Yeni tikililərdən ev alanlar bunu mütləq bilməlidir… -VİDEO
Bina tikintisi həyata keçirən şirkətlərin əksəriyyəti satış zamanı müqavilədə mənzilin sahəsini şişirdilmiş formada göstərir. Vətəndaş sonradan mənzilə dövlət çıxarışı alarkən rəqəmlər arasında ciddi fərq yaranır.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bu yolla tikinti şirkətləri mənzil alan şəxsləri aldadaraq onlardan artıq pul alır.
Belə ki, MTK-nın vətəndaşla bağladığı müqavilədə mənzilin sahəsi 87, dövlət çıxarışında isə bundan təxminən 12 kvadratmetr az, yəni 75.2 kvadratmetr göstərilib.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Xəzər Xəbər"ə deyir ki, son dövrlər mənzillərin alqı-satqısı zamanı belə hallar artıb.
Onun sözlərinə görə yeni binalarda satış həyata keçirilən zaman mənzillərin sahəsi hedablanarkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulur. Belə olan halda ev alan şəxsə külli miqdarda ziyan dəyir.
Əslində şəhərsalma və tikinti məcəlləsinə görə, mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanmalıdır.
"Amma bəzi MTK rəhbərliyi tərəfindən bu qaydalara demək olar ki əməl olunmur"
Bəs belə qanunsuz halla üzləşən vətəndaşlar nə etməlidir?
Hüquqşünas Polad Mehdiyev bildirib ki, əgər mənzilin sahəsi həqiqətəndə maliyyə arayışında göstəriləndən azdırsa, mənzil alan şəxs MTK-ya qarşı iddia qaldıraraq ödədiyi artıq vəsaiti geri ala bilər. Bununla bağlı qərar məhkəmənin təyin etdiyi ekspertiza rəyindən sonra verilir.
Hüquqşünas əlavə edib ki, bu problemlə bağlı son vaxtlar məhkəməyə müraciətlər xeyli çoxalıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1254 Tarix: 20 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda medianın inkişafında xidmətlərin
16:02 244 Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
12:14 227 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
12:25 241 Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
22:15 1 "ƏDV geri al" mexanizmi bütün konsertlərə şamil oluna bilər
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, "ƏDV geri al" mexanizminin bütün konsert növlərini əhatə etməsinin təmin edilməsi təklif olunur. Qeyd edili
14:13 239 "Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi
"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm
22:00 1 Nizamsız parklanma təhlükə yaradır - AÇIQLAMA
Köhnə və yeni çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqlar müşahidə edilir. Hər ikisi üçün ən böyük problem binaların həyətlərində nəqliyyat vasitələrinin nizamsız parklanmasıdır. "Əksər binaların həyətlərinə operativ nəqliyyat vasitələrinin, xüsusilə yanğınsöndürmə və xilasetm
16:54 244 60 yaşdan sonra dostların sayı niyə azalır?
Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz
19:30 138 Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır
Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"
17:14 265