola bilər. Lakin pəncərələri dəyişdirmədən də evdə istiliyi qorumağın bir neçə sadə və effektiv üsulu var. xarici mediaya istinadla xəbər verir ki, pəncərələr evdəki istili

01.11.2026 398
.

Qarpızı, balqabağı və ananası qabıqlı yeyin!

Britaniyalı tədqiqatçılar meyvə və tərəvəzlərin zibilə atılan qabıq, toxum və gövdələrinin zəngin lif mənbəyi olduğunu sübut ediblər. Əhalinin cəmi 4 faizinin gündəlik 30 qramlıq lif normasını ödədiyini vurğulayan mütəxəssislər insanları qırağa atılan hissələri istehlak etməyə çağırırlar. "Qafqazinfo"

30.10.2026 541
.

Bu ölkədə günəbaxanları duzlu su ilə suvarırlar - Qeyri-adi TƏCRÜBƏ

Misirdə kənd təsərrüfatı sahəsində qeyri-adi təcrübəyə başlanılıb. Alimlər və fermerlər günəbaxan bitkisini şirin su əvəzinə duzlu su ilə yetişdirməyin mümkünlüyünü araşdırırlar. xarici mediaya istinadən xəbər verir ki, Misir duz qarışığı olan quyu suyundan istifadə etməklə yağlıq günəbaxan yetişdirilməs

25.10.2026 522
.

Xidmetler.Az - Bütün xidmətlər bir saytda!

XİDMETLER.AZ bütün xidmətlərin bir yerdə olduğu saytdır. Saytda sizi narahat edən hər hansı məsələ ilə bağlı kömək almaq imkanınız var. - Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran saytımızda tapar. Siz də qoşulun və sizə lazım olan işçiləri tapın. - Usta axtarışına çıxanların köməyin

26.10.2026 1334
.

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Güclü alqışların və ümumxalq şöhrətinin arxasında məşhur sənətçinin ictimaiyyət qarşısında müzakirə etməməyi üstün tutduğu hadisələr qalıb. Müslüm Maqomayev böyük şöhrətin mənasını erkən yaşlarından öyrənib. 20 yaşında bütün ölkə onun adını bilirdi və pərəstişkarları konsertlərdən sonra saatlarla on

01.11.2026 387
.