Sibirə sürgün olundu, Xalq artisti ilə eşq yaşadı, filmə çəkilməsinə qadağa qoyuldu

Sibirə sürgün olundu, Xalq artisti ilə eşq yaşadı, filmə çəkilməsinə qadağa qoyulduBiG.AZ Kulis.az-a istinadən azərbaycanlı tamaşaçılara "Uzaq sahillərdə" filmindən tanış olan rusiyalı aktyor, Karranti obrazının məşhur ifaçısı Lev Bordukov haqqında maraqlı faktları təqdim edir.

Lev Bordukov 1913-cü ildə Moskvada dünyaya gəlib. O, ilkin yaradıcılığa 16 yaşından başlayıb.

***

1929-1932-ci illərdə Moskvada Fəhlə Teatrının aktyoru olub. İlk dəfə 1933-cü ildə Almaniyada fəhlələrin ağır vəziyyətindən, kommunistlərin kapitalistlərə qarşı mübarizəsindən bəhs edən "Günəş Qərbdə çıxır" filminə çəkilib.

***

1933-cü ildə Moskva İncəsənət Teatrına aktyor kimi qəbul olunub. Buradakı fəaliyyəti 1941-ci ildə İkinci Dünya müharibəsinə çağırılana qədər davam edib.

43-cü ilə qədər Böyük Vətən müharibəsində iştirak edir, ancaq qəfil dəyən güllədən ağır yaralanır və orduya yararsız biri kimi tərxis olunur. Müharibədən qayıdandan sonra Mərkəzi Nəqliyyat Teatrının və Teatr Studiyasının səhnəsində çıxış etməyə başlayır.

***

Levin çılğın xarakteri, yüksək ədalət hissi müharibədən sonra onu ölkədə baş verən daxili çəkişmələrin içərisinə doğru çəkir. Qısa müddətdə o, həbs olunur və antisovet təbliğatı ilə məşğul olduğu üçün Sibirə Norilski islah əmək düşərgəsinə sürgün edilir.

***

Norilsk isə "sümüklər üzərində şəhər" adlanırdı. İkinci Dünya müharibəsində burada 7500-dən çox insan vəfat etmişdi. Onlar əvvəl kütləvi məzarlıqda basdırılsa da, sonralar xüsusi yaradılmış ocaqlarda yandırılırdı.

Lev Bordukov 1947-1952-ci illərdə bu düşərgədə xidmət edir. O, burada da aktyorluq fəaliyyətini unutmur, Daxili İşlər Nazirliyinin nəzdindəki İTK-nın ansamblında və məhbuslardan ibarət yaradılmış Norilsk Teatrında çıxış etməyə başlayır. Ancaq bu beş il Lev Bordukova baha başa gəlir, səhhətində ciddi problemlər yaranır.

***

Azadlığa çıxandan sonra üç il Çelyabinsk Dram Teatrının, Tambov Dram Teatrının aktyoru olur. Sonra Lunaçarski, Kiyev Rus Dram Teatrı və nəhayət Vladimir Mayakovski adına teatrda fəaliyyət göstərir. BU teatr Levin sonuncu dayanacağı olur. Aktyor 1955-ci ildən 1967-ci ilə qədər burada işləyir. Bilavasitə filmlərə də çəkilir.

***

Aktyor məşhur balerina Maya Plisetskaya ilə eşq macərası yaşayıb, ondan ayrıldıqdan sonra Maris Liepa ilə ailə qurub.

Lev Bordukov 1956-cı ildə Böyük Vətən Müharibəsinin naməlum qəhrəmanların və beynəlmiləlçilərin faşizmə qarşı mübarizəsindən bəhs edən "İtkin düşmüş" filmində fransız partizan roluna çəkilir. Bu filmlə Lev sovet kinoprokatının liderlərindən birinə çevrilir. Filmi izləyən 35 milyondan çox tamaşaçı aktyorun vurğununa çevrilirlər.

***

Bu filmdən sonra Tofiq Tağızadə aktyoru "Uzaq sahillərdə" filmində Karranti roluna dəvət edir. Paralel olaraq aktyor "Kiyev" filmində də rol alır. "Uzaq sahillərdə" filminin çəkilişləri Bakıda, Soçidə, Baltikyanı ölkələrdə, final səhnələri isə Ağsu rayonunun kəndlərində aparılır. Təəssüf ki, çəkilişlər zamanı aktyor tez-tez içki içir, bununla da sanki o, həbsdə olduğu müddətdə gördüklərinin və yaşadıqlarının ağrısını boğmağa çalışır.

***

Bir dəfə isə xəstəliyini əsas gətirərək çəkilişə belə gəlmir. Həmin illərdə çəkilişlər ciddi plan üzrə aparılırdı, hər gün və hətta metrlərlə lentə alınan lentlər üçün rejissorlar yuxarı orqanlara hesabat verirdilər. Filmdə Mixaylo xəyanətinə görə Karranti ilə görüşəndə çox vacib bir epizod çəkilməli idi. Tofiq Tağızadə belə bir ekstremal vəziyyətdə təcili olaraq ikinci rejissor Rüfət Şabanova makiyaj edərək onu arxadan və profildən çəkir. Lev çəkilişə gələndən sonra isə onunla yaxın planlar lentə alınır.

Alkoqola aludəliyi aktyoru bir neççə dəfə həbsə doğru aparır. Bu yenə də "Uzaq sahillərdə" filminin çəkilişi zamanı baş verir. Belə ki, filmin çəkilişləri vaxtı aktyorlara gündəlik xərclik üçün pul verilmir. Bordukov isə "zarafat" etmək qərarına gəlir. O, poçt işçisini aldadaraq, filmin rejissoru Teymur Hüseynova bu məzmunda teleqram göndərir: "Əgər aktyorlara pul verməsən, "Qara pişik" bandası məsələyə qarışacaq". Müharibədən sonrakı illərdə "Qara pişik" dəstəsi cəsarətli basqınları ilə xalq arasında əfsanəyə çevrilmişdi. 1953-cü ildə bu bandanın bir çox üzvləri həbs olunur, bəziləri isə yoxa çıxır. Lakin sonralar bu dəstənin eyni adlı ardıcılları meydana çıxır. Bu teleqramdan sonra Teymur Hüseynov polisə gedir, poçt işçisi saxlanılır. O, nə qədər and-aman etsə də ki, bu xahişi ondan filan aktyor edib, ona inanmırlar.

***

Onun növbəti məcarası isə Soçidə yerləşən KQB idarəsi ilə olur. Şəhər gəzintisi zamanı idarənin girişinə yaxınlaşaraq cibindən filmdə istifadə etdiyi əks-kəşfiyyat xidmətinin rəhbəri Vilhelm Kanarisin fotosunu çıxarıb göstərərək deyir:

"Bu gecə bir türk gəmisi sahilə çıxıb bizi buradan aparacaq!". Onu saxlayıb sorğu-sual etməyə başlayanda o deyir: "Mən Amerika kəşfiyyatçısıyam". Təbii ki, onu həbs edirlər və dərhal Moskvaya çağırırlar, deyirlər, Amerika kəşfiyyatçısı tutulub. Əmr səslənir: "Səhər, təyyarə ilə, Moskvaya çatdırın". Səhəri gün ayıldıqdan sonra Bordukov and içməyə başlayır ki, o, sadəcə aktyordur və filmdə rol alır. Yaradıcı qrupun qaldığı mehmanxanaya zəng edib bunun doğru olduğunu öyrənsələr də, qaydanı pozanı buraxmırlar. Nəticədə onlar Bordukovu xırda xuliqanlığa görə cəzalandırmaq qərarına gəliblər və ona 15 sutka cəza verirlər.

***

Qaydalara görə, o, keçəl edilərək əmək islah düşərgəsinə göndərilməli idi. Ancaq filmin rejissoru aktyorun saçının kəsilməsinin çəkilişi üçün ciddi maneə yaradacağını bildirir. Nəticədə, Bordukov hər gün istintaq orqanlarının adamları tərəfindən çəkiliş meydançasına gətirilir, çəkiliş bitəndən sonra isə geri qaytarılır.

***

Bu hadisədən sonra Bordukova üç il filmə çəkilmək qadağası qoyulur. Bundan sonra onun kino karyerası tənəzzülə uğrayır.

Filmlərdə üç kiçik rol oynayan, teatr səhnəsində çıxışını davam etdirən Bordukov 1966-cı ildə Əlisəttar Atakişiyevin "İstintaq davam edir" filminə dəvət alır. Film sovet əks-kəşfiyyatçılarının sovet sirlərini ovlayan casuslarla mübarizəsindən bəhs edir. Bordukov Amerika casusu Houk kimi reinkarnasiya olunan KQB mayoru Martınovu canlandırır. Bordukovun son rolu 1967-ci ildə Rauf Kazımovskinin "Poçt qutusu" filmində məhkəmə sədri olur. Elə həmin il, mayın 18-də, 54 yaşında Lev Bordukov vəfat edir.

***

Aktyor məşhur balerina Maya Plisetskaya ilə eşq macərası yaşayıb, ondan ayrıldıqdan sonra Maris Liepa ilə ailə qurub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1582   Tarix: 16 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pensiya kapitalı nə qədər artırıldı?

"Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin Sərəncamına əsasən, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməs

12.02.2026 424
.

Papuaşvili: Aİ Gürcüstana tanklar yerləşdirə bilər

Avropa İttifaqı demokratiyanı bərqərar etmək məqsədilə Gürcüstana tanklar yerləşdirə bilər. Bu iddia ilə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili çıxış edib. xarici mediaya istinadən xəbər verir ki, Papuaşvili bildirib: "Əgər istəsəydilər, təkcə sanksiyalar tətbiq etməklə kifayətlənməzdilər

11:55 195
.

İran məsələsi ABŞ-İsrail danışıqlarının mərkəzində

"İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a səfər edib. Baş nazirin ofisi səfər ərəfəsində açıqlamışdı ki, danışıqlarda İranın ballistik raket arsenalının məhdudlaşdırılması və Tehranın Yaxın Şərqdəki müttəfiq qüvvələrinə dəstəyinin dayandırılması əsas mövzular olacaq". Bunu BİG.AZ-a açıqlamasınd

12:46 212
.

"Titanik" niyə tarixinin ən gəlirli filmlərindən birinə çevirildi?

Ceyms Kemeronun romantik, inanılmaz gözəl və atmosferik "Titanik" filmi istehsal baxımından ən bahalılardan biri olub və dövründə ən böyük gəlir toplayan ekran işi olub. Qaynarinfo xəbər verir ki, təxminən 220 milyon dollar xərclənən filmin yaradıcıları 2,2 milyard dollar qazanc əldə ediblər

12.02.2026 377
.

Resept Kənarı Tövsiyyələr: Əczaçıların Səlahiyyət Həddi Haradadır?

Azərbaycanda vətəndaşlar reseptlə dərman almağa gedəndə bəzən əczaçılar həkimin yazdığı dərmanı tapa bilmədikdə özbaşına alternativ dərman tövsiyyə edirlər. Tibbi baxımdan bu praktika tamamilə düzgün deyil. Həkimin yazdığı dərman ilə əczaçının təklif etdiyi alternativ dərman arasında doza, təsir mexanizm

15:40 191
.

"Əyri ayaq, çəpgöz kişiləri XOŞLAYIRAM"

Müğənni Çinarə Məlikzadə qarşı cinsdə bəyəndiyi xüsusiyyətlərdən danışıb. Bizim.Media xəbər verir ki, onun açıqlamaları sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub. Çinarə bildirib ki, onun üçün ən vacib məqam kişinin səmimi və öz olmasıdır:. "Əsas səmimi olsun, öz

11:16 322
.

Toylarda köhnə yeməklər: Şadlıq sarayları məsuliyyətdən necə yayınır?

Sabirabadda keçirilən toyda qonaqlara iki-üç gündən qalmış yeməklər təqdim edilib. Toydan sonra şadlıq sarayının mətbəxinə daxil olan toy sahibi obyektin rəhbərliyinin toydan qalan yeməkləri gizlətdiyini aşkarlayıb. Son vaxtlar toydan qalmış yeməklərin və salatların təzə ad altında süfrəyə verilməs

15:53 188
.

"Tramp marşrutu"nun təhlükəsizliyi üçün ABŞ hərbçiləri Ermənistana göndərilə bilər

ABŞ-dən olan "formalı əsgərlərin" "Tramp marşrutu" adlandırılan nəqliyyat dəhlizi boyunca təhlükəsizliyi təmin etmək üçün Ermənistana göndəriləcəyi iddia olunur. xarici mediaya istinadən xəbər verir ki, bu barədə MGIMO-nun Beynəlxalq Araşdırmalar İnstitutunun Məlumatların Təhlil

10:54 216
.

Tramp Rusiyanı Zəngəzur dəhlizindən kənarlaşdırmaq istəyir

ABŞ Prezidenti Donald Trampın Transqafqaz layihəsi çərçivəsində Rusiyanı Zəngəzur dəhlizi prosesindən kənarlaşdırmağa çalışdığı iddia olunur. xarici mediaya istinadən xəbər verir ki, bu barədə MGIMO-nun Beynəlxalq Araşdırmalar İnstitutunun Məlumatların Təhlili Laboratoriyasının aparıcı tədqiqatçısı Nikola

12:15 222
.

TOP MP3