Əsir düşən əsgərlərin anaları: "Məktuba inanmırıq..."
Bu gün BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.
"Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - BQXK-nin yaydığı məlumatda deyilir.
Modern.az-ın əməkdaşı əsir hərbçilərin ailələri ilə əlaqə saxlayaraq, BQXK tərəfindən onlara hansı məlumatların çatdırıldığını öyrənməyə çalışıb.
Əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova bildirib ki, hələlik oğlundan məktub almayıb:
"Mənə oğlumla görüşdüklərini bildirdilər. Hüseyn məktub yazıb, amma onun məktubu hələ bizə verilməyib. Əsirlərin vəziyyəti ilə bağlı yaxın zamanda məlumat verəcəklərini qeyd etdilər. Oğluma görə çox narahatam".
Əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova yazılan məktuba inanmadığını söyləyib:
"Nümayəndə heyəti oğlumla görüşüb. Dedilər ki, yaxın günlərdə sizə oğlunuzla bağlı məlumat verəcəyik, amma onların sağlıq durumu haqda heç nə demədilər. Aqşinin bizə məktub yazdığını bildirdilər. Mən məktuba inanmıram. Şərait yaradılsın, oğlumla görüntülü danışım. Bunun üçün bir çox yerə müraciət etmişəm".
Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Bu yaxınlarda onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1074 Tarix: 19 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiya kapitalı nə qədər artırıldı?
"Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin Sərəncamına əsasən, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməs
12.02.2026 415 Azərbaycanın yeni inkişaf istiqamətləri
Son illər Azərbaycanda elektron hökumət xidmətlərinin genişləndirilməsi, rəqəmsal infrastrukturun, innovasiya və startap ekosisteminin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Dövlət proqramları və strategiyalar çərçivəsində həyata keçirilən layihələr vətəndaş məmnunluğunun artırılmasına
12:20 252 Paşinyan ABŞ özəl hərbi şirkətinə hələlik "yaşıl işıq" yandırmayacaq
Ermənistanın Baş naziri Nikol Paşinyanın hələlik "Tramp marşrutu"nun təhlükəsizliyini təmin etmək üçün ABŞ-ın özəl hərbi şirkətinin (PMC) yerləşdirilməsinə razılıq verəcəyi gözlənilmir. xəbər verir ki, bu barədə MGIMO-nun Beynəlxalq Araşdırmalar İnstitutunun Məlumatların Təhlili Laboratoriyasını
11:01 184 Vərdişləriniz gələcək sağlamlığınızı necə müəyyən edir?
"Fast-food tək başına xəstəliklərin səbəbkarı deyil; yalnız risk amillərindən biridir. Tip 2 diabet və metabolik xəstəliklər əsasən uzun müddət yığılan bir neçə faktorun üst-üstə düşməsi nəticəsində yaranır. Qidalarla artıq enerji qəbulu, az hərəkətlilik, çəki artımı, yuxu rejiminin pozulması, stress
15:13 153 Kamran Əsədov ev dustaqlığı istədi - Bunları səbəb göstərdi
Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun məlumatına görə, haki
12.02.2026 469 Fransa polisi Luvr biletlərinin 10 milyon avroluq fırıldaqçılığı ilə bağlı şübhəli bilinən doqquz nəfəri həbs edib
Fransada polis Luvr Muzeyində biletlərlə bağlı böyük dələduzluq işi üzrə əməliyyat keçirib. İstintaq çərçivəsində 9 nəfər saxlanılıb. Məlumata görə, saxlanılanlar arasında muzeyin iki əməkdaşı, bir neçə tur bələdçisi və sxemin təşkilatçısı olduğu ehtimal edilən şəxs də var. Hüquq-mühafizə orqanları biletləri
16:47 79 Netanyahunun Vaşinqton Səfəri: Gündəliyin Əsas Mövzuları Nələrdir? - POLİTOLOQDAN AÇIQLAMA
İsrailin Baş naziri Benjamin Netanyahu-nun ABŞ-a səfəri beynəlxalq siyasətdə diqqət mərkəzinə çevrilib. Rəsmi Vaşinqtonla keçiriləcək görüşlərin gündəliyində təhlükəsizlik məsələləri, Qəzza zolağında davam edən proseslər, İranla bağlı artan gərginlik və regionda qüvvələr balansı əsas yer tutur. Bu səfə
12:22 209 Vətən müharibəsi şəhidinin 21 yaşlı qardaşı vəfat etdi - Foto
Vətən müharibəsi şəhidi Əli Mehdizadənin kiçik qardaşı Əhməd Mehdizadə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Kamil Həmzəoğlu məlumat verib. 21 yaşlı Ə.Mehdizadə bu gün Lənkəranda uzunsürən xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, 2001-ci il təvəllüdlü Əli Mehdizad
12.02.2026 595 Naxçıvanda bu yüksək vəzifə ləğv edildi
Naxçıvan Muxtar Respublikasında (MR) səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib. BİG.AZ Report-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq fərman imzalayıb. Bundan sonra səhiyyə nazirinin iki müavini olacaq. Qeyd edək ki
12.02.2026 322