"Masadan az adam qovmamışam" - Röya Ayxan

"Masadan az adam qovmamışam" - Röya AyxanXalq artisti Röya Ayxan OLAY-ın suallarını cavablandırıb:

Gənc müğənni Nuranın klip təqdimatına qatılan Xalq artisti şou-biznesdə karyera qurmaq üçün dəstəyin vacibliyini vurğulayıb:

"Tək öz adıma danışmayacağam, ümumiyyətlə, xalq olaraq hər kəsin yanında olan adamlarıq. Bəlkə, birini sevmərik deyə yanında olmarıq, amma mütləq dostumuza dəstək olacağıq. Ümumiyyətlə, bir-birimizin yanında olmaq üçün yaranmışıq. Ona görə də, düşünürəm ki, bu, təsadüf deyil! Mən Nurana qismət olmuşam, o da mənə. Sizə isə başqası qismət olar. İnsanın həyatında dəstəksiz mümkün deyil. Səni kiminsə dəstəkləməyi mütləq lazımdır. Məni hər zaman irəli aparan birinci Vaqif Gərayzadə, sonra isə Xalq artistləri olub".

Estrada ulduzu deyir ki, indiyə qədər onu mahnı oxumağa ən çox muğam ifaçıları təşviq edib:

"Məni həmişə muğam oxuyan Xalq artistləri tərifləyib. Bu da, məni daha uca, daha gözəl bir yerə qaldırıb. Əgər, mən bunu görmüşəmsə, onu da paylaşmalıyam".

Dost seçimində diqqətli olduğunu deyən sənətçi hər kəslə yaxın olmadığını da dilə gətirib:

"Paxıl adama yaxşılıq eləmərəm. Kompleksi olan insanlarla isə ümumiyyətlə dostluq etmirəm. Əgər elədirsə, deməli, onunla bütün problemlərimi bölüşə bilmərəm. Mən səhv etsəm, üzr də istəyə bilirəm. Bir insan ki, bağışlanmağı dilinə gətirir, deməli, yanlışını bilir".

Kompleksi olan insanları görməyə gözü olmayan Röya Ayxan həmin insanları bir baxışından tanıdığını deyir:

"Bir gün dostlarım haqqımda film çəksələr, mütləq desinlər. Mən masadan az adam qovmamışam. Demişəm ki, "dur, tərk et buranı! Xoşuma gəlmirsən!". Hiss edirəm ki, bu adam bizimlə biz deyil, vəssalam! Sünilik sakit durmaq deyil, əsla! Həyat mənə bunu öyrətdi ki, insan sakit də ola bilər, hamı sənin kimi çılğın ola bilməz ki, ay Röya!".

Tədbirə axsayaraq gələn müğənninin halı diqqətdən yayınmayıb. Bunun səbəbi isə ifaçının ayağının sarğıda olması imiş:

"İstirahətə getmişdim, istədim video çəkim. Guya ki, kameraya təpik vuracaqdım, bir ayağımı qaldıranda o biri burxuldu. Bu gün ilk dəfə Nurana görə ayaqqabı geyinmişəm. Bir ayaqqabım 38, digəri isə 40 ölçüdədir. Ayın 8-i demişdim ki, gələcəyəm, gördüm alınmır, ondan sonra 10-nu dedim. Əgər, "bu gün də gələ bilmirəm" desəydim, ayıb olardı".

Dubay istirahətindən yenicə qayıdan ulduz yeni işlərinin də müjdəsini verib:

"Gözləyin uşaqlar, çox möhtəşəm işlər gəlir. Deməyəcəyəm yox! Allahın izni ilə çox gözəl olacaq. Tanrı hər kəsin işini avand eləsin. Dubay çox gözəldir, hamı dəniz geyimində gəzir".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1797   Tarix: 17 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Anamla atam ailə qurmağımı istəyir"

"25.10.25 - 25.10.26. Bir yaş daha. Oxuyacağım mahnılarım, quracağım xəyallarım, sarılacağım doğmalarım var. Şükürlərim çoxdur". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial media hesabında yazıb. Ad günü olduğunu vurğulayan ifaçı bir ildir Bakıda yaşadıqlarını belə şər

25.10.2026 809
.

Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!"

Xalq artisti Röya Ayxan yeganə övladı Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi övladının hazırda Londonda Ali təhsil aldığını və orada yaşadığını bildirib. "Oktyabrın 25-də 17 yaşı tamam olacaq. Həftədə bir dəfə bu barədə mənə yazır ki, "Ana, sən mənə nə vaxt ayrı ev tutacaqsan? Mə

29.10.2026 754
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

02.11.2026 579
.

Bu foto Flora Kərimovanı təsirləndirdi

Xalq artisti Flora Kərimova ailəsi ilə bağlı maraqlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi qızı Zümrüd və oğlu Oktay ilə süni intellekt vasitəsilə hazırlanan fotosunu izləyiciləri ilə bölüşərk bunları yazıb:. "Oğlum, qızım və mən. Süni zəka ilə hazırlanan heç bir şeyi sevməsəm də, bu rəsmd

31.10.2026 414
.

Miss Mister Of Azerbaijan 2026 - Final Gecəsi

Ollin Professional`ın baş sponsorluğu ilə keçirilən Miss Mister Of Azerbaijan 2026 Milli Gözəllik Müsabiqəsinin final gecəsi 28 oktyabr Elektra Events Hall`da baş tutdu. Müsabiqədə münsiflər heyəti, zalda əyləşən tamaşaçılar və idarə heyətinin verdiyi səslərlə qaliblər müəyyən olundur. Layihənin Münsi

03.11.2026 505
.

Atası ilə fotosunu paylaşıb bunları yazdı

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova atası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, atası Xosrov Nəcəfovla çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Nəzrin paylaşımına "Ürəyimdir, canım atam" şərhini yazıb. Qeyd edək ki, M.Eyubova və X.Nəcəfovun 4 övlad

01.11.2026 730
.

Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü

Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəm

01.11.2026 401
.

Qızından Tünzalə ilə paylaşım - Fotolar

Xalq artisti Tünzalə Ağayevanın qızı Fidan onunla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, Fidan anasının 50 illik yubileyində onunla çəkdirdiyi fotonu sosial şəbəkə hesabında paylaşıb. O, şəklə "Əbədi" şərhini yazıb

24.10.2026 627
.

"Ən bahalı müğənnisən, sənin yerinə utandım"

"Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə". Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Rəvan Bağırov "Manpası"

30.10.2026 826
.