İftar süfrəsi üçün dadlı reseptlər

İftar süfrəsi üçün dadlı reseptlərAxşam.az iftar süfrəsi üçün maraqlı menyu təqdim edir:

Ətli şorba

Ərzaq:

1 kasa soyutmalanmış və didilmiş ət
3 stəkan ət bulyonu
2 stəkan su

Sous üçün:
5 xörək qaşığı qatıq
2 xörək qaşığı un
1/2 limonun suyu
1 yumurta sarısı

Üzəri üçün:

1 xörək qaşığı kərə yağı
1 xörək qaşığı zeytun yağı
1 diş sarımsaq
Qırmızı istiot, duz

Hazırlanması:

Sümüklü və ya sümüksüz əti qaynadın. Bir qazana 3 stəkan ət suyu və 2 stəkan adi su tökün və qaynadın. Kənarda sous üçün olan ərzaqları qarışdırın. Qarışığın üstünə qaynayan sudan az-az töküb, dayanmadan qarışdırın. Odun üzərinə qoyub qaynadın. Qarışdırmağa isə davam edin. Qaynayandan sonra didilmiş ətləri əlavə edin. Kənarda sürtgəcdən keçirilən sarımsaq, kərə yağı və zeytun yağını qovurun. Üstünə qırmızı istiot səpin. Duzla birlikdə şorbanın üstünə tökün. İsti halda süfrəyə verilir.

Püreli tava kabab

Ərzaq:

600 qr. qiymə
1 ədəd soğan
1 ovuc doğranmış keşniş
1 ədəd yumurta
2-3 diş sarımsaq
2,5 xörək qaşığı suxarı unun
1 çay qaşığı duz, qara istiot

Püre üçün:

5-6 ədəd pilates
1,5 stəkan süd
2 xörək qaşığı kərə yağı
1 stəkan rəndələnmiş holland pendiri
1 çay qaşığı duz və istiot

Sous üçün:

1 xörək qaşığı tomat pastası
1 stəkan isti su

Üzəri üçün:

Pomidor
Yaşıl bibər

Hazırlanması:

Soğan, yumurta, sarımsaq və göyərti blenderdə əzilir. İçərisinə qiyməni, suxarı unu, duz və istiotu töküb yoğurun. Sobaya qoyacağınız tavaya qiyməni yayın. Tomat pastasını isti su ilə qarışdırıb, qiymənin üstünə tökün. Sobada üzəri qızarana qədər bişirin. Bu ərəfədə kartofu soyub, doğrayıb, su töküb bişirin. Yumuşalanda, suyunu süzün və üzərinə kərə yağı, duz töküb qarışdırın. Üstünə südü tökün və püreni hazırlayın. İçinə holland pendirini töküb, qiymənin üstünə yayın. üstünə dilimlənmiş pomidor və bibəri düzün.Sobaya qoyub 30 dəqiqə bişirin.

Armudlu keks

Ərzaq:

4 ədəd yumurta
1 stəkan süd
150 qr kərə yağı
2 paket vanilin
3 stəkan un
1.5 stəkan şəkər tozu
1 paket qabartma tozu

Üzəri üçün:
5 ədəd armud
2 xörək qaşığı pəhriz şəkər tozu

Hazırlanması:

Yumurta və şəkər tozunu mikesrlə köpük halına gələnə qədər qarışdır. Kənarda süd və kərə yağını qarışdırıb, üzərinə tökün. Qarışdırdıqdan sonra üstünə un, vanilin, şəkər tozu əlavə edin və duru xəmir hazırlayın. Xəmiri sobaya qoyacağınız, yağlanmış qaba tökün. Nəzik doğranmış armudu üzərinə düzün. Pəhriz şəkər tozunu üstünə səpin, 180 dərəcə isidilmiş sobada 40-45 dəqiqə bişirin.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 815   Tarix: 19 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq

Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr

05.11.2026 191
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

05.11.2026 207
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

05.11.2026 317
.

Gecikdirilmiş vergi ödənişləri ilə bağlı mühüm yenilik

Artıq ödənilmiş vergilərin gecikdirilərək qaytarılmasına görə gündəlik faiz 0.1%-dən 0.05%-ə endirilir, faizlərin hesablanması müddəti isə iki illə məhdudlaşdırılır. -ın məlumatına görə, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Qeyd olunur ki, vergi ödəyicilərini

05.11.2026 202
.

Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra

05.11.2026 357
.

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb. Türkiyəli məşhur müğənni İrem Deric

05.11.2026 255
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

05.11.2026 380
.

Ayı ana və qızını parçaladı

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı

05.11.2026 264
.

Nizamsız parklanma təhlükə yaradır - AÇIQLAMA

Köhnə və yeni çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqlar müşahidə edilir. Hər ikisi üçün ən böyük problem binaların həyətlərində nəqliyyat vasitələrinin nizamsız parklanmasıdır. "Əksər binaların həyətlərinə operativ nəqliyyat vasitələrinin, xüsusilə yanğınsöndürmə və xilasetm

05.11.2026 301
.