Aktyorların maaşları artırıla bilər - Hacı İsmayılov

Aktyorların maaşları artırıla bilər - Hacı İsmayılovBir müddət əvvəl Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vəzifəsi Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli Hacı Məcid oğlu İsmayılova həvalə olunub.

Təyinatla bağlı Bizim.media-ya özəl açıqlamasında H.İsmayılov bildirib ki, o, qurumun digər üzvləri ilə birlikdə teatr sahəsinin inkişafında yeni işlər görəcək:

"Çalışdığım Akademik Milli Dram Teatrında tamaşalarda çıxış edirəm. Aylıq repertuar var, ona da uyğun olaraq tamaşalarımızı oynayırıq. Yeni tamaşaların üzərində çalışırıq. Teatrımız öz fəaliyyətini davam etdirir. Ayın 13-də Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin iclası keçirildi.

Orada üç Xalq artisti, iki Əməkdar incəsənət xadimi və başqa idarə üzvlərinin yekdil qərarı ilə müvəqqəti olaraq Xalq artisti Azərpaşa Nemətovun vəfatı ilə əlaqədar olaraq, sədrin vəzifə səlahiyyətləri verildi sədrin müavininə, yəni mənə".

"Aktyorlar tez-tez məvaciblərinin az olması ilə bağlı müəyyən çıxışlar və şikayətlər edirlər. Keçirilən iclasda bu məsələ müzakirə olundu?", - sualına isə Xalq artistinin cavabı belə olub:
"Teatr Xadimləri İttifaqı İdarə heyətinin iclasında bununla bağlı müzakirələr aparmamışıq. Bu məsələ aktyorların özləri tərəfindən "Azərbaycan teatrı - 150: İnkişaf perspektivləri" mövzusunda Teatr Forumunda səsləndirilib və müzakirə olunub. Aktyorların maaşı Teatr Xadimləri İttifaqına yox, Teatr Forumuna aiddir.

Amma sözsüz ki, maaşların artımı ola bilər. Çünki indi Mədəniyyət Nazirliyi teatrlarımızla və orada olan daxili proseslərlə dərindən maraqlanır. İnanıram ki, yaxın zamanda aktyorların maaşının artımı məsələsi həll olunacaq.

Məvaciblərin artımı asılıdır dövlət qurumundan, Maliyyə Nazirliyindən. Teatr işçilərinin və incəsənət nümayəndələrinin maaşları hər zaman hökumətimizin nəzarətində və gündəmdədir. Bizim məvaciblərimiz dəfələrlə artırılıb və ümid edirik ki, yenidən artırılacaq".

Xalq artisti Afaq Bəşirqızının Teatr Forumunda səsləndirdiyi "Aktyorlar üçün qəbiristanlıq yaradılsın" fikirlərinə Hacı İsmayılov - "O barədə münasibət bildirə bilmərəm. Heç bilmirəm o nə olan məsələdir", - deyə qısa şərh verib


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1390   Tarix: 18 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Qızımı belə böyütməməli idim"

Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:. "İndi başa düşürəm ki, onu çox qorumuşam

25.10.2026 710
.

Tacir Şahmalıoğlu Fədayə Laçının yolunu gözləyib: "Gəlmədisə, sağ olsun"

Müğənni Fədayə Laçın duet ortağı Tacir Şahmalıoğlunun səhhəti ilə maraqlanmayıb. Qaynarinfo xəbər verir ki, Tacir Şahmalıoğlu müsahibələrinin birində bu barədə danışıb. Müğənni Fədayə Laçının onu ziyarət edəcəyini gözlədiyini də gizlətməyib:. "Fədayə Laçın gəlmədi, amma ondan umdum. İstədim ki

27.10.2026 856
.

Dekabrda evlənəcəklər

Şəxsi həyatı və səmimi açıqlamaları ilə hər zaman gündəmdə olan məşhur türkiyəli müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə toy planları haqqında yeni təfərrüatı bölüşüb. "Qafqazinfo" xəbər verir ki, daha əvvəl evliliklə bağlı zarafatcıl tələbləri ilə diqqət çəkən sənətçi nikah tarix

05.11.2026 140
.

"Hürrəm" ilk dəfə Bakıdadır - Video

Türk əsilli almaniyalı aktrisa Məryəm Üzərli Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sosial mediada görüntülər paylaşılıb. O, Azərbaycana ilk dəfə gəldiyini vurğulayıb. "İlk dəfə Bakıya gəlmişəm. İnanılmaz dərəcədə sevincliyəm", - deyə o əlavə edib. Həmin görüntüləri təqdim edirik

04.11.2026 478
.

Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!"

Xalq artisti Röya Ayxan yeganə övladı Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi övladının hazırda Londonda Ali təhsil aldığını və orada yaşadığını bildirib. "Oktyabrın 25-də 17 yaşı tamam olacaq. Həftədə bir dəfə bu barədə mənə yazır ki, "Ana, sən mənə nə vaxt ayrı ev tutacaqsan? Mə

29.10.2026 754
.

Atası ilə fotosunu paylaşıb bunları yazdı

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova atası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, atası Xosrov Nəcəfovla çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Nəzrin paylaşımına "Ürəyimdir, canım atam" şərhini yazıb. Qeyd edək ki, M.Eyubova və X.Nəcəfovun 4 övlad

01.11.2026 730
.

"Başkalarının hayatı" da yayımlanmayacaq

"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını

31.10.2026 461
.

3 uşaq anası olan Aysel mini geyimdə AĞILLARI BAŞDAN ALDI - FOTOLAR

Müğənni Aysel Teymurzadə (Adıgözəlzadə) sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, sənətçi instaqram hesabında yeni görüntülərini paylaşıb. O görünüşü ilə izləyicilərin marağına səbəb olub. Ayselin paylaşımına xoş sözlər yazıblar. Qeyd edək ki, ifaçı Xalq artisti Murad Adıgözəlzadə il

31.10.2026 805
.

Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia

Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub. BİG.AZ -a istinadla xəbər verir ki, psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib. Samirə Bağırov

02.11.2026 732
.