"100 min pul qoymuşdum, əşyaları çölə atıb bizi qovdular"
İş adamı, "ELLLIS CATERING" MMC-nin təsisçisi Cəmil Tağıyev 2021-ci ildə icarəyə götürdüyü obyektin qanunusuz olaraq başqa şəxsin istifadəsinə verildiyini bildirir.
"Qafqazinfo"ya müraciət edən C.Tağıyev 2020-ci ildə şirkət qurduğunu və bir il sonra şəhərin mərkəzində obyekt icarəyə götürdüyünü bildirib.
"2021-ci ildə Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 12 ünvanında yerləşən Şahmarova Hicran Ağacavad qızına məxsus olan qeyri-yaşayış sahəsini müqavilə əsasında 4 il müddətinə icarəyə götürdüm. Həmin obyektdə restoran açmaq məqsədilə oranı əsaslı təmir etdim və müasir avadanlıqlarla təmin etdim. Ümumilikdə təqribən 100 min manata yaxın vəsait sərmayə qoymuşam ki, uzunmüddətli prespektivdə həm qoyulmuş pulu çıxardım, həm də müəyyən gəlir əldə edim".
C.Tağıyev bildirib ki, H.Şahmarova bağladığı müqavilənin müddəti 4 illik olsa da, obyekt ona təhvil verildikdən 6 ay sonra həmin yer sahibi tərəfindən başqa şəxslərə icarəyə verilib və onu obyektdən zorla çıxarıblar: ""ELLLIS CATERING" MMC-yə məxsus olan əşyaları çölə atıb işçilərimi qovublar. Hadisə nəticəsində hətta mənə məxsus mobil telefonumu da sındırıblar. Hadisə ilə bağlı polisə müraciət etsəm də, bunun mülki xarakterli məsələ olduğu üçün məhkəməyə müraciət etməli olduğumu bildirdilər. Bundan sonra məhkəməyə müraciət etdim. 2 il davam edən məhkəmə prosesinin sonunda Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1491/2022 nömrəli, 27.05.2022-ci il tarixli qətnaməsinə əsasən iddiam təmin edildi və məhkəmə cavabdehin üzərinə öhdəlik qoydu ki, mübahisə predmeti olan obyekti mənim istifadəmə qaytarsın və bununla bağlı heç bir maneələr yaratmasın".
Şikayətçi Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi qətnamənin icrasının Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinə (icra məmuru Səbuhi Əhmədov) həvalə edildiyini, lakin qurumun icranı həyata keçirmədiyini deyib: "Həmin qətnamə bu günə qədər sadəcə olaraq bir kağız parçası kimi qalıb, məhkəmə qərarı bu günədək icra edilməyib. Dəfələrlə edilən müraciətlərə baxmayaraq Səbail Rayon İcra Şöbəsi, başda rəis Anar Qocayev olmaqla həmin icra sənədinin icrası üçün heç bir tədbir görməyib. Məhkəmənin göstərişinin yerinə yetirilməməsi "ELLLIS CATERING" MMC-nin ədalətli məhkəmə araşdırması hüququnun, o cümlədən iqtisadi fəaliyyət azadlığının kobud surətdə pozulmasına gətirib çıxarıb. Həmçinin Hicran Şahmarova qətnamənin icrasından qərəzli olaraq yayınır. Əgər sahibkar investisiya yatırıb fəaliyyət göstərir, dövlət büdcəsinə vergi ödəyirsə, lakin dövlət sahibkarın haqlı mənafeyini müdafiə edə bilmirsə, o zaman bu məhkəmə institutu nəyə lazımdır?! Nəyə lazımdır notarial qaydada müqavilə bağlamaq, nəyə lazımdır mediasiyaya, sonra məhkəməyə müraciət etmək onlar üçün rüsumlar ödəmək?!"
Şikayətdə adı çəkilən Hicran Şahmarovanın ailəsindən "Qafqazinfo"ya bildirilib ki, Cəmil Tağıyevin iddiaları həqiqəti əks etdirmir: "Biz Bakı Kommeriya Məhkəməsinin qərarından şikayət vermişik. Əslində onlar bizə 300 min manatadək ziyan vurub. Həmin şəxs obyekti icarəyə götürəndən sonra özünə şəriklər götürüb və onlardan pul alıb. İndi pulu qaytara bilmədiyi üçün bizə qarşı iddialar irəli sürür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1728 Tarix: 21 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda medianın inkişafında xidmətlərin
16:02 244 Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
12:14 227 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
12:25 241 Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
22:15 1 "ƏDV geri al" mexanizmi bütün konsertlərə şamil oluna bilər
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, "ƏDV geri al" mexanizminin bütün konsert növlərini əhatə etməsinin təmin edilməsi təklif olunur. Qeyd edili
14:13 239 "Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi
"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm
22:00 1 Nizamsız parklanma təhlükə yaradır - AÇIQLAMA
Köhnə və yeni çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqlar müşahidə edilir. Hər ikisi üçün ən böyük problem binaların həyətlərində nəqliyyat vasitələrinin nizamsız parklanmasıdır. "Əksər binaların həyətlərinə operativ nəqliyyat vasitələrinin, xüsusilə yanğınsöndürmə və xilasetm
16:54 244 60 yaşdan sonra dostların sayı niyə azalır?
Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz
19:30 138 Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır
Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"
17:14 265