Özünə qəsd etmək istədi, mane olan arvadına görün nə etdi - Qobustanda ŞOK OLAY

Özünə qəsd etmək istədi, mane olan arvadına görün nə etdi - Qobustanda ŞOK OLAYQobustan rayonunda 1980-ci il təvəllüdlü Elman şəxsi münasibətlər zəminində 1986-cı il təvəllüdlü həyat yoldaşı Faziləni (adlar şərti verilib - red.) qətlə yetirib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, Elman 28 mart 2021-ci ildə saat 17 radələrində özünü öldürmək məqsədilə yaşadığı evin həyətində toyuq hini kimi istifadə olunan tikilinin içərisinə gedib. O, corabında gizlətdiyi bıçaqdan, şalvarının cibindəki ülgücdən istifadə etməklə bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirib.

Həmin vaxt onun arxasınca tikiliyə gəlmiş arvadı Fazilənin onu özünü öldürməsinə mane olmağa çalışdığını görüb. Bundan əsəbiləşən Elman arvadını öldürmək niyyəti ilə ona ümumilikdə 56 bıçaq xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən vəfat edib.

İstintaq orqanı tərəfindən Elmanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Məcbur edilmişəm"

Elmanın barəsində olan cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Fəhmin Hümbətovun sədrliyi ilə baş tutan iclasda Elman qeyri-adekvat hərəkətlər nümayiş etdirib. O, psixi sağlam insanın ifadəsinə xas olmayan uydurma hadisələr barədə danışıb, qeyri-müəyyən şəxslər tərəfindən özünü və arvadını öldürməyə məcbur edildiyini deyib.

Bu səbəbdən məhkəmə onun ibtidai istintaq oranı tərəfindən alınmış ifadəsinin tədqiq edib və hökmə əlavə edib.

Elman istintaqa ifadəsində bildirib ki, 31 may 2002-ci ildən Qobustan şəhərində yerləşən müəssisələrdən birində nəzarətçi vəzifəsində xidmət edib: "Mən növbəlilik əsasında işləyirdim. Bir gün, yəni 24 saat ərzində işdə, iki gün, yəni 48 saat isə evdə olurdum. Sonuncu dəfə martın 26-da növbədə oldum. Martın 27-də saat 09.00-da növbəni təhvil verərək evə qayıtdım".

"Münaqişəmiz olmayıb"

Təqsirləndirilən şəxs qeyd edib ki, 3 avqust 2008-ci ildə Fazilə ilə ailə həyatı qurub:

"Fazilə ilə öz istəyim əsasında ailə qurmuşam. Bu nikahdan iki qızmız, bir oğlumuz dünyaya gəlib. Ailə həyatı qurduqdan 2015-ci ilə kimi anam və bibimlə birlikdə yaşamışıq. 2015-ci ildən sonra isə həyətdə yeni tikilmiş evdə ayrıca yaşadıq. Evli olduğumuz müddətdə arvadımla aramızda həmişə yaxşı münasibət olub. Heç vaxt münaqişəmiz olmayıb".

Elman deyib ki, 2021-ci il martın 18-dən etibarən onda qəribə hisslər yaranmağa başlayıb: "Gözümün qarşısında müxtəlif qəribə hadisələr canlandı. Həmçinin beynimə müxtəlif qəribə fikirlər gəldi. Görə bilmədiyim kimlərsə mənimlə danışdı. Mənə hansısa sözləri dedilər. Artıq bu vəziyyətdən bezdiyim üçün özümü öldürmək qərarına gəldim".

"Mənə yalvardı"

Təqsirləndirilən şəxs deyib ki, 2021-ci ilin martın 18-dən sonra dəfələrlə arvadı Faziləyə özünü öldürəcəyini deyib:

"Fazilə isə hər dəfə mənə "balalarımız yazıqdır, onları yetim qoyma" deyə yalvardı. Ancaq özümü öldürəcəyim barədə Fazilədən başqa heç kimə bir söz deməmişəm. İntihar fikrimin olması ahqda Fazilənin kiməsə bir söz deyib-demədiyini bilmirəm. Ona görə də qorxduğundan 2021-ci ilin martın 18-dən sonra Fazilə məni daim nəzarət altında saxlayıb".

"Anamın pis bir söz dediyini düşünmüşəm"

Elmanın ifadəsinə görə, martın 27-də, səhər saat 09.00-da işdən qayıtdıqdan sonra gözünün qarşısına gələn qəribə görüntülər daha da artmağa başlayıb: "Televizora baxdıqda televizorda gedən verilişlərdəkilərin haqqımda və mənimlə danışdığını düşündüm. Həmin verilişlərdə mənə müxtəlif sözlər dedilər.

Anam mənə hər hansı söz deyəndə pis bir söz dediyini düşünürdüm. Ondan aralı qaçırdım.

Artıq martın 27-də qəti olaraq özümü öldürmək qərarına gəldim. Bundan ötrü boğazımı kəsərək özümü öldürüm deyə həmin gün evdə üzümü təraş etmək üçün istifadə etdiyim ülgüclərdən iki ədədini götürdüm və şalvarımın cibinə qoydum. Həmin gün özümü öldürməyə cəhd etmədim".

"Faziləyə özümü öldürəcəyimi dedim"
Ətraflı

Elman qeyd edib ki, Faziləyə özünü öldürəcəyini dəfələrlə dediyinə görə hətta evin mətbəxində olan bıçaqları götürərək gizlədib: "Yalnız qonaq otağındakı mebeldə olan istifadə edilməmiş bıçaqlar qaldı. 27-28 mart tarixlərdə yenidən Faziləyə özümü öldürəcəyimi dedim. Martın 28-də, səhər saat 10 radələrində Fazilə mebeldə olan bıçaqları da əskiyə bükərək yataq otağında gizlətməyə apardı.

Mən Fazilənin bıçaqları gizlətdiyini gördüm. O, otaqdan ayrılan kimi tez gizlincə oradakı bıçaqlardan birini götürdüm və corabımın içində gizlətdim. Bıçaq götürməyimi heç kim, o cümlədən Fazilə də görmədi. Gün ərzində bıçaq corabımın içərisində, bir gün əvvəl götürdüyüm iki ülgüc isə əynimdəki şalvarımın cibində idi".

"Siqareti çəkə-çəkə həyətə çıxdım"

Elmanın ifadəsinə görə, martın 28-də günorta evdə nahar edib: "Həmin vaxt evdə anam, bibim, arvadım və övladlarım olublar. Günortaya kimi qardaşım da bizimləydi, nahardan sonra getdi. Günorta yeməyindən təxminən 4-5 saat sonra özümü öldürmək üçün həyətə çıxdım.

Həyətə çıxarkən heç kim özümü öldürməyə getməyimi başa düşməsin deyə bir siqaret yandırdım. Siqareti çəkə-çəkə həyətə çıxdım və toyuq hininə tərəf getdim. Həyətə çıxanda Fazilə məndən hara getdiyimi soruşdu. Siqaret çəkməyə çıxdığımı dedim. Bu adla həyətə çıxdıqdan sonra toyuq hininə daxil oldum. Özümlə gətirdiyim bıçağı corabının içindən çıxartdıqdan sonra sağ əlimlə qarnımın üst, yan və arxa nahiyələrinə zərbələr vurmağa başladım.

Bədənimin arxa nahiyəsinə zərbələr vurmaq üçün əvvəlcə bıçağı bel nahiyəmə söykədim. Sonra bıçaq daxilə keçsin deyə bıçaq qarışıq özümü hinin divarına çırpdım. Bədənimin müxtəlif yerlərindən qan axmağa başladı".

"Nə baş verdiyini xatırlamıram"

Təqsirləndirilən şəxs qeyd edib ki, özünə bıçaqla neçə zərbə vurduğu yadına gəlmir: "Özümə xeyli bıçaq zərbəsi vurduqdan sonra, hinə girməyimdən təxminən 10 dəqiqə keçmiş Fazilə əlində arpa dolu vedrə içəri girdi. Qanın içində olduğumu gördü. Vedrəni yerə ataraq mənə tərəf gəldi. Qışqıra-qışqıra mənə "özünü öldürmə, balalarına yazığın gəlsin" deyə yalvarmağa başladı.

Həmçinin, bıçağa əl ataraq əlimdən almağa çalışdı. Ona müqavimət göstərməyə başladım. Çoxlu qan itirmişdim. Gözüm artıq qaralmışdı, halsız vəziyyətdəydim.

Əgər Fazilə bıçağı məndən alsa, özümü öldürə bilməyəcəyimi düşündüm. Buna görə də istəmədən bıçaqla onu zərbələr vurdum. Məqsədim onu öldürmək deyildi. İstəyirdim Fazilə əlimdən bıçağı ala bilməsin və özümü rahat şəkildə öldürə bilim.

Fazilənin bədəninin hansı nahiyələrinə və hansı sayda bıçaq vurduğumu xatırlamıram".

"Ailəsinə yaxşı baxıb, ailəcanlı olub"

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən mərhumun atası bildirib ki, 2021-ci il martın 27-ə qədər Elmandan heç bir narazılığı olmayıb: "Ailəsinə yaxşı baxıb, ailəcanlı olub. Martın 26-da Elman mənə zəng edərək dolana bilmədiyini, boşanmaq istədiyini dedi. Məndən Fazilə ilə uşaqlarını aparmağımı xahiş etdi. Sonra qızıma zəng etdim, bu haqda danışdım. Qızım mənim gəlməməyimi dedi, ərinin sıxıntılarının olduğunu bildirdi".

"Həkimə deyil, mollaya aparıblar"

Hüquqi varis qeyd edib ki, növbəti gün Elman ona zəng edib: "Peşman olduğunu, ailəsini itirmək istəmədiyini dedi. Bu səbəbdən qızımın evinə getmədim. Martın 28-də isə Elmanın Faziləni öldürdüyünü bildim. Onun xasiyyətində dəyişkliklərin olmasını qohumları bilib. Lakin biabır olacaqlarını düşünüb onu həkimə yox, mollaya aparıblar.

Nəvəmin sonradan dediklərinə əsasən atası nənəsinin, anasının qulağında və saçlarında GPS aparatı axtarmaqla kimlərinsə onu izlədiyini deyib. Elmanı xəstəxanaya aparmağı təklif etsəm də, qohumları buna razı olmadılar".

Məhkəmə iş üzrə şahidləri dinlədikdən və sənədləri araşdırdıqdan sonra hökm elan edilib. Hökmə əsasən, Elmanın barəsində ittihamedici hökm çıxarılmayıb.

Qərara görə, Elmanın Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulması, Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşdüyü müəyyən edilib.

Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən, ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunub.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilib.

Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə cinayət işinin icraatı dayandırılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 958   Tarix: 22 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

21:15 1
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

12:20 232
.

İntensiv yağış yağacaq

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

14:06 297
.

Hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq

Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr

21:00 4
.

Zəfər - xalqın yaddaşına, tarixə və gələcəyə yazılan qələbə

Bəzən tarix elə bir səhifə açır ki, onu oxumaq üçün təkcə yaddaş deyil, ürək də lazımdır. Elə bir səhifə ki, orada illərin həsrəti, anaların göz yaşları, şəhidlərin qanı, əsgərlərin igidliyi və bütöv bir xalqın sarsılmaz iradəsi bir-birinə qarışır. Azərbaycan xalqının Zəfər tarixi də belə yazıldı. B

11:40 216
.

Tramp və Netanyahu siyasi böhrandan necə çıxmağa çalışırlar? İran amili və yeni siyasi hesablamalar

ABŞ-da keçirilən aralıq seçkilərində səslər hesablandıqdan sonra Demokratlar Nümayəndələr Palatasında 162, Respublikaçılar isə 102 mandat qazanıblar. Senatda isə demokratlar 51, respublikaçılar 39 mandat əldə ediblər. Beləliklə, ilkin nəticələrə əsasən, Demokratlar Partiyası həm Senatda, həm də Nümayəndələ

12:03 237
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

18:45 195
.

Ayı ana və qızını parçaladı

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı

19:00 174
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

14:22 331
.