"Keçmiş ərim evimizə qadın alt paltarları göndərib təhqir edir" - Bakı sakinindən ŞİKAYƏT
Bakının Yasamal rayonunda yaşayan Nərmin Abbasəliyeva keçmiş həyat yoldaşı və onun qardaşı tərəfindən özünün və ailəsinin təhqir edildiyini bildirir.
"Qafqazinfo"ya müraciət edən N.Abbasəliyeva 9 il əvvəl Nail Həsənovdan rəsmi qaydada boşandığını deyib.
Şikayətçi sonrakı illər ərzində həmin şəxsin onu və ailəsini rahat buraxmadığını, təhqir etdiyini iddia edib. N.Abbasəliyeva bildirib ki, sonuncu dəfə bu ilin 8 aprel tarixində axşam saatlarında keçmiş həyat yoldaşının qardaşı Tural Həsənov yaşadığı evə atasının adına qadın alt paltarları göndərməklə onları təhqir edib: "9 il əvvəl boşansam da, son 7 ildir qarşı tərəf bizə rahatlıq vermir. Keçmiş həyat yoldaşım qardaşı vasitəsilə, yəni 3-cü şəxslərdən istifadə edərək ailəmi və məni yaşadığımız ünvanda narahat edir, şərəf və ləyaqətimizə xələl gətirəcək əməllər törədir. Belə ki, alçaldıcı hərəkətlər edib biədəb köhnə qadın alt paltarını kuryer vasitəsilə evə, atamın adına göndəriblər. Həmin vaxt binanın mühafizəçiləri ayıq davranaraq kuryerin evə qalxmasına icazə verməyib, bağlamanın verilməsini istəyiblər. Bundan sonra mühafizəçi məsələdən şübhələnərək kuryeri mənzilə qədər müşayiət edib və hər şey beləcə məlum olub. Mənim əsas şikayətim bu hadisəyə düzgün hüquqi qiyməti verməyən Yasamal RPİ-nin 27-ci Polis Bölməsindəndir. Belə görünür ki, keçmiş həyat yoldaşım qardaşına mülki etibarnamə verərək istədiyini edə, bizi təhqir edə bilər?"
Ətraflı
N.Abbasəliyeva qeyd edib ki, bağlamadan təhqiredici əşyalar çıxdıqdan sonra dərhal zəng edərək 102-yə məlumat veriblər: "Bizi 27-ci bölməyə yönləndirdilər. Kamera görüntüləri, 3-cü şəxsin təsdiqi və şəxsin öz əməlini təsdiq etməsinə baxmayaraq keçmiş həyat yoldaşım olan polis əməkdaşı Nail Həsənov vəzifəsindən sui-istifadə edərək məsələdən rahatlıqla çıxdı. Hətta bizə bildirdi ki, adamın imkanı, dayısı olanda görün nə edir?"
Şikayətçi onu da əlavə edib ki, boşandıqdan sonra qarşı tərəflə aralarında mülki mübahisə davam edib və məhkəmə çəkişməsi olub: "Bu məsələlər illərdir bitmir. Mənim şəxsi sənədlərimi, zinyət əşyalarımı oğurladılar. Əlimdəki bütün sübutlara baxmayaraq yenə arxalandıqları şəxslərin dəstəyi ilə bu işi ört-basdır etdilər. Artıq kimdən kömək istəyəcəyimi bilmirəm. İndi evimə qədər 3-cü şəxsi göndərib məni narahat edən şəxs daha nələr edər?"
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev saytımıza açıqlamasında bildirdi ki, müraciətlə bağlı polis tərəfindən tərəflərin izahatları alınıb: "Bu, ailədaxili məsələdir. Daxil olan müraciət üzrə müvafiq polis orqanında araşdırma aparılır, tərəflərin izahatı alınıb. Qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib. Gələcəkdə ailəni narahat edən belə halların yol verilməyəcəyinə dair iltizam alınıb. Araşdırmanın nəticəsi barədə müraciət edən tərəfə məlumat verilib".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1723 Tarix: 22 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb
Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA
21:15 1 Bayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
12:20 232 İntensiv yağış yağacaq
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
14:06 297 Hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq
Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr
21:00 4 Zəfər - xalqın yaddaşına, tarixə və gələcəyə yazılan qələbə
Bəzən tarix elə bir səhifə açır ki, onu oxumaq üçün təkcə yaddaş deyil, ürək də lazımdır. Elə bir səhifə ki, orada illərin həsrəti, anaların göz yaşları, şəhidlərin qanı, əsgərlərin igidliyi və bütöv bir xalqın sarsılmaz iradəsi bir-birinə qarışır. Azərbaycan xalqının Zəfər tarixi də belə yazıldı. B
11:40 216 Tramp və Netanyahu siyasi böhrandan necə çıxmağa çalışırlar? İran amili və yeni siyasi hesablamalar
ABŞ-da keçirilən aralıq seçkilərində səslər hesablandıqdan sonra Demokratlar Nümayəndələr Palatasında 162, Respublikaçılar isə 102 mandat qazanıblar. Senatda isə demokratlar 51, respublikaçılar 39 mandat əldə ediblər. Beləliklə, ilkin nəticələrə əsasən, Demokratlar Partiyası həm Senatda, həm də Nümayəndələ
12:03 237 Ronaldo karyerasını başa vurdu
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i
18:45 195 Ayı ana və qızını parçaladı
Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı
19:00 174 Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?
Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti
14:22 331