Kişiyə qadın paltarı geyindirib təhqir edənlərə bu cəza verildi
Lənkəran rayonunda kişini döyərək qadın paltarı geyindirən və onu ictimai yerlərdə nümayiş etdirən ata və iki oğlu məhkəmə qarşısına çıxarılıb.
BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun kəndlərindən birinin sakini olan 1969-cu il təvəllüdlü V.Məmmədli (bütün ad və soyadlar şərtidir), onun 1997 və 1998-ci il təvəllüdlü iki oğlu Cinayət Məcəlləsinin 145-ci və 221-ci (Qanunsuz azadlıqdan məhrumetmə və xuliqanlıq) maddəsi ilə təqsirləndirilib.
Araşdırmalar zamanı məlum olub ki, ötən ilin avqustunda 25 yaşlı oğlana kənddə yaşayan subay bibisinin həmkəndlisi olan Mirzə adlı şəxslə görüntülərini əks etdirən video göndərilib. O, məsələ ilə bağlı atasını və qardaşını məlumatlandırıb.
Daha sonra kənddə xeyli insanın bu məsələdən xəbərdar olduğunu görən V.Məmmədli oğulları ilə birgə bacısı ilə münasibəti olan şəxsi cəzalandırmaq qərarına gəlib. V.Məmmədli həmin şəxsi taparaq onu kənddə biabır etmək üçün plan qurub.
O, bacısını həmin şəxsin yaşadığı evə göndərərək onu küçəyə çağırtdırıb, özü və oğulları isə kənarda pusquda dayanıb. Mirzə qadının çağırışı ilə küçəyə çıxdıqda onlar "Toyota" markalı avtomobillə qəfil hərəkət edərək həmin şəxsi yaxalayıblar və zorla maşına mindiriblər. Avtomobili kənddən kənardakı çayın sahilinə sürdükdən sonra ata və iki oğlu Mirzəni düşürərək döyüblər və ona qadın ətəyi və qadın köynəyi geyindiriblər.
Qanunsuz hərəkətlərini davam etdirən həmin şəxslər bundan sonra Mirzəni yenidən maşına otuzduraraq onu kəndin mərkəzindəki çayxanaya aparıblar. Mirzəni qadın paltarında çayxanada nümayiş etdirdikdən sonra digər çay evinə yollanıblar və orada da təhqiredici hərəkətlər ediblər. Daha sonra Mirzəni sərbəst buraxan V.Məmmədli və oğulları evə gediblər.
Lənkəran Rayon Məhkəməsində keçirilən prosesdə Mirzə Abbasov ona qarşı təhqiredici hərəkətlər etmiş şəxslərlə barışdığını, onlara qarşı şikayətinin olmadığını və həmin şəxslərə yüngül cəzanın verilməsini xahiş edib.
Məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb. Ata və oğullarının hər biri 1 il sınaq müddəti təyin edilməklə, 3 il müddətinə şərti cəzaya məhkum edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1386 Tarix: 20 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVƏZİFƏYƏ ADAM DEYİL, VƏZİFƏYƏ LAYİQ ADAM AXTARMAQ!
Bir ölkənin inkişafı vəzifələrdə kimin əyləşməsi ilə deyil, həmin vəzifələrə kimin layiq olması ilə ölçülür. Cevdet Paşanın illər əvvəl verdiyi mesaj bu gün də eyni aktuallığını qoruyur: Adama iş deyil, işə adam axtarılmalıdır!. Böyük dövlət xadimi Əhməd Cevdet Paşanın illər əvvəl söylədiyi və bu günümüz
05.11.2026 216 AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
05.11.2026 0 "Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi
"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm
05.11.2026 1 Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
05.11.2026 227 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
05.11.2026 241 Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı
Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark
05.11.2026 214 Bayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
05.11.2026 232 Ayı ana və qızını parçaladı
Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı
05.11.2026 174 Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır
Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"
05.11.2026 265